Sosial

Yaponlar niyə kökəlmirlər?- Əsl səbəbləri siz də oxuyun...

8 Yanvar 2018 20:05

Hamıya məlumdur ki, yaponlar digər xalqlara nisbətən daha uzun ömürlü həyat yaşayırlar. Orta yaş həddi təxminən 87-dir. Bundan başqa yapon qadınları düzgün, incə bədən quruluşu ilə seçilirlər. Bəs niyə yaponlar kökəlmir?.

Uşaqları kompüterdən ayırmağın 5 asan yolu...

8 Yanvar 2018 19:56

Bu, valideynlərin çox tez-tez verdiyi suallardan biridir. Və söhbət, əlbəttə ki, kompüterə aludə olan, qapalı uşaqlardan gedir.

Kivi hansı orqanlar üçün faydalıdır?

8 Yanvar 2018 19:51

Kivinin vətəni Çindir. Bu meyvə yalnız 20-ci əsrin ortalarından dünyada tanınmağa başlayıb. Lakin buna baxmayaraq kivi hal hazırda ən sevilən meyvələrdən biridir. Qeyri-adi xoş dada malik olan bu meyvə həmçinin çox faydalıdır. 

Xəbərdarlıq: Uşaqlarınızda çəplik varsa....

8 Yanvar 2018 19:40

Binokulyar görmənin inkişafı 10-12 yaşına qədər davam edir və sonra öz funksiyasını tamamlayır. 10-12 yaşına qədər uşaqlarda ortaya çıxa biləcək göz narahatlıqları ambliopiyə yol aça bilər. Çəplik də ambliopiyə səbəb olan göz problemlərindəndir. Göz qaralarında sürüşmə olduğunu görmək asan olsa da, bəzən xarici görünüş aldadıcı ola bilər.

Qışda immunitetinizi gücləndirmək üçün bu cövhərdən istifadə edin...

8 Yanvar 2018 19:35

Hazırlanması çox sadə olan bu cövhərin insan orqanizmi üçün faydaları sayılmaqla bitməz. Ən başlıcası bu cövhər vaxtsız qocalmanın qarşısını alır. O, ürəyin fəaliyyətini yaxşılaşdırır, qan təzyiqini normallaşdırır, bütün daxili orqanlara müsbət təsir göstərir, orqanizmin zərərli maddələrdən təmizlənməsinə yardımçı olur.

Hamilə xanımlar, diqqətli olun: Bitki çayı erkən doğuşa səbəb ola bilər!

8 Yanvar 2018 19:29

Hamiləlik zamanı qidalardan anaya və körpəyə verə biləcəyi zərərlər baxımından diqqətli istifadə edilməlidir. Mütəxəssislər xüsusən qış aylarında daha çox içilən bitki çaylarının erkən doğuş və düşüyə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edir. Təbii olduğu üçün daha çox içilən bu bitki çaylarının tərkibində sağlamlığa zərərli ola biləcək bəzi maddələr də var.

Tərəvəz və meyvələrin daha faydalı olması üçün nə etməli?

8 Yanvar 2018 19:00

Qida rasionunuzda meyvə və tərəvəzlər üstünlük təşkil etsə belə, onların faydasını görməyə bilərsiniz. Çünki qidalardan doğru istifadə yollarına müraciət etmək lazımdır. Tərəvəz və meyvələrin içindəki bəzi vitaminlər suda həll olur. Bu səbəblə tərəvəz və meyvələri uzun müddət yumaq və ya suda saxlamaq düzgün deyil. Çünki bu həmin meyvə və ya tərəvəzin qida dəyərini aşağı salır. Meyvə və tərəvəzlərin vitaminlərinin itməməsi üçün onları bütöbv şəkildə yumaq lazımdır, doğradıqdan sonra yumaq olmaz. Tərəvəzləri bişirərkən qazana çox su tökməyin. Onları az suda, öz buxarında bişirin.

Gürcüstanda yanan avtobusla bağlı Bakı avtovağzalından AÇIQLAMA

8 Yanvar 2018 18:45

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Gürcüstanda yanan sərnişin avtobusu ilə bağlı açıqlama verib. Qurumun mətbuat xidmətinin rəhbəri Yaşar İsakov  faktı təstiqləyib. O bildirib ki, hadisə yanvarın 7-də təxminən 21.30 radələrində Gürcüstan ərazisində, Tbilisi yaxınlığında baş verib: "Türkiyənin “Öz Nuhoğlu” şirkətinə məxsus "Mercedes" markalı "16 HB A 05" nömrə nişanlı avtobusda bizə məlum olmayan səbəblərdən yanğın baş verib.

Dırnaq yeməyin əsl səbəbləri açıqlandı...

8 Yanvar 2018 18:30

Dırnaq yeyən insanların digərlərindən fərqi nədir? İradələrimi zəifdir? Daha acdırlar, ya əsəbidirlər? Dırnaqlarınızı yeməyə başladınızsa, tərgitməsi çətin olacaq. Psixiatrlar dırnaq yemə vərdişini nəzarət pozuntuları sırasına aid edir. Gənclərin yüzdə 45-i dırnaq yeyir. Ziqmund Freyd isə bunu psixo seksual pozğunluqla əlaqləndirib. Az qidalanma, çox yemə, uzun müddət əmizdirmək, evdə münasibətlərin problemli olması da bu vərdişə səbəb ola bilər.

Azərbaycanda işsizlərə sığorta ödənişinin verilməsi qaydası müəyyənləşib

8 Yanvar 2018 18:07

Nazirlər Kabineti “Sığorta ödənişinin verilməsi Qaydası”nı təsdiqləyib. Məlumata görə, qərar bu ildən qüvvədədir. Bu Qayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin (Xidmət) yerli orqanları tərəfindən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin hesablanması və ödənilməsi qaydasını müəyyən edir.

Nazirlik: Teleqüllənin yaxınlığındakı çatlar genişlənə bilər

8 Yanvar 2018 17:50

Atmosfer yağıntılarının təsiri nəticəsində “Teleqüllə” sürüşmə sahəsində – Teleqüllədən 200-250 m cənub – şərqdə torpaq qatında yaranan çatlar genişlənə bilər. Bunu özəl olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.