Sosial

Kompüterlərin “hədiyyə etdiyi” 7 XƏSTƏLİK

17 Yanvar 2018 18:30

Kompüter yəqin ki, son illərdə insan oğlunun icad etdiyi ən faydalı qadjetlərindən biri sayılır. Biz ondan demək olar ki, həyatın bütün aspektlrindən istifadə edirik: şəxsi həyatda, işdə, nəqliyyatda, təhsildə, hatta tanışlıq məqsədləri üçün. Çoxumuz ona elə öyrəşmişik ki, vaxtımız böyük hissəsini onun arxasında keçiririk. Elə buna görə də həyatın neçə axıb getidiyinin fərqində olmuruq...

Azərbaycan «İslam həmrəyliyi ili» çərçivəsində bütün dünyaya sülhsevər ölkə olduğunu bir daha nümayiş etdirdi

17 Yanvar 2018 18:12

«Azərbaycan beynəlxalq miqyasda İslam həmrəyliyinin güclənməsinə nail olmağa çalışır». “OLAYLAR” yap.org.az-a istinadən xəbər verir ki, bu fikri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Bakıda satışına razılıq verilməmiş dini təyinatlı ədəbiyyat aşkar edilib

17 Yanvar 2018 18:11

Yanvarın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə Bakı şəhəri, Sabunçu rayonu Sülh küçəsi 135 ünvanında yerləşən dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan “Ənsar” mağazasında reyd keçirilib. “OLAYLAR” Dini Komitəyə istinadən xəbər verir ki, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqənin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.

Orfoqrafiya lüğətindən çıxarılması təklif edilən bəzi sözlər məlum olub

17 Yanvar 2018 18:03

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib. İclasda "a" və "b" hərfləri ilə başlayan 200-dən çox sözün orfoqrafiya lüğətindən çıxarılması müzakirə olunub.

Azərbaycanda hepatit B və C-yə yoluxanların sayı artıb

17 Yanvar 2018 17:23

Ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də yoluxucu və parazitar xəstəliklər üstünlük təşkil edib.

Mərakeşlə əməkdaşlıq məsələləri müzakirə edilib

17 Yanvar 2018 17:15

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Mərakeş Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Mohamed Adil Embarş arasında görüş keçirilib. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Mərakeş arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edildi və müvafiq hüquqi bazanın mövcudluğu iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinə şərait yaradan faktor kimi qiymətləndirildi.

Respublikanın ikinci böyük şəhərində Dövlət Proqramı uğurla icra edilir

17 Yanvar 2018 17:11

2004-cü ildən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ölkənin simasını demək olar ki, tamamilə dəyişdi, həm paytax Bakıda, həm də regionlarda infrastruktur layihələri həyata keçirildi, istehsal və emal müəssisələri yaradıldı. Bu da öz növbəsində ümumilikdə ölkə üzrə işsizlik probleminin aradan qalxmasına öz müsbət təsirini göstərdi.

Qubada modul tipli məktəb istifadəyə verilib

17 Yanvar 2018 16:28

Yanvarın 17-də Quba rayonuna mediatur təşkil edilib. Mediaturun məqsədi bu bölgədə inşa edilən modul tipli məktəb haqqında media nümayəndələrinə məlumat vermək və onları həmin məktəblə tanış etmək olub. “OLAYLAR”-ın xəbərinə görə, media nümayəndələri Quba rayonunun Çağacıq kəndində yeni istifadəyə verilən modul tipli məktəbdə olublar. Bildirilib ki, 56 şagird yerlik məktəb 5 sinif otağı və 1 müəllimlər otağından ibarətdir. Hazırda 50 şagirdin təhsil aldığı məktəbdə 4 sinif komplekti və 1 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəb müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib.

Dini ekstremizmə qarşı mübarizəyə dair Tədbirlər Planı təsdiqlənib

17 Yanvar 2018 16:26

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti arasında dini ekstremizmə qarşı mübarizənin 2018-ci il ərzində də davam etdirilməsi məqsədilə Tədbirlər Planı imzalanıb. Dini Komitənin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Tədbirlər Planında dini ekstremizmə və onu doğuran səbəblərə qarşı birgə mübarizənin aparılması, bu istiqamətdə fəaliyyət göstərən qurumlar arasında koordinasiya işinin təşkili məqsədilə respublikanın bütün bölgələri əhatə olunmaqla seminar-müşavirələrin keçirilməsi nəzərdə tutulub.

Ötən il Azərbaycanda 57 mindən çox nikah qeydə alınıb

17 Yanvar 2018 16:23

2017-ci ilin 11 ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 57177 nikah qeydə alınıb. “Olaylar”ın məlumatına görə, qeydə alınmış boşanma hallarının sayı isə 13345 təşkil edib.

Profilaktiki tədbirlər nəticə verir

17 Yanvar 2018 16:20

Polis əməkdaşları tərəfindən əhali arasında mütəmadi aparılan qabaqlayıcı-profilaktiki, hüquqi maarifləndirmə tədbirləri və izahedici söhbətlər öz nəticəsini verir. Belə ki, ötən gün də vətəndaşlar tərəfindən xeyli sayda silah könüllü olaraq polis orqanlarına təhvil verilib.

Bakıda bir ailənin kabusuna çevrilən cinayətkar AZADLIQDA GƏZİR

17 Yanvar 2018 16:07

Noyabrın 9-u təxminən axşam saat 8-9 radələrində Bakının Mehdiabad qəsəbəsi ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi barədə xəbər portallarında dəfələrlə yazılar çıxdı.

Bakıxanovda yol hərəkətinin daha rahat təşkili üçün təkliflər hazırlanıb

17 Yanvar 2018 15:51

Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yol hərkətinin təşkili ilə bağlı təhlillər aparıb. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, qeyd edilən küçədə yol infrastrukturunun daha da təkmilləşdirilməsi və zəruri şəraitin yaradılması üçün bir sıra nəqliyyat tədbirlərinin görülməsinin vacib olduğu müəyyən edilib.

Zaqatalada yeraltı keçid inşa edilib

17 Yanvar 2018 15:49

Zaqatala rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə şəhər ərazisindəki yeraltı piyada keçidinin tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.