Sosial

Azərbaycanda bu il pambıq yığımında artım var

30 Dekabr 2017 20:29

Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 206 721 tondan çox pambıq təhvil verilib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən gün məntəqələrə 226 ton pambıq verilib.

Tibb Universitetində Elektron Universitet yaradılır

30 Dekabr 2017 20:25

Azərbaycan Tibb Universitetində (ATU) Elektron Universitetin yaradılması ilə bağlı işlərə başlanılıb. Bunu universitetin rektoru Gəray Gəraybəyli deyib. Bir neçə həftə öncə Təhsil Nazirliyinin Akkreditasiya Şu­rasının qərarı ilə Tibb Universite­tinin 5 illik müddətə yenidən akkreditasiyadan keçirildiyini xatırladan G.Gəraybəyli dövlət başçısının imzaladığı "İclmai iştirakçılıq haqqında" qanuna əsasən, ATU-nun rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının Əsasnaməsinin qəbul edildiyini vurğulayıb.

"Sovetski"də köçürmənin ikinci mərhələsi

30 Dekabr 2017 20:23

“Azərbaycan Prezidentin tapşırığına əsasən Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun “Sovetski” adlanan ərazisində indiyə qədər 26 hektardan çox sahəni əhatə edən ərazidə 4300-ə yaxın sahədə uzun müddət istifadə edilmiş kommunikasiya xətləri yeni tələblərə cavab verməyən və demək olar ki, istifadəyə yararsız hala çatmış yaşayış obyektləri sakinlərlə əldə edilmiş razılığa uyğun olaraq satın alınaraq sökülüb”.

İtkin düşən alpinistlərin axtarışı üçün XÜSUSİ PROQRAM HAZIRLANDI

30 Dekabr 2017 20:12

İspaniyanın Alikanta Universitetindən olan bir qrup alim meşə və dağlarda itkin düşmüş insanların axtarışını daha da sürətləndirmək üçün yeni tətbiq hazırlayıblar. Belə ki, itkin düşmüş, köməyə ehtiyac duyan insanlar üçün smartfon bir qayda olaraq mobil şəbəkənin əhatə dairəsində olmaması səbəbindən rabitə vasitəsi kimi faydasızdır. İspaniyalı alimlər isə, bu problemi aradan qaldırmaq məqsədilə smartfonların "Wi-Fi”sistemini siqnal göndərən mayak kimi istifadə etməyi təklif ediblər.

Mənsimovun gəmisi Aralıq dənizində 5 nəfəri xilas etdi

30 Dekabr 2017 20:07

Aralıq dənizində azərbaycanlı milyarderə məxsus gəmi 5 Tunis vətəndaşını boğulmaqdan xilas edib. "Şirvan" gəmisi Aralıq dənizində olarkən xəbərdaredici siqnal alıb. Dərhal hadisə yerinə gedən gəmi qayıqda boğulma təhlükəsi ilə üzləşən tunisliləri xilas edib.

Səhiyyə naziri: "Sertifikasiya prinsipləri dəyişdiriləcək”

30 Dekabr 2017 19:26

”Ölkə səhiyyəsində həm savadlı kadrların yetişməsi, həm də bugünkü həkimlərin müasir səviyyədə işləməsi üçün yaxın gələcəkdə həkimlərin sertifikasiyasının prinsipləri dəyişdiriləcək”.

İtən alpinistlərin axtarışı bu gün də davam etdirilib

30 Dekabr 2017 18:47

“Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən “Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları bu gün də davam etdirilib. Lakin təəssüf ki, hələlik bir nəticə yoxdur”.

"27 ildir deputatam, heç bir xarici ölkəyə getməmişəm" - Hacı Madər

30 Dekabr 2017 17:44

“Mən 27 ildir ki, deputatam. Bu müddət ərzində Azərbaycanda olan bütün vəzifəli şəxslərlə görüşmüşəm”. Bu sözləri Milli Məclisin 10 saylı Binəqədi üçüncü seçki dairəsinin deputatı Madər Musayev deyib. Deputat indiyə kimi heç bir xarici ölkədə olmadığını da bildirib.

Röyanın möhtəşəm Quba konserti

30 Dekabr 2017 17:41

Mədəniyyət və Truizm Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və “ASAN xidmət”in təşkilatçılığı ilə Quba “ASAN həyat” Kompleksində yeni il konserti keçirilib. Olaylar.az bildirir ki, konsert proqramı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü, “ASAN xidmət”in 5, ASAN Radionun isə 2 yaşına həsr olunub. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, 5 il əvvəl, yəni 2012-ci il dekabrın 29-da Respublikamızda dövlət idarəetməsi sahəsində genişmiqyaslı islahatların tərkib hissəsi olaraq, Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” mərkəzinin açılışı baş tutub.

Məmur  oğlu sevgilisi olan qızı bir kisə dollar səpməklə yuxudan ayıldır - VİDEO

30 Dekabr 2017 17:35

Dolların stabilliyini qorumadığı bir dövrdə sevgilisinin başına pul səpələyən “romantik”lərin sayı get-gedə artır. Videoda yatmış sevgilisinin başına dollar səpələyən gənc onu yuxudan oyadır. Xanım isə həmin pulları dəstələyərək başının altına qoyub, şirin yuxusuna davam edir.

Bakıda itkin düşdü, Suriyada tapıldı - İŞİDƏ qoşuldu

30 Dekabr 2017 17:29

1981-ci il təvəllüdlü Hüseynov Mehman Tariyel oğlu hələ 2014-cü ilin dekabrında itkin düşüb. Hüseynovun anası – 1954-cü il təvəllüdlü Nailə İbrahimova yaşadığı Xətai rayonunun 36-cı polis bölməsinə müraciət edərək, hüquq-mühafizə orqanlarının əməkdaşlarını itkin düşmüş oğlu barədə məlumatlandırıb. Aparılmış istintaq zamanı Hüseynovun Azərbaycandan kənarda silahlı birləşmələrə qoşulması, daha dəqiqliklə, Suriyada Bəşər Əsədin ordusuna qarşı döyüşən yaraqlılara qoşulması barədə güman formalaşıb. Lakin bu məlumat yalnız indi təsdiqlənib və dekabrın 28-də işin materialları təhqiqat aparılması üçün müvafiq strukturlara göndərilib. Hüquq-mühafizə orqanlarınının əməkdaşlarının hazırda Hüseynovun sağ olub-olmaması barədə məlumatları yoxdur.

Pəhrizdə doğru bilinən yanlışlar

30 Dekabr 2017 13:00

Ac qalaraq arıqlamaq olarmı? Çörək kökəldirmi? Dietik qidalar arıqladırmı? Aç qalaraq arıqlamağın, çörəyin kökəltdiyinin, diyet məhsullarının arıqlatdığının və 18:00-dan sonra yemək yeyilməməsinin əslində doğru olmadığını bilirdinizmi?