Sosial
Misirli alimlər Şərqşünaslıq İnstitutunda
Dekabrın 20 - də Bilik Fondu və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə Fondun "Dünya elmi Azərbaycanda" layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Misirin Süveyş Kanalı Universitetinin ərəb dili və ədəbiyyatı üzrə professoru Əbdül Rəhim Əl-Kurdi və Misirin məşhur xəttatı Mustafa Məhəmməd Amri Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görüş keçiriblər. Olaylar.az bildirir ki, Beynəlxalq Ərəb Dili Günü münasibəti ilə keçirilən görüşdə Şərqşünaslıq İnstitutunun rəhbərliyi, əməkdaşları və ərəb dili üzrə ixtisaslaşan magistrant və dissertantlar iştirak ediblər.
Ölkə boyunca yayılan qripdən necə qurtulmalı? - TƏBİİ ÜSUL
Ölkə boyunca qrip virusu yayılıb. Əsasən uşaqlar məktəb və bağçalarda bu virusa yoluxur. Əgər məktəbdə və ya bağçada bir uşaq bu xəstəliyə yoluxubsa, hava-damcı yolu ilə avtomatik digərlərinə də keçir.
"Tarix" dərsliyində tarix səhvi
Son vaxtlar dərsliklərdə yol verilən kobud səhvlərin ardı-arası kəsilmir. Yeni səhv isə "Tarix" dərsliyindəki tarix səhvidir. Hələ 2017-ci il olmasına baxmayaraq, 7-ci siniflər üçün nəzərdə tutulan "Tarix" dərsliyinin çap tarixində 2018-ci il göstərilib. Maraqlıdır, buraxılış ili yanlış göstərilən "Tarix" dərsliyinin içindəki mühüm tarixlər doğru qeyd edilibmi?
Aprel döyüşlərinin qazisinin toyu oldu - VİDEO
Qarabağ qazisi Anar Məmmədovu aprel döyüşlərindən sonra tanımışdım. Aprel qəhrəmanlarının döyüş yolu haqqında hazırladığım silsilə süjetlərdə əksər döyüş dostları onun şücaətindən danışmışdı. Dünən Anarla daha yaxından tanış olmaq üçün gözəl bir fürsət yarandı. Kəşfiyyatçı kapitanın - aprel döyüşlərində sol qolunu itirmiş igid Vətən oğlunun toy günü idi. Xəbəri alar-almaz çəkiliş qrupumuzla şadlıq sarayına gedib, onu təbrik etməyi özümüzə borc bildik.
Ermənilər Azıx mağarasında qanunsuz “tədqiqatlar”ı davam etdirir
Son illər Qarabağda, xüsusən Azıx mağarasında ermənilərin qanunsuz “tədqiqatlar” aparması bir daha bu paleolit düşərgəsinin və oradan əldə olunmuş artefaktların elmi təhlilinin, geniş elmi ictimaiyyətə çatdırılmasının zəruri olduğunu göstərir.
Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb
“Azərbaycan dilinin 59 maddədən ibarət yeni orfoqrafiya qaydaları hazırlanıb. Qaydalar Orfoqrafiya Komissiyasının iclasında bir daha müzakirə edildikdən sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək”. “Olaylar” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse – prezidenti, akademik İsa Həbibbəyli Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib.
Dövlətin atdığı addımlar fikir və söz azadlığının inkişaf etdirilməsinə hesablanıb
Günümüzdə müstəqil Azərbaycan Respublikasında hər bir sahədə olduğu kimi media, kütləvi informasiya vasitələri ilə iş sahəsində də bir inkişaf, tərəqqi müşahidə edilir. Hazırda Azərbaycanda mətbuatının bu günkü durumu, əldə etdiyi nailiyyətlər, region mətbuatında oynadığı rol, tutduğu mövqeyə də səbbə olan bir sıra amillər vardır ki, həmin amillərə qısaca nəzər yetirmək məqsəduyğun olar.
