Azərbaycanlı səfir BƏƏ prezidentinin müşaviri ilə görüşüb

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov əmirliyin nüfuzlu siyasi xadimi, BƏƏ Prezidentinin dini və ədliyyə məsələləri üzrə müşaviri Əl Seyid Ater Əli əl Haşimi ilə görüşüb.

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov əmirliyin nüfuzlu siyasi xadimi, BƏƏ Prezidentinin dini və ədliyyə məsələləri üzrə müşaviri Əl Seyid Ater Əli əl Haşimi ilə görüşüb. "OLAYLAR"-ın Azərbaycanın BƏƏ-dəki səfirliyinə istinadən verdiyi xəbərə görə, səmimi və qarşılıqlı mehriban şəraitdə keçən görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud olan əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31