Sosial

Masallıda nəhəng qartal tutulub

8 Yanvar 2018 17:35

Masallıda qeyri-adi qartal tutulub. Rayonun Xırmandalı kənd sakini Anar Qurbanov itmiş atını axtarmağa gedərkən özlərinə məxsus otlaq sahəsində qartalla rastlaşıb.

Bakıda qəza - "London taksisi" otelə girdi - Xəsarət alan var

8 Yanvar 2018 17:31

Bakıda iki avtomobil hotelə çırpılıb. Hadisə Səbail rayonu, Neftçilər prospektində, "Park İnn" hotelinin qarşısında qeydə alınıb. "Mercedes" markalı avtomobil "London" taksisi ilə toqquşub və hər iki avtomobil idarəetməni itirərək hotelin qarşısındakı maneəyə çırpılıb.

Tacikistanın Azərbaycandakı səfiri Gəmiçilikdə olub

8 Yanvar 2018 17:21

Yanvarın 8-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüş keçirilib. “OLAYLAR”-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, gəmiçiliyin sədri Rauf Vəliyev qonağa  Azərbaycanda dəniz nəqliyyatı sahəsində görülən işlər, donanmanın yenilənməsi istiqamətində əldə olunan nailiyyətlər, respublikamızın nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfə barədə ətraflı məlumat verib.

Mingəçevirdə 4 otaqlı ev yanıb

8 Yanvar 2018 17:16

Mingəçevir şəhərində vətəndaşa məxsus 4 otaqlı evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 170 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 80 m2 sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik fəaliyyət planı imzalanıb

8 Yanvar 2018 17:15

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2018-ci il üçün birgə fəaliyyət planı imzalanıb. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, sənədə əsasən, keçiriləcək tədbirlərin yeri, icra vaxtı, icraya məsul qurumlar və şəxslər müəyyən edilib.

Yanvarın 22-si iş günü olacaqmı?

8 Yanvar 2018 16:30

Azərbaycanda 20 Yanvar - Ümumxalq Hüzn Gününün bu il həftənin şənbə gününə təsadüf etməsi yanvarın 22-də iş gününün olub-olmayacağı sualını doğurub. Məlumata görə, yanvarın 20-si Ümumxalq Hüzn Günü olduğundan ölkədə iş günü hesab edilmir.

Milli Məclis deputatların maaşının artması barədə məlumatlara aydınlıq gətirib

8 Yanvar 2018 16:27

“Milli Məclisin deputatlarının əmək haqlarında heç bir artım baş verməyib”. BunuMilli Məclisin İşlər müdiri xidmətinin Maliyyə şöbəsinin müdir müavini Cavid Möhbalı deyib. O qeyd edib ki, bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. "Deputatların maaşlarının 800 manat artması ilə bağlı məlumatlar əsassızdır. Kimlərsə məsələni qarışdırır. 2018-ci ilin büdcəsində MM-ə ayrılan vəsaitin artmasından irəli gələrək deputatların xarici ezamiyyət xərclərində artım nəzərdə tutulur. Bu, əvvəlki illə müqayisədə müəyyən artımdır, lakin qeyd olunan rəqəm qədər deyil. Deputatların əmək haqqında isə heç bir artım yoxdur. Artım olsaydı, bunu ilk olaraq biz bilərdik. Çünki əməkhaqqını deputatların kartlarına biz köçürürük. Bizə isə belə bir tapşırıq, təlimat gəlməyib”, - deyə o bildirib.

Stadionlarda siqaret qadağan olunacaqmı?

8 Yanvar 2018 16:23

"Qanun hamı üçündür. Çempionatın ikinci dövrəsi başlayanda stadionlarda bu barədə elan veriləcək. Fasilədə isə yeni qanunla bağlı təbliğat aparılacaq". Bu sözləri açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Rusiyada çap olunan ensiklopediyada Dağlıq Qarabağla bağlı təxribat

8 Yanvar 2018 16:15

Rusiya paytaxtı Moskvanın kitabxanalarında Azərbaycanın Ermənistan tərəfindən işğal olunan əraziləri, o cümlədən Dağlıq Qarabağla bağlı yalan məlumatların əks olunduğu "Dünya ölkələri" adlı ensiklopediya açıq satışdadır.

DYP sürücü və avtomobil sahiblərinə müraciət edib

8 Yanvar 2018 16:12

Nəqliyyat vasitələrinin istifadəçiləri barədə məlumatların verilməsi ilə bağlı Baş DYP İdarəsi hüquqi və fiziki şəxslərə müraciət edib. İdarədən  verilən məlumata görə, son vaxtlar ayrı-ayrı internet saytlarında, sosial şəbəkələrdə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək elektron qaydada tərtib edilən inzibati xəta haqqında protokollar üzrə cərimə məbləğlərinin banklarda qəbul edilməməsi, yaxud müxtəlif vaxtlarda törədilən qayda pozuntularına görə bir neçə protokol üzrə qərarların bir gündə çıxarılması səbəbindən ödənişdə çətinliklərlə üzləşmələri barədə bəzi sürücülər tərəfindən müxtəlif fikirlər səslənir.

Nizami rayonunda bir otqlı ev yanıb

8 Yanvar 2018 15:55

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 50 m2 olan birmərtəbəli 3 otaqlı tikilinin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

8 Yanvar 2018 15:54

Bakı şəhəri, Nəsimi rayonu beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin 1 otağında 6 m2 sahədə ev əşyaları yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyatı üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühfizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

"Azərbaycan" nəşriyyatının baş direktoru kağız qıtlığı barədə məlumatlara münasibət bildirib

8 Yanvar 2018 15:47

“Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov ölkədə qəzet kağızı qıtlığının yaranması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. A. Əsgərov  bildirib ki, “Azərbaycan” nəşriyyatında kağız qıtlığı yaşanmır. Onun sözlərinə görə, rəhbəri olduğu nəşriyyatın əlavə kağız ehtiyatı mövcuddur.

Bakıda Türkiyə Universitetlər İttifaqının I idman oyunları keçiriləcək

8 Yanvar 2018 15:17

Bu ilin aprel ayında Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcək. Belə ki, aprel ayında Bakıda Türkiyə Universitetlər İttifaqının I idman oyunları keçiriləcək.