Rus dili səfirləri tələbələrlə dərslər təşkil edəcəklər

Azərbaycan Dillər Universiteti və Rusiya Federasiyasının A.S.Puşkin adına Rus dili Dövlət İnstitutu arasında əməkdaşlığa əsasən 11 nəfər rus dili səfiri universitetdə qonaqdır. Olaylar.az bildirir ki, A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunda rus dilinin öyrədilməsi üzrə təlimlər keçən rusiyalı gənclər ADU tələbələrinə rus dili və mədəniyyətinin mənimsənilməsində yardım göstərir. 11 nəfər könüllü 1 həftə müddətində tələbələrlə dərslər təşkil edəcək.

Azərbaycan Dillər Universiteti və Rusiya Federasiyasının A.S.Puşkin adına Rus dili Dövlət İnstitutu arasında əməkdaşlığa əsasən 11 nəfər rus dili səfiri universitetdə qonaqdır.

Olaylar.az bildirir ki, A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunda rus dilinin öyrədilməsi üzrə təlimlər keçən rusiyalı gənclər ADU tələbələrinə rus dili və mədəniyyətinin mənimsənilməsində yardım göstərir. 11 nəfər könüllü 1 həftə müddətində tələbələrlə dərslər təşkil edəcək.

2015-ci ildən həyata keçirilən bu layihə çərçivəsində könüllülər Tacikistan, Moldova, Qırğızıstan, Bəhreyn, Ekvador, Çin, Peru, Portuqaliya və Qazaxıstanda olublar. Bu, layihədə iştirak edən könüllülərin ölkəmizə ikinci səfəridir və onlar ADU ilə yanaşı, şəhərin digər təhsil müəssisələrində də təlimlər keçiriblər. Layihənin məqsədi ölkələrarası dil və mədəniyyət sahəsində mübadiləni həyata keçirməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31