Sosial
“Deyir, 1 dəqiqəlik dayanmışdım, araşdıranda məlum olur ki..."
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dayanma, durma və parklanma ilə bağlı avtomobil sürücülərinə müraciət edib. İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, dayanma, durma və parklanma prioritret məsələlərdəndir: “Sürücülərin əksəriyyəti avtomobillərin parklanması ilə bağlı tərtib edilmiş protokollarla razılaşmır, şikayət edir.
BƏƏ-dən Qəbələyə birbaşa uçuşlar həyata keçiriləcək
2018-ci ildə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında daha bir marşrut üzrə birbaşa uçuşlar həyata keçiriləcək. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov verib.
Naxçıvan - Məşhəd-Naxçıvan sürət qatarının hərəkəti bərpa olunur
Yanvar ayının 11-dən etibarən 16/15 №-li Naxçıvan - Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkəti yenidən bərpa ediləcək. Bu barədə məlumat “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, qatar 11.01.2018-ci il tarixdən etibarən həftədə bir dəfə Naxçıvandan həftənin IV günləri, Bakı vaxtı ilə saat 7-00-da yola düşəcək. Məşhəd stansiyasına 12.01.2018-ci il tarixdən etibarən həftənin V günləri İran vaxtı ilə saat 14-25-də çatıb və həmin gün saat 22-00-da geriyə yola düşəcək. Naxçıvana qatar 14.01.2018-ci il tarixdən etibarən həftənin VII (bazar) günləri saat 6-00-da çatacaq.
Bakı metrosunda özünü qatarın altına atan gəncdən HƏYAT DOLU FOTOLAR
Xəbər verdiyimiz kimi, bu gün Ulduz metrosunda intihar hadisəsi yaşanıb. İntihar edən şəxsin kimliyi məlum olub. Bu 22 yaşlı Mustafazadә Rәşad Elixan oğludur. O, 1995-ci işdә Gәncәdә anadan olub.
İntihar edən şairin dəhşətli statusları... - 1 saat əvvəl dənizdən şəkil paylaşdı
Dünən özünü dənizə ataraq intihar edən 23 yaşlı tələbə Məlik Cahangirovla bağlı bəzi detallar məlum olub. Lerik rayon sakini olan gənc uzun müddətdir “Məlik Cahan” imzası ilə şeirlər yazırmış. O, son günlər sosial şəbəkədəki hesabında pessimist paylaşımlar edib və yaxın dostlarına özünü öldürəcəyini deyib.
Binəqədidə daha bir küçə əsaslı şəkildə təmir edilir
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən Binəqədi rayonunda daha bir küçənin əsaslı şəkildə təmiri işlərinə start verilib. Agentliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, söhbət 930 metr uzunluğunda olan Məsud Davudoğlu küçəsindən gedir. Küçənin eni isə 7-8 metr arası dəyişir.
Olimpiya stadionu qarşısında nəqliyyatın sıxlığı yaranıb
Böyükşor şossesi, Olimpiya stadionunun qarşısındakı yolun 3 zolağının bağlanması səbəbindən həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. “OLAYLAR” xəbər verir ki, məlumatı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsi yayıb. Bildirilib ki, nəqliyyat vasitələrinin hərəkətində sıxlığın yaranmasına səbəb yolun şəhər istiqamətində gedən hisssində təmir-tikinti işlərinin aparılmasıdır.
Azərbaycanda bu da oldu: Gəlin öz maşını ilə bəyi köçürdü - VİDEO
Azərbaycanda gəlinin maşın sürərək, bəyi evindən götürməyə getməsi ilə bağlı kadrlar yayılıb. Görüntülər qısa zaman ərzində izlənmə rekordu qırıb.














