Kamal Abdulla İsrail səfiri ilə görüşüb
Dekabrın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavla görüşüb. Olaylar.az bildirir ki, İsraillə əlaqələrdən söz açan rektor universitetdə fəaliyyət göstərən İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin fəaliyyətinə də toxunub. O bildirib ki, bu mərkəzin fəaliyyəti ADU ilə İsrail arasında əlaqələrin daha da yaxşılaşdırılmasına xidmət edir.
6 Dekabr 2017 19:40 SosialDekabrın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavla görüşüb. Olaylar.az bildirir ki, İsraillə əlaqələrdən söz açan rektor universitetdə fəaliyyət göstərən İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin fəaliyyətinə də toxunub. O bildirib ki, bu mərkəzin fəaliyyəti ADU ilə İsrail arasında əlaqələrin daha da yaxşılaşdırılmasına xidmət edir.
D.Stava ADU-nun dəvətini qəbul edərək "Səfir saatı" layihəsi çərçivəsində mühazirə oxumağa razılıq verdiyi üçün təşəkkür edən K.Abdulla layihə barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, səfirlərin tələbələrlə görüşləri qarşılıqlı maraq doğurur.
K.Abdulla xarici ölkələrdə açılacaq Azərbaycan dili və mədəniyyəti mərkəzləri haqqında da danışıb. O, bildirib ki, Çin, Rusiya, Rumıniya, Serbiya və İndoneziyada müvafiq mərkəzlərin açılmasına hazırlıq gedir.
Öz növbəsində səfir ADU-ya gəlişindən məmnunluğunu bildirib.
Sonda rektor səfirə "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabını hədiyyə edib.
Görüşdən sonra səfir "Səfir saatı" layihəsi çərçivəsində tələbələrə Azərbaycanla İsrail arasındakı diplomatik əlaqələr haqqında mühazirə oxuyub.
Görüşdə səfir D.Stav İsrail və Azərbaycan arasındakı münasibətlərin strateji əhəmiyyətə malik olduğunu deyib. O, Azərbaycanın İsrail üçün nadir tərəfdaş olduğunu sözlərinə əlavə edib. Azərbaycan-İsrail əlaqələrinin tarixindən danışan səfir bildirib ki, yəhudilər əsrlərdir ki, Azərbaycanda yaşayırlar. İsrail və Azərbaycanın multikultural dəyərlərindən söz açan D.Stav hər iki ölkənin müxtəlif dinin nümayəndələrinə tolerant yanaşdığını sözlərinə əlavə edib.