Sosial
Fransız gənclər Azərbaycana tanışlıq səfərinə gəlib
6 Dekabr tarixindən başlayaraq bir qrup Fransız gənci Azərbaycana tanışlıq səfərinə gəlib. “OLAYLAR”-a daxil olan məlumata görə, Gənclər və İdman Nazirliyi və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan səfərdə nümayəndə heyətinin tərkibinə Fransanın aparıcı qəzet, sayt və tv orqanının muxbirləri, dünya çempionları, huquq sahəsinin mütəxəssisləri və digər peşə sahibləri daxildirlər. Səfərin ilk gunu qonaqlar Xalça muzeyində olub, qədim xalçalarımızın sirləri, bu sənətin incəlikləri barədə məlumat toplayıblar.
Aeroport yolunda içi sərnişinlə dolu iki avtobusun ölüm yarışı: Dəhşətli anların görüntüsü- VİDEO
Hava limanı yolunda 136 saylı iki sərnişin avtobusu yarışa çıxıb. Hadisə şahidi bu olayı öz mobil telefonu ilə lentə alır. O, 136 saylı içi sərnişinlə dolu avtobusun yarışa çıxaraq saatda 120 km sürətlə hərəkətdə olduğunu deyib.
MSK-ya deputatları cəzalandırmaq hüququ verən layihə parlamentin plenar iclasına tövsiyə olundu
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında deputatın etik davranış qaydalarını pozduğuna görə cəzalandırılması səlahiyyətinin Mərkəzi Seçki Komissiyasına (MSK) verilməsi təklifinə baxılıb.
“Ərzaq məhsullarının tədarükü və təchizatı”
Respublikamızda işgüzar səfərdə olan Çin Xalq Respublikasının Henan inzibati vilayətinin Zhenzhou şəhər nümayəndələri “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətində olublar.
KİVDF-nin KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanı
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2018-ci ilin I yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir.
KİVDF Müşahidə Şurasının növbəti iclası keçirilib
Dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq gündəlik barədə məlumat verib:
“Azərbaycan Universal Ekspoya ev sahibliyi etməyə iddialı olan ilk Qafqaz ölkəsidir”
Bu barədə Odlar Yurdu Universitetinin Beynəlxalq Əlaqələr və İnnovasiyalar üzrə prorektoru Ceyhun Osmanlının London Post-da dərc olunan məqaləsində bildirilir.
Vəkillər Kollegiyasına yeni sədr seçilib - Anar Bağırov
Bu gün Azərbaycan Vəkillər Kollegiyasının (VK) növbəti konfransı keçirilib. “Bulvar Otel”də keçirilən konfransda 116 nümayəndə iştirak edib. Konfransda Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri vəzifəsini icra edən Fərhad Nəcəfov qurumun 2012-2017-ci illər ərzində fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış edib. Sonra məruzə ətrafında çıxışlar olub, Vəkillər Kollegiyası Rəyasət Heyətinin fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Dənizçilərlə görüş keçirilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasında “matros”, “motorçu” və “elektrik” peşələri üzrə işə qəbul prosesinin test mərhələsində uğurlu nəticə göstərmiş namizədlərlə görüş keçirilib. “OLAYLAR”-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, görüşdə bildirilib ki, “AXDG” QSC-nin rəsmi internet səhifəsində elan olunmuş “matros”, “motorçu” və “elektrik” peşələri üzrə müraciət edən namizədlər arasında 23-24 noyabr 2017-ci il tarixlərində ilk dəfə test imtahanı keçirilib. İmtahanda ümumilikdə 76 nəfər iştirak edib. Onlardan 41-nin göstərdiyi nəticə keçid balından yüksək olub.
Şəmkirdə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 2017-ci il üçün fəaliyyət planına Şəmkir Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib.
BMU-da Heydər Əliyevin anım mərasimi keçirilib
Bakı Mühəndislik Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildiurilib ki, bir dəqiqəlik sükutla başlayan mərasimdə universitetin müəllim – tələbə heyəti iştirak edib. Universitetin rektoru, professor Havar Məmmədov mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə mərasim iştirakçılarına məlumat verib, onun istər sovet imperiyası dönəmində, istərsə də Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonrakı dövrlərdə də həyat və fəaliyyətini Azərbaycan xalqına, Azərbaycan dövlətinin möhkəmlənməsinə həsr etdiyini qeyd edib.
Yeni nəsil şəxsiyyət vəsiqələrinin əlavə üstünlükləri açıqlanıb
Yeni nəsil şəxsiyyət vəsiqələrinə "elektron imza" sertifikatlarının daxil edilməsi üçün Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) infrastruktur hazırlanıb. Bunu açıqlaması zamanı MHM-in Milli Sertifikat Xidmətləri Mərkəzinin mütəxəssisi Həbib Abbasov bildirib.
9 dərəcə şaxta olacaq
Bakıda və Abşeron yarımadasında dekabrın 8-də gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 2-4° isti, gündüz 6-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.
Seçki Məcəlləsinə dəyişikliklər parlamentə tövsiyyə olunub
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Seçki Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikləri plenar iclasa tövsiyə edib. “Olaylar”ın məlumatına görə, layihələr dekabrın 7-də keçirilən komitənin iclasında müzakirəyə çıxarılıb.
“İRƏLİ” Azərbaycanın İntellektual Birİncisi"ni mükafatlandırdı
“Azərbaycan İntellektual Birİncisi” layihəsinin final mərhələsinin oyunları və bağlanış mərasimi keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Milli Məclisin deputatı Mahir Abbaszadə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov çıxış edərək belə layihələrin həyata keçirilməsinin gənclərin inkişafında əhəmiyyətindən danışıblar.














