"Bir günlük xəlifə" layihəsi

Dekabrın 13 - də  Azərbaycan Dillər Universitetində  “Bir günlük xəlifə” layihəsi həyata keçirilib. Olaylar.az bildirir ki, layihə çərçivəsində tələbələr gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir. Vəzifələri tutan şəxslər icra etdikləri vəzifənin bir günlük əmək haqqını alacaqlar. Tələbələr universitetin rektoru, prorektorlar, fakültə dekanları da daxil olmaqla 32 rəhbər vəzifəni icra edirlər.

Dekabrın 13 - də  Azərbaycan Dillər Universitetində  "Bir günlük xəlifə" layihəsi həyata keçirilib. Olaylar.az bildirir ki, layihə çərçivəsində tələbələr gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir. Vəzifələri tutan şəxslər icra etdikləri vəzifənin bir günlük əmək haqqını alacaqlar. Tələbələr universitetin rektoru, prorektorlar, fakültə dekanları da daxil olmaqla 32 rəhbər vəzifəni icra edirlər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin "kölgə kabineti"ni formalaşdırır, kabinet növbəti "Xəlifə günü"nə qədər öz fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, sözügedən layihə ADU-da ilk dəfə olaraq həyata keçirilir. Layihənin əsası ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla tərəfindən qoyulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31