Sosial
Azərbaycanlı yazar və rejissorlar qaliblər arasında
İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü və koordinasiyası ilə 2015-ci ildən etibarən “İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramı həyata keçirilir. “OLAYLAR”-a daxil olan məlumata görə, proqram çərçivəsində 2017-ci il üçün İslam Dünyası Gənclər Paytaxtı olaraq Malaziyanın Putrajaya, İranın Şiraz, Mərakeşin Fəs şəhərləri elan olunub, cari il ərzində bu şəhərlərdə beynəlxalq əməkdaşlığa təkan verən onlarla gənclər tədbirləri həyata keçirilib.
Fərid Əsgərov 1-ci vitse-prezidenti təyin olunub
Azərbaycan Milli Karate Federasiyasının yeni 1-ci vitse-prezidenti təyin olunub. “OLAYLAR”-ın xəbərinə görə, bu vəzifəyə səsvermə nəticəsində Fərid Əsgərov təyin edilib. Onu federasiyanın kollektivinə təqdim edən Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, AMKF-in hər zaman etimadı doğruldaraq yüksək nəticələr əldə edən federasiyalardan biri kimi dəyərləndirildiyini diqqətə çatdırıb.
Təhsil İdarəsi məktəblilər arasında yarışlar keçirir
Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin şagirdləri arasında dama idman növü üzrə turnir keçirilib. “OLAYLAR”-a Təhsil İdarəsindən bildirilib ki, BŞTİ və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə I-XI sinif şagirdləri iştirak edib.
Bu polislər attestasiyadan azad olunur - Siyahı
Azərbaycanda daxili işlər orqanlarında attestasiyadan azad edilən əməkdaşların kateqoriyası müəyyənləşib. Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının daxili işlər orqanları əməkdaşlarının attestasiyasının keçirilməsi Qaydası”nda əksini tapıb.
Azərbaycanda bu şəxslərə ehtiyac azalıb - Nazir
Dəmir yolunun Qarasu-Padar mənzilində 9,2 km dəmir yolu əsaslı təmir olunur
Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsidavam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, bu gündən etibarən Dəmir yolunun Qarasu-Padar mənzilində 9,2 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri 5 gün davam edəcək. Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Azadlıq prospektinin daha bir hissəsi təmir edildi
Vətəndaşlarımızın rahat gediş-gəlişini təmin etmək istiqamətində Binəqədi rayonu, Azadlıq prospektinin Süleyman Sani Axundov küçəsi ilə kəsişməsindən Biləcəri-Baksol yolunadək olan hissəsinin də təmiri işləri görülüb. “OLAYLAR”-ın “Azəravtoyol” ASC-yə istinadən verdiyi xəbərə görə, prospektin sözügedən hissəsinin uzunluğu 1.6 km, ortalama eni isə 20 m-dir. Yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir.
Azərbaycanlı səfir BƏƏ prezidentinin müşaviri ilə görüşüb
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov əmirliyin nüfuzlu siyasi xadimi, BƏƏ Prezidentinin dini və ədliyyə məsələləri üzrə müşaviri Əl Seyid Ater Əli əl Haşimi ilə görüşüb.
Azərbaycanda bu xəstəliklərlə bağlı ölüm halları artacaq
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2010-2020-ci illər ərzində Azərbaycanda Qeyri-infeksion xəstəliklər (QİX), o cümlədən ürək-damar və xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15 faizədək artması gözlənilir. Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti şöbəsinin müdiri Nabil Seyidov Tütünlə Mübarizə üzrə IV Milli Konfransda çıxışı zamanı deyib.
Zorlamada təqsirləndirilən şəxslər polis şöbəsində intihara cəhd etdilər
İmişli Rayon Polis Şöbəsində saxlanılan şəxslər intihara cəhd edib. Cinayət Məcəlləsinin 181-ci (quldurluq), 149-cu (zorlama) və 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddələri ilə təqsirləndirilərək tutularaq İmişli RPŞ-nin müvəqqəti yerinə gətirilən Xalid İbrahimov və Asim Cəfərov kəsici alətlə özlərinə xəsarət yetiriblər.














