Sosial
Prodüser Təranəyə cinayət işi açıldı - Qadın alveri
Göz sağlamlığınızı pozan vərdişlər
Gözlərinizin sağlamlığına və qulluğuna diqqət edirsinizmi?.Üzünüzdə ilk olaraq diqqət çəkən gözləriniz hislərinizi ifadə edir. Bəs hansı səhvlər göz sağlamlığınızı poza bilər?.
Qərargah rəhbəri: "Alpinistlərin axtarışı güman gələn bütün istiqamətlərdə aparılır"
“Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən “Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir”. Bunu axtarış-xilasetmə əməliyyatı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində yaradılan qərargaha rəhbərlik edən Mərkəzin rəisi, polkovnik Şahin Mirzəyev deyib.
Göz təzyiqi nədir?
"Maye daim gözdə hasil olunur və daha sonra oradan axıb gedir. Mayenin gözdən axması prosesi pozulduqda, orada artıq miqdarda yığılmağa başlayır. Nəticədə maye gözün divarına daha güclü təzyiq etməyə başlayır ki, bu da müxtəlif göz xəstəliklərinin və pozulmalarının inkişafına yol açır."
Xəbərdarlıq: Bu giləmeyvə allergiya yaradır!
Bu siyahıda ən ön sırada yer alan giləmeyvə - hər birimizin çox sevdiyi çiyələkdir. Bu giləmeyvə, dadı, ən əsası isə qoxusuna görə çoxlarının ən sevimli meyvəsidir. Lakin bu giləmeyvə bir tək qoxusu və dadı ilə deyil, orqanizm üçün çox xeyirli və lazımlı vitamin və mikroelemtlərlə zəngin olduğu üçün çox faydalı meyvələr sırasına daxildir. İlk olaraq,nəzərinizə çatdırırıq ki, çiyələyin tərkibində insan orqanizmi üçün çox lazımlıantiksidantlar və bir sıra vitaminlər vardır. Bunlar : A, B, E, H və PP qrup vitaminləridir.
Gün yanıqlarını necə müalicə etmək olar?
Çimərlik mövsümündə gün yanıqları problemi çox aktual olur. Alov və ya kimyəvi maddələrdən olan yanıqlardan fərqli olaraq gün yanıqları özünü dərhal büruzə vermir, insanı "aldadır".Yalnız çimərlikdən evə qayıtdıqdan bir neçə saat sonra dəri qızarmağa və şişməyə başlayır, quru və həssas olur, qaşınır, ağrıyır.
Arı sancması zamanı nə etməli?
Arı və ya eşşək arısı sancması çox təhlükəli ola bilər. Allergiyaya meyilli olan insanlarda, uşaqlarda bu ağır allergik reaksiyanın, hətta anafilaktik şokun inkişafına gətirib çıxarda bilər. Arı və eşşək arıları insanları yalnız təhlükə hiss etdikdə sancır. Bu səbəbdən həşaratları görəndə dərhal təşvişə düşməyin, onları qovmağa çalışmayın, sakit qalın. Eşşək arıları insanları daha tez-tez sancır və onların sancmaları daha ağrılıdır.
Diqqət: Dəm qazından zəhərlənmə zamanı bu qaydalara əməl edin!
Son vaxtlar dəm qazından zəhərlənmə ən tez-tez rast gəlinən bədbəxt hadisələrdəndir. Dəm qazı (və ya karbon monoksid - CO) oksigen çatışmazlığı şəraitində təbii qaz, kömür, benzin, mazut və s. yanacaq növlərinin yanması zamanı əmələ gəlir. Dəm qazı çox güclü zəhərdir, orqanizm boyu sürətlə yayılır, ürək, beyin, qan, əzələləri zədələyir, insanın tez bir zamanda həlak olmasına səbəb olur. Dəm qazının heç bir xüsusi iyi, rəngi və ya dadı yoxdur.
Bel ağrılarından qurtulmaq üçün 7 FAYDALI MƏSLƏHƏT
Günümüzdə demək olar ki, əksər insanları narahat edən sağlamlıq problemlərindən biri bel ağrısıdır. Ailem.az sizə bel ağrılarından qurtarmaq üçün 7 faydalı məsləhət verir.
Bu şirniyyatları uşaqlara verməyin - HƏKİMDƏN QADAĞA
Tərkibində çoxlu şəkər olan karbohidratlı qidalar enerji ehtiyatını doldurmaq və böyüməkdə olan orqan və beynin fəaliyyəti üçün vacibdir. Şirniyyatlar, həmçinin əhvalın yüksəlməsində rol oynayan endorfinlərin sintezi üçün də lazımdır. Orqanizmdə karbohidrat çatışmazlığı yağ və zülal mübadiləsində pozulmalara səbəb olur. Lakin buna baxmayaraq, hazırda şəkərdən həddindən artıq istifadə halları ilə rastlaşırıq.
Mətbuat Şurasının Şikayətlər Komissiyasının iclası keçirilib
Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının 2017-ci ildə son iclası keçirilib. Şuradan verilən məlumata görə, toplantını giriş sözü ilə açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
Avtomobildə diqqəti yayındıra biləcək söhbətdə iştiraka görə cərimə ləğv edilib
Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə tətbiq edilən 40 manat cərimə ləğv edilib. Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliyi təsdiqləyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirilib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirilib.
Dini Komitə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edir. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, vakant dövlət qulluğu vəzifələrinə Komitənin Bakı şəhəri üzrə şöbə müdiri, Sumqayıt bölgəsi üzrə şöbə müdiri, Ucar bölgəsi üzrə şöbə , şöbə müdiri və İmişli bölgəsi üzrə şöbə müdiri vəzifələri aiddir.

.jpg)











.jpg)
