Sosial
Gözlərimizi necə qoruyaq?
Məlumdur ki, kök və qaragilə normal görmə qabiliyyəti üçün lazım olan ən əsas məhsullardır. Gözlər üçün xeyirli olan daha hansı məhsullar var və onların xeyri nəyə əsaslanır? Qida ilə əlaqədar olan xeyir prinsipi çox sadədir: tərkibində A, E, C vitaminləri ilə zəngin məhsullara üstünlük vermək lazımdır.
Kamal Abdulla İsrail səfiri ilə görüşüb
Dekabrın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavla görüşüb. Olaylar.az bildirir ki, İsraillə əlaqələrdən söz açan rektor universitetdə fəaliyyət göstərən İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin fəaliyyətinə də toxunub. O bildirib ki, bu mərkəzin fəaliyyəti ADU ilə İsrail arasında əlaqələrin daha da yaxşılaşdırılmasına xidmət edir.
Uzun ömürlü yaşamağın sadə sirləri...
Bütün dünyada insanın sağlam və uzun ömürlü yaşamasının sirləri barədə geninə-boluna müzakirələr aparılır, fikirlər səsləndirilir. Bəs uzunömürlü yaşamaq üçün hansı şərtlərə əməl etmək lazımdır?.
Dəm çayını atmayın - SAÇA İNANILMAZ FAYDALARI
Qara çayın tərkibindəki amin turşuları, protein, flor, kafein kimi birləşmələr saç üçün inanılmaz faydalar təmin edir. Dəmlənmiş çayı atmaq əvəzinə təbii qulluq vasitəsi olaraq istifadə edə bilərsiniz. Qara çayın saçlara faydalarını sadalayırıq.
Hər gün 40 qr pendir ye, ürək-damar xəstəliklərindən uzaq ol!
Koreya alimləri araşdırmalar zamanı aşkar ediblər ki, hər gün 40 qr pendirin istehalkı ürək-damar sistemi xəstəliklərinin riskini xeyli azaldır. The Deccan Chronicle xəbər verir ki, pendir qanda "pis" xolesterolun səviyyəsini aşağı salır, "yaxşı xolesterolun səviyyəsini artırır. Bu isə ürək-damar sistemi xəstəliklərinin əsas səbəbi olan aterosklerozun riskini azaldır.
Diqqət: Doğuş zamanı travmalar nəyə səbəb olur?
Doğuş həm qadın, həm də körpə üçün çətin bir prosesdir. Bəzən doğuş zamanı qadın travmalar alır. Bu travmalar arasında:
Səhər yeməyini yeməyənlərdə bu xəstəliklər inkişaf edə bilər
Alimlər səhər yeməyinin vacibliyini təsdiq edən araşdırma aparıblar. Bu yaxınlarda alimlər və diyetoloqların birgə apardıqları tədqiqatların nəticələri onları şoka alıb. Məlum olub ki, daim səhər yeməyindən imtina etmək şəkərli diabet və ya infarktın yaranmasına səbəb ola bilər. Alimlər bildiriblər ki, insan orqanizmində maddələr mübadiləsinə cavabdeh genlər var. Bu strukturda meydana çıxan qarışıqlıq prosesin kontroldan çıxmasına səbəb olur.
DGK tərkibində GMO elementləri olan külli miqdarda qida əlavəsini müsadirə edib
Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərkibində genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) aşkar edildiyi külli miqdarda qida əlavəsinin dövriyyəyə buraxılmasının qarşısını alıblar.
Komitə: Rusiyaya ixrac edilən göyərti məhsulunun geri qaytarılması faktı qeydə alınmayıb
Dövlət Gömrük Komitəsi (DGK) bu gün bəzi kütləvi informasiya vasitələrində Azərbaycandan Rusiya Federasiyasına ixrac edilən 8,1 ton göyərtinin fitosanitar sertifikatının tələblərə cavab vermədiyi üçün geri qaytarıldığına dair məlumatlarla bağlı açıqlama yayıb.
Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
Yeni vergilər naziri Mikayıl Cabbarov bu gün kollektivə təqdim olunub. Məlumata görə, yeni naziri kollektivə Prezident Administrasiyasının rəhbəriRamiz Mehdiyev təqdim edib. R. Mehdiyev M. Cabbarova yeni vəzifəsində uğurlar arzulayıb, müvafiq tapşırıqlar verib. M. Cabbarov kollektiv qarşısında çıxış edib.
Azərbaycanda bir nəfərdə adenovirus aşkarlandı
"Azərbaycanda oktyabrın 1-dən, yəni qrip müayinələri mövsümünün başladığı gündən indiyə qədər, Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasına ölkənin müxtəlif şəhər və rayonlarından təxminən 63 şübhəli yaxma nümunəsi daxil olub".
Mehriban Əliyeva Maştağa Mədəniyyət Mərkəzinin yeni binasının açılışında iştirak edib
Birinci vitse-prezident Mehriban Əliyeva dekabrın 6-da Xalq Artisti Hacıağa Abbasovun adını daşıyan Maştağa Mədəniyyət Mərkəzinin yeni binasının açılış mərasimində iştirak edib. Mehriban Əliyeva binanın rəmzi açılışını bildirən lenti kəsib.
Nazirlik: "Köçəri" yalnız Ermənistana məxsus rəqs deyil
"“Köçəri" rəqsinin Ermənistana məxsus rəqs kimi Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsi o demək deyil ki, bu, yalnız Ermənistana məxsusdur”. Bunu Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib.
Terminologiya Komissiyası bir çox terminin qarşılığını müəyyən edib - SİYAHI
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qəbul etdiyi bəzi terminlər məlum olub. Komissiya ingilis dilində 45-dən çox terminin Azərbaycan dilində qarşılığını müəyyən edib.
Azərbaycana gətirilən xaricdə nəşr olunmuş kitabların gömrük rüsumu artırıldı
Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən çap edilmiş kitablar, qəzetlər, reproduksiyalar və poliqrafiya sənayesinin digər məmulatlarına tətbiq edilən idxal gömrük rüsumları dəyişəcək.














