Sosial

Xam pambığın alış qiyməti artırılacaq

14 Dekabr 2017 12:19

2018-ci ildə təhvil veriləcək xam pambığın alış qiymətləri artırılacaq. Bu barədə məlumat Kənd Təsərrüfatı Nazirliyindən verilib. Məlumatda bildirilir ki, pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, ixracının artırılması, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün dövlət dəstəyinin gücləndirilməsi və bu sahənin inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2017-ci il 13 iyul tarixli 3082 №-li sərəncamı ilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Mülki aviasiyanın uçuş aparatları vergidən azad olunur

14 Dekabr 2017 12:18

Azərbaycana mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğuları vergidən azad olunur. Məlumata görə, bununla bağlı Vergi Məcələsində dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Əmək Nazirliyində görüş

14 Dekabr 2017 12:13

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru xanım Olqa Kulayeva ilə görüş olub. Görüşdə BƏT-in Baş direktorunun Ofisinin əməkdaşı Frans Oye də iştirak edib.

Milli Məclis dekabrın 15-də yığışacaq

14 Dekabr 2017 12:11

Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasının gündəliyində dəyişiklik edilib. Məlumata görə, iclasın gündəliyinə daha bir məsələ əlavə edilib. Bu, Vergi Məcəlləsinə dəyişiklikdir. Beləliklə, plenar iclasda baxılacaq məsələlərin sayı 39-a çatıb. Qeyd edək ki, Milli Məclisin dekabrın 15-də keçiriləcək iclasının gündəliyinə 38 məsələ daxil edilmişdi.

DİM o şəxslərə XƏBƏRDARLIQ ETDİ

14 Dekabr 2017 12:07

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 17-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək.

Dövlət sərhədini pozan 503 nəfər saxlanıb

14 Dekabr 2017 11:37

Dövlət sərhədini pozduqlarına görə 503 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 241 nəfər, axtarışda olan 4686 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, bu barədə DSX-inin 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

DSX: Xarici münaqişə zonalarında döyüşmüş 30 nəfərin şəxsiyyəti müəyyən olunub

14 Dekabr 2017 11:34

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 10 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib.

Rəsədxana "meteorit seli" ilə bağlı AÇIQLAMA verdi

14 Dekabr 2017 11:25

Səmada baş verəcək növbəti "meteorit seli"ni adi gözlə də müşahidə etmək mümkün olacaq. Bunu Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri Ətayi Ədalət deyib. 

Bu abonentlərin İŞIQLARI KƏSİLƏCƏK - “Azərişıq”dan XƏBƏRDARLIQ

14 Dekabr 2017 11:09

“Azərişıq” ASC-nin fəaliyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı dayandırılacaq. ASC-nin mətbuat xidmətindən  verilən məlumata görə, dekabrın 19-da saat 12:00-dan etibarən “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq həmin abonentlərin elektrik enerjisi təchizatı qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Yaxşı oğlan sırğa taxmaz

14 Dekabr 2017 10:55

Bürclərə görə ən uyğun 10 BÜRC CÜTLÜYÜ

13 Dekabr 2017 20:05

Yəqin ki, elə bir insan yoxdur ki, heç olmazsa ömründə bir dəfə olsun bürclərlə, xüsusilə də bürclərin köməyilə özünə ən uyğun bürcün hansının olub - olmaması onlar üçün maraqlı gəlməsin. İnsan həyatda daima özünə, ruhuna uyğun insanla ünsiyyət qurmaq, dostluq etmək və həyatını birləşdirmək istəyir.