Sosial

Tovuzda ana və oğul pomidor turşusundan zəhərlənib

6 Dekabr 2017 15:59

Tovuzda iki nəfər evdə zəhərlənib. Məlumata görə, hadisə rayonun Vahidli kəndində baş verib. Kənd sakini, 1948-ci il təvəllüdlü Əsədova Gülarə Qafar qızı və oğlu, 1976-cı il təvəllüdlü Əsədov Eldəniz Əsəd oğlu evlərində konservləşdirilmiş pomidor turşusundan zəhərləniblər. 

"Xalq niyə razı olmalı deyil?" - Deputat

6 Dekabr 2017 15:47

"Neçə illərdir ki, xalq Prezident İlham Əliyevə dəstəyini bildirir və həmişə dövlət başçısının ətrafında sıx birləşib". Bunu  Milli Məclisin deputatı Musa Quliyev Niderlandın ING maliyyə holdinqinin analitik məruzəsində yer alan "Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir" fikrinə münasibət bildirərkən deyib.

Fikir, söz və məlumat azadlığının inkişaf etdirilməsi üçün

6 Dekabr 2017 15:40

Günümüzdə Azərbaycan müstəqil siyasət kursu həyata keçirərək öz uğurlu inkişaf yolunu davam etdirir. Artıq ölkəmizin müstəqilliyi onun ilk illərində olduğu kimi yalnız sözdə deyil, eyni zamanda əməldə də öz təsdiqini tapır, sübuta yetirilir. İstər daxili, istər xarici, istərsə də iqtisadi və sosial siyasət sahəsində müstəqil siyasət kursu həyata keçirilir, tətbiq olunur.

"Vergilər Nazirliyi" Mikayıl Cabbarovu tanımadı - FOTOFAKT

6 Dekabr 2017 15:31

Ötən gün Prezident İlham Əliyev Mikayıl Çingiz oğlu Cabbarovu Azərbaycan Respublikasının təhsil naziri vəzifəsindən azad edərək vergilər naziri təyin etdi.

Göyçayda evdə GÜCLÜ PARTLAYIŞ , yaralılar var

6 Dekabr 2017 15:28

Göyçay rayonunda fərdi yaşayış evində partlayış hadisəsi olub. Hadisə rayonun Potu kəndində baş verib. Rayonun Əli Kərim küçəsi ünvanında qeydiyyatda olan və Potu kəndində məskunlaşmış 1966-cı il təvəllüdlü Zərbəliyev Məhəmməd Şəmi oğluna məxsus evdə qaz sızmasından qəfil partlayış olub.

İmişlidə “Şəkər bayramı” qeyd edilib

6 Dekabr 2017 15:18

Şəkər çuğunduru istehsalı ilə məşğul olan fermerləri stimullaşdırmaq, eləcə də cari ilin məhsul yığımının həyata keçirilməsi münasibətilə İmişli rayonu İcra Hakimiyyəti və “Azərsun Holdinq”in təşkilatçılığı ilə ənənəvi Şəkər Bayramı təşkil edilib. 

Ölkədə təhsildən yayınan və yenidən təhsilə cəlb edilən uşaqların SAYI açıqlandı

6 Dekabr 2017 15:04

Həyata keçirilən tədbirlər nəticəsində 2014-cü ildə 529, 2015-ci ildə 430, 2016-cı ildə 450 uşaq təhsilə cəlb edilib. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib. Onun sözlərinə görə, həmin uşaqların çoxu polis orqanları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olduğu aşkarlanan uşaqlar olub. P.Əliyev deyib ki, qaraçı uşaqların da böyük əskəriyyəti təhsildən kənarda qalır.

Coğrafiya dərsində mərsiyə oxuyan qız, intihar edən 12 yaşlı oğlan və çaşan icra başçısı- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

6 Dekabr 2017 14:47

Bir dindar xanım  jurnalist var. Bir müddət qabaq facebookda yazdı ki,  müəllim bacım qızının gündəliyinə iki qiymət yazıb. Səbəb də bu olub ki, uşaq  dərsdə mərsiyə oxuyub. Müəllimin hərəkətini ən böyük qəbahət kimi diqqətə çatdıran jurnalist xanım paylaşımında belə bir sual da qoymuşdu. Bilmirəm, ağlayım, yoxsa gülüm?-deyə.  Mən ona yazdım ki, ağlamaq lazımdır gözəl xanım. Bir uşaq əgər coğrafiya dərsində mərsiyə oxuyursa, buna mütləq və mütləq ağlamaq lazımdır. Çünki, dünyanın heş bir qitəsində, heç bir materikdə belə analogiyaya rast gələ bilməzsən. Ki, məktəbli coğrafiya dərsində tutaq ki, Marian çökəkliyi, nə bilim  Callenger uçurumu haqqında oxumaqdansa, mərsiyə oxuyur,“ya  Hüseyn, vay Hüseyn” deyib ağlaşma qurur?! Sanki məktəblə yas çadırını səhv salıbmış kimi.

“Fazil Məmmədov xəstəlikdən əziyyət çəkirdi” - Deputat işdən çıxan nazirdən danışdı

6 Dekabr 2017 14:44

Prezident İlham Əliyev dekabrın 5-də verdiyi sərəncamlarla vergilər naziri Fazil Məmmədov və təhsil naziri Mikayıl Cabbarovu tutduqları vəzifədən azad edib. Ölkə başçısı digər sərəncamla Mikayıl Cabbarovu vergilər naziri təyin edib. İndi ən çox müzakirə olunan mövzular eks-təhsil nazirinin Vergilər Nazirliyinə necə nəzarət edəcəyi, eyni zamanda Təhsil Nazirliyinə kimin gətiriləcəyidir.

Elçin Quliyev Yavuz Türkgenclə görüşüb

6 Dekabr 2017 14:22

Dekabrın 6-da Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər İdarəsinin rəisi general-pol­kovnik Yavuz Türkgencin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xidmətin Məlumat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Türkiyə Respublikasının Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilmiş və gələcək əməkdaşlığın per­spektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

Azərbaycanda yeni medal təsis olunur

6 Dekabr 2017 14:08

"Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993 - 2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik təklif edilir.

Dövlət qulluqçularına xidməti vəsiqənin verilmə qaydası müəyyənləşib

6 Dekabr 2017 14:07

Dövlət qulluqçusunun xidməti vəsiqəsinin verilməsi qaydası müəyyənləşib. Məlumata görə, bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna yeni 15-2-ci maddə (Dövlət qulluqçsunun xidməti vəsiqəsi) əlavə edilib. Yeni 15-2.1-ci maddəyə görə, dövlət qulluqçusuna qulluq keçdiyi dövlət orqanında xidməti vəsiqə verilir.

Ermənistanda Azərbaycan konfetləri aşkarlandı

6 Dekabr 2017 14:01

Ermənistanda yenə Azərbaycan istehsalı olan məhsullar satılır. Bu dəfə mağazalara Bakıda istehsal edilmiş konfetlər yol tapıb. Bu barədə Ermənistanın “Aravot” qəzeti yazıb. Yerevan sakini evinin yaxınlığında yerləşən iri marketlərin birindən konfet alıb. Lakin konfetin dadından xoşu gəlməyib və araşdırma zamanı qənnadı məhsullarının Azərbaycandan gətirildiyi məlum olub.

Vətəndaşlardan odlu silah götürülüb

6 Dekabr 2017 13:55

Ayrı-ayrı vətəndaşlar tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daxili işlər orqanları tərəfindən mütəmadi əməliyyat-axtarış tədbirləri həyata keçirilir.