Sosial

BNA-dan mühüm dəyişiklik, 175 saylı marşrutda “BakuBus” avtobusları işləyəcək

8 Yanvar 2018 15:15

13.01.2018 tarixindən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə “BakuBus” MMC-yə məxsus sərnişindaşıma ilə bağlı mövcud tələblərə tam cavab verən avtobuslar xidmət göstərəcək. Bu barədə məlumat “OLAYLAR”-a BNA-dan daxil olub. Bildirilib ki, dəyişiklik edilməsinə səbəb 175 nömrəli marşrut üzrə daşıyıcının işində ciddi nöqsanlara yol verməsidir. Belə ki, 06.01.2018 tarixində çox sayda insanın xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi də məhz daşıyıcının fəaliyyətində yol verdiyi ciddi nöqsanlardan qaynaqlanıb. Sərnişinlərin təhlükəsizliyinə hər zaman önəm verən  Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırda marşrut xətti üzrə faəliyyət göstərən daşıyıcı ilə müvəqqəti istismara dair müqaviləyə xitam verilib.

Deputat avtobus qəzasına görə BNA-nı ittiham etdi

8 Yanvar 2018 14:47

Əvvəllər məhkum olunmuş və nəqliyyat vasitəsini idarə etmək üçün sənədi olmayan sürücünün qəza törətməsi və insanların yaralanması ciddi ictimai narahatlıq doğuran məsələdir.

Bu sahədə ciddi problem yaranacaq – Ekspertdən çağırış

8 Yanvar 2018 14:45

Ölkədə təhsilin informasiyalaşması sahəsində problemlər xeyli ciddiləşib və təəssüf ki, ötən hər gün bu sahədə problemlər yığılmaqda davam edir. Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz söyləyib. 

Azərbaycan gənclərinin VIII Forumu keçiriləcək

8 Yanvar 2018 14:35

Azərbaycan gənclərinin VIII Forumu keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Gənclər və İdman Nazirliyindən daxil olub. Bildirilib ki, forumun cari ilin birinci yarısında keçirilməsi nəzərdə tutulub.

Belə-belə işlər... Elçin Hüseynbəyli yazır... Göyərçin sevdalıları və oğruları

8 Yanvar 2018 14:33

Parkda gəzərkən dən axtaran və gözəl, nazlı xanımlar kimi ötüşən göyərçinlərə tamaşa edirəm. Qanadlarındakı naxışlar ala-bəzək xalıya bənzəyir. Ayaqlarına, sanki qırmızı corab geyiblər, dırnaqlarına da ona uyğun lak qoyublar.

Siqaretdən imtina orqanizmə necə təsir edir?

8 Yanvar 2018 14:29

Məlum olduğu kimi, Azərbaycanda ictimai yerlərdə siqaret çəkməyi məhdudlaşdıran “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması” haqqında qanun qəbul olunub. Qanun görə, ümumtəhsil müəssisələrində, idman yarışlarının və digər kütləvi tədbirlərin keçirildiyi məkanlarda, həmçinin ticarət obyektlərində, restoranlarda, kafelərdə, barlarda və digər ictimai iaşə obyektlərində (bu məqsədlə ayrılmış açıq sahələr və yerlər istisna olmaqla) tütün məmulatlarından (siqaret), qəlyandan və elektron siqaretdən istifadənin qadağan edilməsi nəzərdə tutulur. Artıq sözügedən qanunun icrası məqsədilə bir sıra işlər görülüb.

Hansı hallarda cinayət məsuliyyətindən azad olmaq mümkün olacaq?

8 Yanvar 2018 14:27

Məlum olduğu kimi 01 dekabr 2017-ci il tarixdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilmiş 300-ə yaxın dəyişiklik qüvvəyə mindi və tətbiq edilməyə başladı. Həmin dəyişikliklərə əsasən, 18 əməl dekriminallaşdırıldı, başqa sözlə, cinayətlər sırasından çıxarıldı, 36 cinayət üzrə azadlıqdan məhrum etmə cəzasının hədləri aşağı salındı, cəzalar yüngülləşdirildi, nəticədə 22 cinayət ağırlıq dərəcəsinə görə aşağı cinayət kateqoriyasına keçirildi, 158 maddəyə azadlığın məhdudlaşdırılması növündə və digər alternativ cəzalar əlavə edildi. Bu dəyişikliklər, eyni zamanda, mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə hallarını genişləndirdi və mövcud olanları sistemləşdirdi.

3,9 min nəfər peşə kurslarına, 105,3 min nəfər isə peşəyönümü tədbirlərə cəlb edilib

8 Yanvar 2018 14:17

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işçi qüvvəsinin bacarıqlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması yönündə tədbirlərin davamı olaraq,  2017-ci ildə əvvəlki illə müqayisədə 209 nəfər və ya 5,6 faiz çox olmaqla, 3 911 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

Nizami Cəfərov narazılıq etdi: Çoxlu qüsurlar var

8 Yanvar 2018 13:55

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşr etdiyi “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının üzvləri arasında ciddi fikir ayrılığına səbəb olub.

Zakir Fərəcov iki məmuru işdən çıxardı

8 Yanvar 2018 13:47

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının I müavini Faiq Kərimov vəzifəsindən azad edilib. Sumqayıt şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, F.Kərimov işdən öz ərizəsi ilə ayrılıb. İcra başçısı Zakir Fərəcov onun istefa ərizəsini qəbul edərək işdən azad edilməsi barədə qərar verib.

26 dövlət əmlakı hərraca çıxarıldı

8 Yanvar 2018 13:37

Fevralın 23-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirəcək. “Olaylar” komitəyə istinadən xəbər verir ki, hərraca 18-i səhmdar cəmiyyəti, 4-ü qeyri-yaşayış sahəsi və 4-ü kiçik dövlət müəssisəsi olmaqla 26 dövlət əmlakı çıxarılıb. Hərraca çıxarılan kiçik dövlət müəssisələri altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Belə ki, tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib.

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

8 Yanvar 2018 13:36

DİM-də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək.

Depoda yeni yarımstansiya istifadəyə verilib

8 Yanvar 2018 13:26

Metropolitenin lokomotiv parkının, eləcə də əsas istehsalat sahələrinin yerləşdiyi "Nərimanov" elektrik deposunda yeni elektrik yarımstansiyası istifadəyə verilib. Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bununla metropolitenin infrastrukturunun fəaliyyətini təmin edən ən mühüm istehsalat, təmir-bərpa sahəsi olan deponun elektrik təchizatı ən müasir standartlar səviyyəsinə qaldırılıb.

Paytaxtda yağış, bölgələrdə qar yağacaq

8 Yanvar 2018 13:03

Sabah, yanvarın 9-da Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Sumqayıtda çörək qadağası? - RƏSMİ AÇIQLAMA

8 Yanvar 2018 13:00

Sumqayıtda fəaliyyət göstərən market sahiblərindən biri mətbuata qəribə açıqlama verib. O bildirib ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdəki market sahiblərinə ciddi xəbərdarlıq edilib. Məlumata görə, şəhər İcra Hakimiyyətinə çağrılan sahibkarlarla söhbət edən Sumqayıt İcra Hakimiyyəti başçısının müavini bildirib ki, yanvar ayının 8-dən etibarən Sumqayıt şəhəri ərazisində Bakıda fəaliyyət göstərən çörək zavodlarının məhsullarının satışı qadağan olunur. Şəhər marketlərində yalnız Sumqayıt çörək zavodunun məhsulları satıla bilər.