Sosial
Gün eynəyini düzgün seçmək üçün 5 məsləhət...
Alimlər parlaq günəşin gözlər üçün ziyanlı olduğunu isbat ediblər. Yay aylarında günəş şüalarının təsiri daha intensiv olduğundan bu müddət daha da ziyanlı sayılır. Məhz bu səbəbdən bir çoxlarımız yay aylarında günəş eynəklərindən istifadə edirik. Bu həkimlərin fikrinə görə mütləq sayılır.
Diqqət: Sodanın fantastik xüsusiyyətləri barədə yeni faktlar...
Hər bir mətbəxdə sodanı tapmaq olur. Adətən sodadan müxtəlif şirniyyatların bişirilməsi zamanı istifadə olunur. Lakin adi sodanı bir çox digər sahələrdə də istifadə etmək mümükündür.
Alimlər: Krossvord həll etmək insanı arıqladır
Alimlər krossvord həll etməyin insanı arıqlatdığını sübuta yetirib. Tədqiqat müəllifləri bunu artıq çəki problemi olan şəxslərə xoş xəbər kimi təqdim edir. Onların bildirdiyinə görə, arıqlamaq istəyən şəxsin fiziki işə həvəsi yoxdursa, o, özünü zehni əməyə verməlidir: krossvord həll etməli, pazl yığmalı və ya məntiqi tapşırıqlarla məşğul olmalıdır.
"Bir günlük xəlifə" layihəsi
Dekabrın 13 - də Azərbaycan Dillər Universitetində “Bir günlük xəlifə” layihəsi həyata keçirilib. Olaylar.az bildirir ki, layihə çərçivəsində tələbələr gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir. Vəzifələri tutan şəxslər icra etdikləri vəzifənin bir günlük əmək haqqını alacaqlar. Tələbələr universitetin rektoru, prorektorlar, fakültə dekanları da daxil olmaqla 32 rəhbər vəzifəni icra edirlər.
Ural Federal Universitetinin professoru tələbələrə mühazirə oxudu
Rusiyanın Ural Federal Universitetinin professoru, Xarici regionşünaslıq kafedrasının müdiri Aleksandr Nesterov Azərbaycan Dillər Universitetinin tələbələrinə “Avropa İttifaqının hüquqi əsasları” mövzusunda mühazirə oxuyub.
Rus dili səfirləri tələbələrlə dərslər təşkil edəcəklər
Azərbaycan Dillər Universiteti və Rusiya Federasiyasının A.S.Puşkin adına Rus dili Dövlət İnstitutu arasında əməkdaşlığa əsasən 11 nəfər rus dili səfiri universitetdə qonaqdır. Olaylar.az bildirir ki, A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunda rus dilinin öyrədilməsi üzrə təlimlər keçən rusiyalı gənclər ADU tələbələrinə rus dili və mədəniyyətinin mənimsənilməsində yardım göstərir. 11 nəfər könüllü 1 həftə müddətində tələbələrlə dərslər təşkil edəcək.
Xəbərdarlıq: "Bitki çayları doğru istifadə olunmadıqda zərər verir"
"Bitki çayları doğru istifadə olunmadıqda faydadan çox, zərər verir". Türkiyə mətbuatının yazdığına görə, bunu Türkiyənin Yeditəpə Universitetinin professoru Ərdəm Yeşilada bildirib. Onun sözlərinə görə, bitki çayları vitamin mənbəyi və bir çox xəstəliklərin müalicəsinə kömək edir.
Bahalı və ucuz dərmanlar. Fərq nədədir?
Heç kim xəstələnmək istəmir. Tək ona görə yox ki, bu çox xoşagəlməz haldır, həm də ona görə ki, dərmanlar olduqca bahalıdır. Lakin insanların bir çox hissəsi bilmir ki, bahalı dərmanların (onlara həm də "brend preparatlar", "firma dərmanları" deyilir) daha ucuz analoqları var. Onları "jeneriklər" adlandırırlar. Brend dərmanların qiymətinə reklam və marketinqlə bağlı olan xərclər, patent, müxtəlif kliniki sınaqların keçirilməsi və s. daxildir. Bahalı dərmanların daha mürəkkəb istehsalat texnologiyası da (yeni, qabaqcıl avadanlıq və s.) onların qiymətinə təsir edir.
Səhərlər baş ağrılarının 8 səbəbi...
Adətən yuxudan oyandıqdan sonra insan özünü gümrah və dincəlmiş hiss edir. Lakin bəzən biz baş ağrısı ilə oyanırıq. Bunun səbəbi nə ola bilər?
Elçin Hüseynbəyli “Yenə iki od arasında” adlı yeni romanını təqdim etdi
Dekabrın 13-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda yazıçı-dramaturq Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanının təqdimat və “imza günü” keçirilib.
Daha bir gəmimiz açıq dənizə çıxacaq
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus “İslam Səfərli” tankerinin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əsaslı təmiri yekunlaşmaq üzrədir. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, təmir prosesində tankerin baş mühərrikləri, nasoslar, elektrik mühərrikləri və digər mexanizmlər əsaslı təmir olunub. Köməkçi mühərriklər yenisi ilə əvəzlənib. Gəmidə elektrik avadanlıqlar sazlanıb.
BMX üzrə dünya çempionatının Təşkilat Komitəsinin ilk iclası keçirilib
2018-ci il iyun ayının 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı ilə əlaqədar prezident İlham Əliyevin 15 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, iclası giriş sözü ilə açan Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov ölkə başçısının Sərəncamı barədə məlumat verərək vurğulayıb ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci il 5-9 iyun tarixində Bakı şəhərində keçirilməsinə dair qərarı Azərbaycan Respublikasının idman siyasətinin daha bir qələbəsi və beynəlxalq federasiyalar tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə olunan nailiyyətlərə verilən növbəti yüksək qiymətdir.
Tarix İnstitutunun alimlərinin bu il 300-ə yaxın məqaləsi çapdan çıxıb
Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun 2017-сi ildəki elmi fəaliyyətinə həsr olunan hesabat yığıncağı keçirilib.
Vəkillər Kollegiyasının sədri hüquq məsləhətxanalarında görüşlər keçirir
Bu gündən Vəkillər Kollegiyasının yeni seçilmiş sədri Anar Bağırov Bakı şəhərindən başlayaraq vəkil qurumlarında görüşlər keçirməyə başlayıb. Kollegiyadan verilən məlumata görə, növbəti həftələrdə bütün hüquq məsləhətxanalarında analoji görüşlərin keçirilməsi nəzərdə tutulub. İlk görüş Bakı şəhəri 1 saylı hüquq məsləhətxanasında keçirilib. Görüşün əsas məqsədi məsləhətxananın vəziyyəti, xüsusilə orada müəyyən olunmuş işlərin aparılması və vəkillərin təyinatı məsələləri ilə tanışlıq, məsləhətxanada işlərin daha səmərəli təşkili ilə bağlı metodiki tövsiyələrin verilməsi və problemlərin öyrənilməsindən ibarət olub.
Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzini “sosial lift” adlandırdı
“Ötən dövr ərzində Dövlət İmtahan Mərkəzi geniş elmi-metodoloji və texniki potensiala yiyələnib, bütövlükdə Azərbaycan cəmiyyətinə xidmət edən yeni, demokratik tələbə seçimi sistemi yaradılıb”.












.jpg)

