Sosial
Dini Komitə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edir. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, vakant dövlət qulluğu vəzifələrinə Komitənin Bakı şəhəri üzrə şöbə müdiri, Sumqayıt bölgəsi üzrə şöbə müdiri, Ucar bölgəsi üzrə şöbə , şöbə müdiri və İmişli bölgəsi üzrə şöbə müdiri vəzifələri aiddir.
"Mətbuat 2017-ci ildə dövlətimizin inkişafı prosesində əhəmiyyətli uğurları ilə yadda qaldı"
“Yola saldığımız 2017-ci il Azərbaycan xalqı üçün bir çox əhəmiyyətli hadisələrlə yadda qaldı. Bu ilin əvvəlində Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsi Onun vaxtında və dəqiqliklə atdığı çoxsaylı mütərəqqi addımlarından biri olaraq qiymətləndirilir”. Bu fikirləri yap.org.az saytına “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev 2017-ci ildə əldə edilən nailiyyətləri şərh edərkən deyib.
ADU-nun Filologiya və Jurnalistika fakultəsi Hərbi Akademiyada
Qloballaşan dünyada xarici dillərdən birinə, əsasən də ingilis dilinə yiyələnmək, bu dilin vasitəsiylə Azərbaycanı beynəlxalq arenada təmsil etmək, ölkənin mənafeyini qorumaq çox vacib məsələlərdir. Bu məqsədlə Hərbi Akademiyanın Xarici dil və tərəfdaşlıq mərkəzində hər il xarici dil kursları və sertifikatlaşdırma imtahanları təşkil edilir. Belə silsilə tədbirlərdən biri, NATO-nun hərbidə İELTS və TOFFEL imtahanlarına bərabər tutulan STANAG 6001 (Standardized Agreement) testləridir. Silahlı Qüvvələrin Hərbi Akademiyasında fəaliyyət göstərən STaNaG ingilis dili test komissiyası imtahan üçün hazırlanmış sualların müfəssəlliyi və dəqiqliyinin sınaqdan keçirilməsi məqsədilə Azərbaycan Dillər Universitetinə müraciət etmişdir.
33 qəzetin layihələrinin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edildi
Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib.
Ucar sakinlərinidən sənədsiz ov tüfəngi götürülüb
Ucar rayon sakinlərindən sənədləri olmayan odlu silah götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Ucar RPŞ-nin əməkdaşları tərəfindən Əlikənd kənd sakinləri Seymur Hacıyev və Fəda Yusifovdan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-16” markalı ov tüfəngləri götürülmüşdür. Araşdırma aparılır.
Nəsimi rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə görüş keçirilib
Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayondakı “Gülsam” Əlillərin Reablitasiyası İctimai Birliyinin üzvləri, həmçinin gözdən əlillər, və müxtəlif səbəblərdən əlil olmuş insanlar, saglamlıq imkanı məhdud olan şəxslərin iştirakı ilə tədbir keçirilib. “Olaylar” xəbər verir ki, tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışıblar.
Ucarın 11 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Ucar rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. “OLAYLAR”-a “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, layihə çərçivəsində rayonun. 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində kəndlərə içməli suyun verilməsi ilə bağlı açılış mərasimi keçirilib.
Ciddi nöqsanlara görə işdən azad olunmuş R.Əzizov sosial şəbəkələrdə özünə haqq qazandırmağa çalışır
Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı 220 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Rövşən Əzizovun fəaliyyətindəki ciddi nöqsanlara görə aparılmış məktəbdaxili araşdırma nəticəsində işdən azad olunmasına münasibət bildirib. “OLAYLAR”-ın xəbərinə görə, BŞTİ-nin məlumatında qeyd olunur ki, bir müddət öncə liseyin rəhbərliyi tərəfindən ingilis dili müəllimi Rövşən Əzizovun fəaliyyəti və davranış uyğunsuzluğu ilə bağlı müvafiq daxili araşdırma aparılıb. Müəllimin pedaqoji-metodiki səviyyəsi, ünsiyyət və davranış psixologiyası ətraflı öyrənilib. Eyni zamanda məktəb rəhbərliyi və fənn metodbirləşmə sədri tərəfindən Rövşən Əzizovun dərs dediyi siniflərdə tədrisin səviyyəsi izlənilib və bu barədə müvafiq rəylər müəllimə bildirilib.
Bu il paytaxt məktəblilərindən 25 nəfər qızıl medal alıb
Cari ildə Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 5 nəfər məzunu imtahan zamanı bütün test suallarını düzgün cavablandıraraq 700 bal toplayıb. Təhsil İdarəsindən “OLAYLAR”-a daxil olan məlumatda bildirilib ki, bir sıraməktəblərin məzunları isə qızıl və gümüş medallarla təltif olunub.
BNA göstəriş verdi, avtobuslar gecə saat 1-ə qədər işləyəcək
Bakı Nəqliyyat Agentliyi bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verib.
Yol polisi bayramla əlaqədar sürücülərə xəbərdarlıq edib
Baş Dövlət Yol Polisi İdarəsi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı sürücülərə və digər yol hərəkəti iştirakçılarına müraciət edib. İdarənin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, bayram günləri ilə əlaqədar, DİN rəhbərliyinin göstərişinə əsasən, daxili işlər orqanlarının, o cümlədən Dövlət Yol Polisinin bütün şəxsi heyəti dekabrın 31-dən yanvarın 4-dək gücləndirilmiş iş rejimində çalışacaq: “Küçə və yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün yol polisi təkcə şəhər və rayonlararası yollarda deyil, bütün yerli əhəmiyyətli yollarda da nəzarəti gücləndirəcək.
Ağstafada ŞOK OLAY: Gəncə sakinini öldürüb, MAŞININI YANDIRDILAR
Ağstafada dəhşətli qətl törədilib. Hadisə rayonun Xətai kəndində qeydə alınıb. Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Samir Fikrət oğlunun meyiti yol kənarında tapılıb. Ona məxsus “VAZ-2104” markalı maşın isə meyitin yanında yanmış vəziyyətdə aşkar edilib. S.Əliyevin qətlə yetirildiyi məlum olub.
“Çoxdəfəlik vizalar da elektron formada veriləcək”
“Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə elektron qaydada viza verilir və bunun müddəti 30 gündür”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Miqrasiya Məcəlləsində dəyişiklik edilməsindən danışarkən deyib.
Komitə sədri: “Dünya artıq Azərbaycanı idman ölkəsi kimi tanıyır”
“2017-ci ildə Azərbaycan parlamentində çox ciddi işlər görülüb. Biz bu il müxtəlif dövlət orqanları vasitəsilə beynəlxalq təşkilatlarla münasibətlərimizi daha da gücləndirmişik, ikitərəfli və çoxtərəfli görüşlərimizdə Azərbaycanın haqlı mövqeyinin müdafiəsinə nail olmuşuq. Azərbaycanda həyata keçirilən islahatlar gənclər və idman sahəsini də əhatə edib”.
Bələdiyyələrin statusu dəyişdi
Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlarına dəyişiklik layihələrinə baxılıb. “Olaylar” xəbər verir ki, “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, bələdiyyələr qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin dəfn xidmətlərinin təşkilinə yardım göstərəcək. Qanunun 4-cü (Yerli sosial müdafiə və sosial inkişaf proqramları) 2-ci hissəsinə edilən əlavəyə əsasən, qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin dəfn xidmətlərinin təşkilinə bələdiyyələr yardım göstərəcək.














