Dəmir yolunun Qarasu-Padar mənzilində 9,2 km dəmir yolu əsaslı təmir olunur
Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsidavam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, bu gündən etibarən Dəmir yolunun Qarasu-Padar mənzilində 9,2 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri 5 gün davam edəcək. Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
20 Dekabr 2017 11:34 SosialAzərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsidavam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, bu gündən etibarən Dəmir yolunun Qarasu-Padar mənzilində 9,2 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri 5 gün davam edəcək. Əsaslı təmir işlərini 5 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir.
Xatırladaq ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL" şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.
Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 428 km dəmir yolu əsaslı təmir olunub.