Sosial

“Dini maarifçilik işinin təşkili: təcrübə və yeni yanaşma” adlı konfrans keçirilib

13 Dekabr 2017 16:42

Dekabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şabran Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini maarifçilik işinin təşkili: təcrübə və yeni yanaşma” adlı konfranş baş tutub. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan  Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mehdi Balabəyov dini sahədə maarifləndirmə işinin təhsil müəssisələrində düzgün səviyyədə təşkil olunmasının önəminə toxunub.Yeniyetmə və gənclərin böyük əksəriyyətinin məhz məktəb yaşı dövründə aldığı biliklər hesabına formalaşdığını diqqətə çatdırıb. Mehdi Balabəyov bu səbəblərdən bu yaş kateqoriyasına daxil olanlar arasında milli-mənəvi dəyərlərin təbliği və ənənəvi İslam dininin düzgün çatdırılması sahəsində həyata keçirilən maarifləndirmə işinin əhəmiyyətindən bəhs edib.

Dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə olunub

13 Dekabr 2017 16:40

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxışında Azərbaycanda mövcud olan tolerantlıq mühitindən danışaraq qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən insanlar dini ibadətlərini sərbəst həyata keçirirlər. Ə.Zülfüqarov onu da vurğulayıb ki, respublikamız bütün müsəlman ölkələri ilə əlaqələrini dostluq və qarşılıqlı hörmət əsasında qurur.

Gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri üçün seminar keçirilir

13 Dekabr 2017 16:41

Paytaxtın ümumi təhsil məktəblərinin Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri üçün seminar-məşğələlər keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, seminarın keçirilməsində əsas məqsəd məktəblərin GÇH rəhbərlərinin bilik və bacarıqlarını inkişaf etdirmək, onları vəzifə öhdəlikləri ilə bağlı maarifləndirmək, yeniyetmə və gənclərlə həyata keçirdikləri vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini yüksəltmək və onlara fənnin məzmunu, strategiyası barədə daha geniş məlumat verməkdən ibarətdir.

Qapı arxasında huşsuz vəziyyətdə tapıldı

13 Dekabr 2017 16:27

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Çıxarış kompaniyası Yasamalda

13 Dekabr 2017 16:24

Dekabrın 13-də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Abşeron İnşaat” MMC-nin Yasamal rayonu M. Xiyabani küçəsində yerləşən binasından mənzil alan 40-a yaxın sakinə çıxarış təqdim olunub.

Azərbaycanda satılan 3 kitabdan biri “piratçılıq” məhsuludur

13 Dekabr 2017 16:08

"Piratçılığa qarşı görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 29%-ə, audio-video məhsul bazarında 90%-dən 65%-ə, proqram təminatında 96%-dən 75%-ə düşüb".

Abşeron təhsil şöbəsinin qəribə işəgötürmə “metodu” - Şikayət

13 Dekabr 2017 15:56

Abşeronda “borcun var” deyə işdən azad olunan müəllim hələ də işsizdir və o, aidiyyəti qurumlardan haqqının bərpa olunmasını istəyir. Ötən ay Abşeron rayonu, Qobu qəsəbə Qəzənfər Xalıqov adına 1№-li tam orta məktəbin müəllimi Aqşin Həsənovun həmkarına borcu olduğuna görə Abşeron Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova tərəfindən işdən azad olunması haqqında mətbuatda geniş material dərc olundu. Şikayətçi müəllim qeyri-qanuni işdən azad olunması ilə bağlı mətbuat vasitəsi ilə aidiyyəti qurumlardan kömək istədi və bu haqsızlığın qarşısının alınmasını tələb etdi. Məsələ ilə bağlı Abşeron Təhsil Şöbəsi də açıqlama verdi və müəllimin işdən azad olunmasını başqa səbəblərlə əlaqələndirdi.

Dilqəm Əsgərovdan xəbər var

13 Dekabr 2017 15:53

Dekabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri tərəfindən Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha başçəkmə baş tutub. Bu barədə erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. K.Əsgərov atası tərəfindən hər hansı məktub, video göndərilmədiyini bildirib: “Dekabrın 12-də mənə zəng vurub növbəti başçəkmə olduğunu dedilər. Bildirdilər ki, atam nə məktub yazıb, nə şəkil, nə də video göndərib”.

Müstəqil mətbuatın inkişafı Heydər Əliyevin adı ilə bağlıdır

13 Dekabr 2017 15:31

Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatında yeni səhifə açıldı Azərbaycanda həyata keçirilən demokratik islahatlar, insan haqlarının, o cümlədən vətəndaşların söz və fikir azadlıqlarının təmin edilməsinə yönəlmiş ardıcıl tədbirlər davam etməkdədir. Bu sahədə qəbul edilmiş qanunlar, nüfuzlu beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələr xüsusi əhəmiyyət daşıyır.

Məişət zorakılığından zərər çəkmiş şəxslərə göstərilən sosial xidmətlərə baxış olub

13 Dekabr 2017 15:25

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdəki müvafiq komissiya tərəfindən qeyri-dövlət mərkəzi kimi akreditasiya olunmuş “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyi tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxslərə göstərilən sosial xidmətlərlə tanış olub.

Qadın zabitlər şalvar da geyinəcəklər

13 Dekabr 2017 15:24

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qadın zabitlərə hərbi geyim forması kimi şalvar da verəcək.“Olaylar” xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi normalarının təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Bakıda üçtərəfli görüş keçirilib

13 Dekabr 2017 14:59

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Avstriya Dəmir Yolları” Karqo Səhmdar Cəmiyyətiİdarə Heyətinin üzvü Erik Regterin və Türkiyənin Dəmir Yolunun yük daşımaları üzrə  baş direktoru Veysi Kurtun rəhbərlik etdikləri nümayəndə heyətləri ilə üçtərəfli görüş keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, səmimi və dostluq şəraitində keçən görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri və xüsusilə də bu günlərdə açılış mərasimi olan Bakı -Tbilisi - Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib. Bildirib ki, bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirəcək.

Əbülfəs Qarayev Türkiyə səfiri ilə görüşüb

13 Dekabr 2017 14:58

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özaral arasında görüş keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və Türkiyə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, o cümlədən müvafiq hüquqi-baza, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr müzakirə edilib.

Dini Komitədə Britaniya səfirliyinin nümayəndəsi ilə görüş keçirilib

13 Dekabr 2017 14:57

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Böyük Britaniyanın ölkəmizdəki səfirinin köməkçisi Stefen MakKormik ilə görüşüb. “”OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Azərbaycandakı tolerant və multikultural mühit barədə danışıb. Ölkəmizdəki tolerantlıq ənənələrini xalqımızın milli kökü ilə əlaqələndirən Səyyad Salahlı Azərbaycanda dini zəmində heç bir qarşıdurmanın baş vermədiyini, müxtəlif dini konfessiya nümayəndələrinə öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün lazımi şərait yaradıldığını vurğulayıb. O, Azərbaycanda müxtəlif dini konfessiyalara məxsus ibadət evlərinin tikintisi və bərpasının, onlara maddi yardım ayrılmasının artıq bir ənənə halını aldığını diqqətə çatdırıb.