Sürücülük vəsiqəsini neçəyə almaq olar?
Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da avtomobillərə kifayət qədər maraq var. Bir çoxlarının ən böyük istəyi avtomobil idarə etməkdir. Amma bunun üçün əvvəlcə sürücülük hüququ qazanmaq lazımdır. Sürücülüyün A, A1 və B kateqoriyalarından başqa, digər kateqoriyalar üçün sürücülük məktəblərinə yazılmaq lazımdır.
Paytaxtda daha bir küçə təmir edilir
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində paytaxt Bakıda aparılan kompleks tədbirlər çəçrçivəsində Binəqədi rayonu Süleyman Sani Axundov küçəsinin də bir hissəsi təmir olunub. “OLAYLAR”-a daxil olan məlumata görə, təmir işləri “Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə və texnoloji aradıcıllığa riayət olunmaqla küçənin Azadlıq prospekti ilə kəsişməsindən Şövkət Məmmədova küçəsi ilə kəsişməsinədək olan hissəsində ( “Azadlıq prospekti” metrostansiyasının önü) aparılıb.
İnternat məktəbində yeni il şənliyi keçirilib
Dekabrın 20-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Təhsil Nazirliyi əməkdaşlarının və KİV təmsilçilərinin iştirak etdiyi şənlikdə internat məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya, milli və xarici rəqslər, səhnəciklər nümayiş olunub.
Gənclər narkomaniya əleyhinə maarifləndirilir
Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin təşkilatçılığı və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşının iştirakı ilə keçirlən tədbir tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin məsul əməkdaşları, Bakı şəhər Narkoloji Dispanserin həkimi mövzu ətrafında çıxışlar edərək, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar vermiş, şagirdləri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb.
Daha bir daşıyıcı şirkət istehsalat bazası yaradıb
Bakı Nəqliyyat Agentliyinin istehsalat bazasının yaradılması ilə bağlı daşıyıcılar qarşısında qoyduğu tələbə əsasən daha bir belə müəssisə istifadəyə verilib. BNA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, “Ayşən LTD” şirkətinə məxsus istehsalat bazası əsasən ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə 119 ədəd avtobusa xidmət edir. Bazada avtobuslara zəruri texniki quluq göstərilməsi üçün xüsusi texniki zonalar yaradılıb. Burada sürücülərin reysqabağı tibbi müayinəsi məqsədi ilə tibb məntəqəsi də fəaliyyət göstərir. Bazada avtobusların reysdən sonra xüsusi mühafizə olunan ərazidə saxlanılması üçün də şərait yaradılıb.
Avropa İttifaqının dəstəyi ilə Sabirabadda ictimai məlumatlandırma sessiyası keçirilib
“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyətinin və Vətəndaşların Maraqlarının Müdafiəsi” layihəsi çərçivəsində Sabirabad rayonunda bələdiyyə-icra hakimiyyəti və ictimai təşkilatlarla daha sıx əməkdaşlığın qurulması və birgə fəaliyyətlərin genişləndirilməsi məqsədi ilə yerli icra hakimiyyəti-bələdiyyə və ictimai təşkilatların nümayyəndələrinin iştirakı ilə 16 dekabr 2017-ci il tarixdə ictimai məlumatlandırma sessiyası keçirib.
Fədayə Laçının apelyasiya şikayətinə baxılacaq - VAXT məlum oldu
Bakıda məhbusların həbsdən qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının Nəsimi Rayon Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılacaq vaxt məlum olub.
“Aİ-nin bu mövqedə nə dərəcədə israrlı olacağını sınaqdan keçirmək vacibdir”
“Ermənistan danışıqlar prosesindən qaçırdı və çalışırdı ki, danışıqlar cəbhə xəttindəki vəziyyətin qorunub saxlanmasına xidmət etsin. Təbii ki, Azərbaycan buna razılaşmırdı”.














