Sosial

“Aİ-nin bu mövqedə nə dərəcədə israrlı olacağını sınaqdan keçirmək vacibdir”

20 Dekabr 2017 15:32

“Ermənistan danışıqlar prosesindən qaçırdı və çalışırdı ki, danışıqlar cəbhə xəttindəki vəziyyətin qorunub saxlanmasına xidmət etsin. Təbii ki, Azərbaycan buna razılaşmırdı”.

“Grand Hospital” boykot edilir: pasiyent qıtlığı

20 Dekabr 2017 15:26

Son 15 gündə 2 pasiyentin ölümü ilə gündəmə gələn “Grand Hospital” həmişəki kimi fəaliyyətini davam etdirir. Amma son olaylar klinikaya müraciət edənlərin sayına ciddi təsir edib.

İki rayonun polis rəisi dəyişdi

20 Dekabr 2017 15:22

Saatlı və Salyan rayonlarının Polis Şöbələrinə yeni rəis təyinatları olub. Daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Cəbrayıl Vəliyev Salyan RPŞ-nə, Gəncə Şəhəri Kəpəz RPŞ-nin rəisi Azər Tağıyev isə Saatlı RPŞ-nə rəis təyin edilib.

Müəllim və valideynlərin qəbulu keçiriləcək

20 Dekabr 2017 14:55

Dekabrın 22-də paytaxtın Səbail və Qaradağ rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. “OLAYLAR”-a daxil olan məlumata görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Azərbaycanda evlənmək istəyən hər 8 kişidən birinə qız çatmayacaq

20 Dekabr 2017 14:46

Azərbaycanda indiki nəsil ailə qurmaq yaşına gəlib çatdıqda hər 8 kişidən biri evlənmək üçün qız çatışmazlığı problemi ilə üzləşə bilər. Bunu BMT Əhali Fondunun dəvət edilmiş eksperti, ABŞ-ın Meriland Universitetinin professoru, demoqrafiya sahəsi üzrə tədqiqatçı Monika Das Gupta deyib.

Yağış, qar yağacaq

20 Dekabr 2017 14:38

Sabah, dekabrın 21-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Azərbaycanda oğlanlar evlənməyə qız tapa bilməyəcək - Ekspertdən SOS

20 Dekabr 2017 14:27

Azərbaycanda indiki nəsil ailə qurmaq yaşına gəlib çatdıqda hər 8 kişidən biri evlənmək üçün qız çatışmazlığı problemi ilə üzləşə bilər. Bunu BMT Əhali Fondunun dəvət edilmiş eksperti, ABŞ-ın Meriland Universitetinin professoru, demoqrafiya sahəsi üzrə tədqiqatçı Monika Das Gupta deyib.

Başqasının arvadına göz dikənlər...

20 Dekabr 2017 14:17

Kəklikotu çiçəyi ilə dəmlənmiş çaydan adama bir-iki qurtum içib isinəndən sonra dostum üzünü mənə tutub, acizanə şəkildə xahiş etdi: “Müəllim, bu uşağın başına ağıl qoy. Tay-tuşlarının içərisində bundan başqa hamı evlənib. Nə qədər çalışırıqsa, yola gətirə bilmirik...”

İtkin düşən bacı-qardaş 4 aydan sonra tapıldı

20 Dekabr 2017 14:16

Polis itkin düşən bacı-qardaşı 4 aydan sonra tapdı. DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən məlumata görə, cari il avqustun 28-də Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbə sakinləri 24 yaşlı Ayşən Məmmədova və 6 yaşlı Davud Məmmədov evdən gedərək bir daha geri qayıtmayıblar.

Bu il 573 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

20 Dekabr 2017 14:03

Cari ilin 11 ayı ərzində 38020 nəfərə müvəqqəti, 2752 nəfərə daimi yaşama icazələri verilib. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirlər Dövlət Miqrasiya Xidmətinin Şəmkir rayonunda keçirdiyi maarifləndirici tədbirdə səsləndirilib. Bildirilib ki, vətəndaşsızlıq hallarının aradan qaldırılması üçün il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən layihıələr həyata keçirilib. Beləliklə, 378-i vətəndaşlığı olmayan şəxs olmaqla 573 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib. 

Nazir: “Pensiya və müavinətlərin ödənişi ilin sonunadək başa çatacaq”

20 Dekabr 2017 13:59

"Bu ilin sonunadək bütün pensiya və müavinətlərin ödənişi həyata keçiriləcək”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, proses qrafikə uyğun gedir: “Bu gün işğal altında olan rayonların və böyük şəhərlərdə yaşayan pensiyaçıların pensiyalarının ödənilməsinə başlanıb. Müavinətlərlə bağlı dünən sonuncu ödəmələrin aparılması üçün vəsait açılıb.

15 gün ərzində 151 akt və protokol tərtib olundu

20 Dekabr 2017 13:57

Dekabrın 1-15 tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. 

Kəmaləddin Heydərov Oğuzda qəbul keçirəcək

20 Dekabr 2017 13:55

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 22 dekabr 2017-ci il tarixində Oğuz şəhərində, Oğuz Olimpiya İdman Kompleksinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Bakıda çin malları brend adı ilə satılır: 12 manatlıq geyim 68 manata - VIDEO

20 Dekabr 2017 13:43

Bakıda bəzi ticarət mərkəzlərində, mağazalarda 12 manatlıq geyim 5 dəfə baha satılır. Paytaxtda adi dərzilərin tikdiyi paltarların üzərinə dünyanın məşhur markalarının etiketini vuraraq mağazalarda satırlar.