Sosial

ƏƏSMN-in "Çağrı mərkəzləri"nə müraciətlərin sayı 35,8 faiz azalıb

7 Dekabr 2017 12:43

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayı 35,8 faiz azalıb. Bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. ƏƏSMN-in fəaliyyət sahələri üzrə əhaliyə xidmətlərin innovativ əsaslar üzərində təkmilləşdirilməsi, bu xidmətlər sektorunda şəffaflığın təmin edilməsi vətəndaşlar tərəfindən nazirliyin “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin də sayının getdikcə azalmasına səbəb olur.

Entoni Qrin: "Oksford Universiteti professor Nərgiz Paşayeva ilə şəffaf, ikitərəfli inam və etimad əsasında qurulan əməkdaşlığı daimi davam etdirmək qərarına gəlib"

7 Dekabr 2017 12:38

Böyük Britaniyada işgüzar səfərdə olan M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, akademik Nərgiz Paşayeva dekabrın 5-də Oksford Universitetinin Akademik Proqramlar üzrə İnkişaf Departamentinin direktoru Entoni Qrin və Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri professor Edmund Hertsiq ilə görüşüb.

Azərbaycanda transplantasiya əməliyyatına ehtiyacı olan insanların siyahısı hazırlanır

7 Dekabr 2017 12:35

Hazırda Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasında xəstəliyin səviyyəsindən asılı olaraq, transplantasiya əməliyyatına ehtiyacı olan insanların siyahısı hazırlanır.

Şagirdlərin psixoloji problemlərinin qarşısını almaq işinə Təhsil İdarəsi qoşuldu

7 Dekabr 2017 12:33

Paytaxt məktəblərində təhsil alan ibtidai sinif şagirdlərinin valideynləri üçün maarifləndirici təlimlər təşkil olunur. Başı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, "Məktəblinin dostu" layihəsi çərçivəsində reallaşdırılan təlimlərdə "Məktəblinin dostları" və psixoloqlar moderatorluq edirlər.

Vəkillər Kollegiyasının yeni sədri kimdir? - DOSYE

7 Dekabr 2017 12:17

Bu gün Azərbaycan Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib. Konfransda kollegiyaya yeni sədrin seçilməsi məsələsi müzakirə olunub. Səsvermə nəticəsində “Azərbaycan Hüquq İslahatları Mərkəzi”nin sədri Anar Bağırov növbəti 5 il müddətinə Rəyasət Heyətinin sədri seçilib. 

Vəkillər Kollegiyasına yeni sədr seçildi

7 Dekabr 2017 12:05

Konfransda Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin üzvü, "Bakı Hüquq Mərkəzi" hüquq şirkətinin direktoru, “Azərbaycan Hüquq İslahatları Mərkəzi”nin sədri Anar Bağırovun VK Rəyasət Heyətinin sədrliyinə namizədliyi irəli sürülüb.

Bakcell şirkəti Azərbaycanda ilk dəfə 5G texnologiyasına hazırlığı və 4.5G Pro ilə 1 Gb/saniyəyədək rekord sürəti nümayiş etdirir

7 Dekabr 2017 11:48

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “BakuTel-2017” sərgisində quraşdırılmış stendində Azərbaycanda ilk dəfə olaraq 4.5G Pro texnologiyasının imkanlarını və 5G texnologiyasına hazırlığı nümayiş etdirir.

Quba-Xaçmaz yolunda təmir-bərpa işləri yaxın müddətdə yekunlaşacaq

7 Dekabr 2017 11:46

Dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən “Azəravtoyol” ASC avtonəqliyyat vasitələrinin və vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində apardığı kompleks tədbirlər çərçivəsində uzun müddət istismar olunan və əsaslı şəkildə təmir olunmayan respublikanın avtomobil yollarında asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərini davam etdirir.

Şabranın 5 kəndində içməli su təchizatı infrastrukturu yaradılıb

7 Dekabr 2017 11:45

 Şabran rayonunun 5 kəndində içməli su təchizatı infrastrukturu yaradılıb“OLAYLAR”-ın “Azərsu” ASC-yə istinadən verdiyi xəbərə görə, bu münasibətlə Şabran rayonunun Sincanboyad kəndində keçirilən açılış mərasimində Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib.

Yollarda sürət həddi aşağı salındı

7 Dekabr 2017 11:43

Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb. “OLAYLAR” xəbər verir ki, bu baədə məlumatı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsi yayıb. Bildirilib ki, məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.  Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.

"Lotu Quli" Instagram-da canlı yayıma çıxdı: "Gəncəni Rəşada tapşırmışam" - VİDEO

7 Dekabr 2017 11:40

Kriminal aləmin nümayəndələri də artıq texnologiyanın yenilikləri ilə ayaqlaşır.  Azərbaycanlı qanuni oğru Lotu Quli də (Nadir Salifov) sosial şəbəkələrdə canlı yayıma çıxaraq öz izləyicilərinə məlumat verməyə başlayıb. Nadir Səlifov canlı yayımda Gəncə haqqında da danışıb və bu şəhəri Rəşad Gəncinskiyə etibar etdiyini bildirib.

"Qadın yataqda bir az sərbəst olan kimi, kişi soruşur ki, bunu kimdən öyrənmisən?" — XANIM PSİXOLOQDAN QALMAQALLI AÇIQLAMALAR

7 Dekabr 2017 11:37

Adətən psixoloqları sirr qutusu hesab edirlər. Çünki bir çox peşə sahiblərindən fərqli olaraq psixoloqlar həm də sirr saxlamağa məcburdular. Xüsusən də ailə psixoloqları.

Qeyri-sabit hava dekabrın 9-na kimi davam edəcək

7 Dekabr 2017 11:30

“Ölkə ərazisində müşahidə olunan, qeyri -sabit yağıntılıhava şəraiti dekabrın 9-na kimi davam edəcək”. Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O qeyd edib ki, dekabrın 9-u gündüz saatlarından başlayaraq havaşəraitinin sabitləşəcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.