Sosial
Ərəb turist “Gənclik Mall”a qoyunla girdi
Ötən gün "Gənclik Mall" ticarət mərkəzində maraqlı hadisə yaşanıb. Bakıya Birləşmiş Ərəb Əmirliyindən (BƏƏ) qonaq gələn turistlər "Mall"a boğazı iplə bağlanmış qoyunla girib.
“Turk Ticaret Insaat Merkezi Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dəstək olacaq”
Türkiyə-Azərbaycan arasındakı iqtisadi və siyasi əməkdaşlığın tarixi yeni deyil. Amma 21-ci əsrin yaşadığımız 17 ilində bu əlaqələr daha da genişlənmiş və inkişaf etmişdir. Belə ki, ölkələrimiz arasındakı iqtisadi əməkdaşlıq artıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu əlaqələr iqtisadiyyatın ən müxtəlif sahələrində, neft və qeyri-neft sektorunda özünü ehtiva edir. Müvafiq dövlət strukturları arasındakı birgə əməkdaşlıq özəl sektora da öz təsirini göstərib. Son illərin statistikasına görə, 3000-dən artıq türk şirkəti ölkəmizdə kənd təsərrüfatı, xidmət, sənaye, ticarət, tikinti, nəqliyyat və s. sahələrdə fəaliyyət göstərir. Azərbaycandakı xarici şirkətlərin 38%-dən çoxunu türk şirkətləri təşkil edir. Türkiyədə də eyni mənzərə müşahidə olunmaqdadır. 1000-dən çox Azərbaycan şirkəti qardaş
“İRS. İslam həmrəyliyi incəsənətdə” adlı sərgi keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən “Qalereya 1969”-da 2017-ci il dekabr ayının 7-dən 12-dək “İRS. İslam həmrəyliyi incəsənətdə” adlı sərgi keçiriləcək.
Azərbaycanın YUNESKO da daha bir uğuru
Cənubi Koreyanın Jeju adasında keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycanın təqdim etdiyi “Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, YUNESKO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün kriteriyalara dair müsbət rəy alan nominasiya faylına dair qərar 6 dekabr tarixində elan edilib.
Azərbaycanlı hakim beynəlxalq karyerasını başa vurub
I dərəcəli beynəlxalq kateqoriyalı hakim Qərib Əliyev beynəlxalq karyerasını başa vurub. Belə ki, Dünya Güləş Birliyinin təlimatına uyğun olaraq hər bir hakim 60 yaşı tamam olana qədər beynəlxalq yarışları idarə etmək hüququna malikdir. AGF-dən “OLAYLAR”-a bildirilib ki, ötən həftə Polşanın Bıdqoş şəhərində keçirilən 23 yaşadək güləşçilərin Dünya çempionatı zamanı beynəlxalq dərəcəli hakim Qərib Əliyev sonuncu beynəlxalq görüşünü idarə edib. Sərbəst güləş üzrə 74 kq çəki dərəcəsində final görüşünü idarə edən təmsilçimiz görüş bitdikdən sonra hakim kolleqalarının fit və azarkeşlərin alqış sədaları altında xalça ilə vidalaşıb. Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç, eləcə də Büro üzvləri, Hakimlər Kollegiyasının üzvləri həmyerlimizi təbrik edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Gürcüstandan gətirilən pirotexniki vasitələr müsadirə olunub
Gömrükdə Gürcüstandan Azərbaycana gələn avtomobildə 18 qutu pirotexniki vasitə aşkar edilib.Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuiat xidmətindən “Olaylar”a məlumat verilib.
Bakıda bayram yarmarkaları İŞƏ BAŞLADI
Yeni il bayramı ilə əlaqədar olaraq paytaxtın müxtəlif rayonlarında qurulan bayram çadırlarının bəziləri fəaliyyətdədir, bəziləri də yaxın günlərdə işə başlayacaq. Bu barədə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib. Onun sözlərinə görə, bayram çadırlarının sayı 10-dan çox olmayacaq.
Beynəlxalq təşkilat BNA əməkdaşlarına sertifika təqdim edib
Bakı Nəqliyyat Agentliyinin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icrası peşəkar kadrlardan ibarət əmək kollektivi tərəfindən həyata keçirilir.
Dənizçilərə mükafatlar təqdim olunub
Prezident İlham Əliyevin ölkədə neft yataqlarından sənaye üsulu ilə iki milyardıncı ton neftin hasili münasibəti ilə neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə təltif etdiyi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin bir qrup əməkdaşına mükafatların təqdim olunması mərasimi keçirilib.
Müəllimlərin bilik və bacarıqları artırılır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin İnformatika müəllimləri üçün növbəti seminar keçirilib. İdarədən “OLAYLAR”-a bildirilib ki,.“Alqoritmləşmə və proqramlaşdırmanın aktual problemləri” mövzusunda seminar Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən “Addım” layihəsi çərçivəsində təşkil edilib.
Maral Tahirqızı canlı yayımda hind rəqsi oynadı- Video
75454,62 manat məbləğində iddia qaldırıldı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Olaylar.az bildirir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 212 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 25 müddətli “məcburi göstəriş” verilib.
ABŞ strateji bombardmançılarla Şimali Koreya sərhədini bombaladı
ABŞ-ın Hərbi-Hava Qüvvələrinin B-1B “Lancer” strateji bombardmançıları çərşənbə günü Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Cənubi Koreyanın sərhədində yerləşən poliqonda aviazərbələr endirib.
Ətlik heyvanların gömrük rüsumu qalxıb? - Açıqlama
Xaricdən ölkəyə gətirilən diri ətlik heyvanların gömrük rüsumun artırıldığı iddia olunur. Ətlik heyvanların idxalı ilə məşğul olan bir qrup sahibkar qafqazinfo-ya müraciət edərək bildiriblər ki, bundan öncə bir "tır" yük üçün gömrük postunda 7500 manat ödəyirdilərsə, son günlərdə bu rüsum artırılaraq 12000 manat olub. Sahibkarlar qeyd ediblər ki, bu səbəbdən yaxın günlərdə ölkədə ətin pərakəndə satışında qiyməti qalxacaq.
Azərbaycan dolması UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi
Azərbaycan dolması UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Cənubi Koreyanın Çecudo adasında keçirilən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin iclasında populyar adətlərin və yaradıcılıq formalarının - ənənəvi mahnı, mərasim və bayramların UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün 34 yeni sifarişi müzakirə ediblər.














