Sosial

Əbülfəs Qarayev TÜRKSOY-un nümayəndə heyəti ilə görüşüb

7 Dekabr 2017 14:41

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY-un baş katibi Düsen Kaseinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Əbülfəs Qarayev TÜRKSOY-un fəaliyyətinin bütövlükdə türkdilli xalqların birliyinə xidmət etdiyini deyib. Bildirib ki, türk mədəniyyətini, xalqlarımızın milli adət-ənənələrini beynəlxalq aləmə birlikdə çıxarmalıyıq.

Könüllülərdən ibarət yeni “Diplomatlar” klubu

7 Dekabr 2017 14:34

Bilik Fondunun könüllülərdən ibarət növbəti klubu təsis olunub. Olaylar.az bildirir ki, Fondun Beynəlxalq layihələr sektorunun nəzdində fəaliyyət göstərəcək “Diplomatlar” Klubu müxtəlif universitetlərin tələbələrinin, gənc mütəxəssislərin çoxsaylı müraciətləri əsasında yaradılıb.

Ölkədə kiçik və orta biznesin inkişafına xüsusi önəm verilir

7 Dekabr 2017 14:19

“Ölkəmizdə sahibkarlığın, kiçik və orta biznesin inkişafına xüsusi önəm verilir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikir Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov səsləndirib.

Özəlləşdirmə prosesində vətəndaş-məmur münasibətlərinə son qoyulur

7 Dekabr 2017 14:07

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar dövlətin gəlirlərini artırmaqla yanaşı, həm də şəfaflığının artırılması, vətəndaş məmnunluğunun təmin edilməsinə hədflənib. Ölkədə “Elektron Hökumətin” yaradılması, “ASAN Xidmət” layihəsinin həyata keçirilməsi məhz sadalanan məqsədlərə xidmət etməkdədir. Buna baxmayaraq, Azərbaycanda informasiya kammunikasiya texnologiyalarından yararlanaraq vətəndaşların rahatlığını təmin etmək istiqamətində işlər davam etməkdədir. Məhz bu məqsədlə  Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daha bir innovativ layihə reallaşıb. “Dövlət əmlakının özəlləşdirilməsində elektron hərracların tətbiqi” layihəsinin reallaşdırılması nəticəsində  bütün növ dövlət əmlakını heç bir yerə getmədən bir virtual məkandan Elektron Hərrac vasitəsilə özəlləşdirmək mümkündür.

Sosial şəbəkələrin dini təxribat planı

7 Dekabr 2017 14:05

Dünyaya tolerantlıq nümunəsi nümayiş etdirən Azərbaycanda dini təfriqə salmağa cəhd edən qüvvələr yenidən fəallaşıblar. Həmin qüvvələr ənənələrinə sadiq qalaraq dini qarşıdurma “metodunu” sınamaq qərarına gəliblər. Mətbuatda yayılan məlumata görə, Azərbaycan dini mühitində zərərli tendensiya müşahidə olunmağa başlayıb. Lakin hələlik bu tendensiyanın sosial şəbəkələrdə cərəyan edir. Buna baxmayaraq  prosesin özü çox təhlükəli olması və dir hansısa görünməz əllər tərəfindən dəstək verildiyi qeyd edilir.

Azərbaycanda bu şagirdlərin sayı artdı - 2 dəfə

7 Dekabr 2017 13:56

Son 5 ildə oxu bacarıqları üzrə IV sinfin sonunda yüksək nəticə göstərən azərbaycanlı şagirdlərin sayı 2 dəfə artıb. Bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

2 nəfərdə paraqrip, 1 nəfərdə adenavirus aşkarlandı - XƏBƏRDARLIQ

7 Dekabr 2017 13:53

Havaların soyuması əhali arasında qrip əlamətləri ilə xəstələnmə hallarını artırıb. Xüsusən də, məktəb və bağça yaşlı uşaqlarda əlamətlər daha çox büruzə verir. Hətta bir sıra xüsusiyyətlərinə görə uşaqlar arasında koksaki virusunun yayılması məlumatlarına da rast gəlinib. Son günlər isə uşaqlar və böyüklərdə kəskin öskürək, boğaz ağrısı, temperaturla müşahidə olunan əlamətlər ölkədə qrip təhlükəsinin olması ilə bağlı fikirləri gündəmə gətirib.

Aygün Bəylərin toyudur

7 Dekabr 2017 13:40

“Tarqovı”da şok görüntülər: Sahibinin əlindən çıxan it körpə uşağı parçaladı +18 VİDEO

7 Dekabr 2017 13:36

Xüsusilə şəhərin mərkəzində parklarda it gəzdirən vətəndaşlar çox vaxt təhlükəsizlik qaydalarına riayət etmirlər və itləri buruntaqsız gəzdirirlər. Elə indi təqdim edəcəyimiz görünütlərdə də buruntqasız bir uşağa hücum etdiyini görəcəksiniz. Qaydalara əməl etməyərək buruntqsız it gəzdirən şəxsləri hansı cəza gözləyir? Ümumiyyətlə cərimə olunmamaq üçün hansı qaydalara əməl etmək lazımdır? Mütəxəsisslərin tövsiyylərini eşidək.

Hakimliyə namizədlərlə uzunmüddətli tədris kursu davam edir

7 Dekabr 2017 13:17

Hazırda növbəti seçim zamanı test üsulu ilə, habelə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 126 nəfər hakimliyə namizəd Ədliyyə Akademiyasında bir illik nəzəri və təcrübi kurs keçirlər.

Yağışlı hava ilə bağlı sürücülərə növbəti xəbərdarlıq

7 Dekabr 2017 13:13

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülər meteoroloji şəraiti nəzərə almalıdır.  Bölmə rəisi qeyd edib ki, sürət həddi minimuma enməlidir və ara məsafəsi normadan artıq saxlanmalıdır.

Salyandakı tükürpədici qətliamın TƏFƏRRÜATI: Qatil ata dörd qızını və arvadını necə öldürüb? (YENİLƏNDİ)

7 Dekabr 2017 13:11

Salyan şəhərinin “Zavod” məhəlləsi adlanan ərazisində 2014-cü ildə baş vermiş və üstü indi açılmış tükürpədici ailə qətliamının təfərrüatları məlum olub. Qətliamı törədən şəxs-ailə başçısı Əliyev Fərhad Məhərrəm oğlu istintaqa ilkin ifadəsində dörd qızını və arvadını “ailə münaqişəsi” zəminində öldürdüyünü bildirib.

Kamança YUNESKO-nun siyahısına daxil edildi

7 Dekabr 2017 12:58

2017-ci ilin 4-9 dekabr tarixində Koreya Respublikasının Jeju adasında keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında Azərbaycan və İran İslam Respublikasının birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

“Özümü öldürmək istəyirəm, ayaqlarımı kəsəcəklər” - Süni bədən dolğusu haqda tükürpədici faktlar

7 Dekabr 2017 12:51

"Həmin kosmetoloq məni bədbəxt etdi. Allah onun bəlasını versin. Mən də, onu məhv edəcəm. Ayaqlarıma aquafiling adlı nəsə preparat vurdu, sonradan fəsadlar olanda internetdə arşdırdım. Forumda oxudum ki, sən demə aquafilingin adı əvvəl aqualift olub və məlumatlar ona görə köhnə adı ilə çıxır. Gecə qızdırmam qalxdı, yoldaşım məni xəstəxanaya apardı.