Sosial

AzTU-da “Elmin sürət qatarı” layihəsinin təqdimatı olub

22 Yanvar 2018 13:53

Azərbaycan Texniki Universitetində (AzTU) Tərlan Orucovanın müəllifi olduğu “Elmin sürət qatarı” layihəsinin təqdimatı keçirilib. “OLAYLAR” Təhsil ocağına istinadən xəbər verir ki, təqdimatında çıxış edən AzTU-nun prorektoru İsa Xəlilov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar ali təhsil müəsissələrinin qarşısına mühüm vəzifələr qoyulub. Prorektor qeyd edib ki, universitetin ictimai təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, gənc alimlərin və tələbələrin elmi-tədqiqat işlərinin dəstəklənməsi, həmçinin istedadların aşkar edilməsi qədər təhsilin bütün pillələrində kefiyyətin yüksədilməsi də prioritet istiqamətlərdəndir. İsa Xəlilov neft kapitalının insan kapitalına çevrilməsinin Prezident İlham Əliyevin sürətli iqtisadi inkişaf xəttinin əsas leytmotivlərindən olduğunu vurğulayaraq son illər AzTU tələbələrinin elmi-texniki, həmçinin ictimai uğurlarından danışıb.

“Sabahın alimləri” VII Respublika Müsabiqəsinə qeydiyyat başa çatıb

22 Yanvar 2018 13:41

“Sabahın alimləri” VII Respublika Müsabiqəsinə qeydiyyat başa çatıb. “OLAYLAR” xəbər verir ki, qeydiyyatın nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 129 şagirdi 92 layihə ilə müsabiqəyə qatılmaq üçün www.sabahinalimleri.edu.az internet səhifəsində onlayn formada qeydiyyatdan keçib. Elmi Ekspertiza Komitəsinin qərarına əsasən, onlardan 37 layihənin müəllifi olan 59 məktəbli müsabiqədə iştirak etmək hüququ qazanıb. Respublikanın digər ümumi təhsil məktəbləri üzrə isə 399 şagird 244 layihə ilə qeydiyyatdan keçib. Onlardan 113 layihə müəllifi olan 200 məktəbli müsabiqəyə buraxılıb.

Orfoqrafiya ilə orfoepiyanı qarışıq salmaq olmaz

22 Yanvar 2018 13:40

12 il ərzində 3  dəfə dəyişdirilən orfoqrafiya qaydaları… Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsi ətrafında müzakirələr davam edir. Olaylar.az bununla bağlı Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasovla və filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitunun elmi işçisi Səadər Şıxıyeva ilə   yeni qaydalar ətrafında yaranan mübahisəli məsələlərə aydınlıq gətirmək istədi.

Yağmursuz hava davam edəcək

22 Yanvar 2018 13:23

Bakı və Abşeron yarımadasında yanvarın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 

Keçmişdə belə xəstələri edam edirdilər - İndi bir çoxunuz bu xəstəliyi daşıyırsınız!

22 Yanvar 2018 13:12

Hazırda insanların əhəmiyyətli hissəsi bu xəstəlikdən əziyyət çəkir. Amma kəskin və parlaq şəkildə ifadə olunan simptomları olmadığına görə çoxları xəstə olduğunu ya başa düşmür, ya da bu faktı qulaqardına vurur.

Daha 148 obyekt özəlləşdirməyə çıxarılıb

22 Yanvar 2018 13:06

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən fevralın 20-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Budəfəki hərracda müxtəlif çeşidli 148 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 25-i səhmdar cəmiyyət, 71-i kiçik dövlət müəssisə və obyekti, 52-si istifadəsiz qeyri-yaşayış sahəsidir.

Nikaha girənlər üçün əlavə müayinələr təyin olunacaq

22 Yanvar 2018 13:04

Azərbaycanda nikaha daxil olmaq istəyənlərlə bağlı müayinəsi zəruri olan xəstəliklərinin sayının artırılması, hepatit B və hepatit C-nin də müayinəsi məcburi olan xəstəliklərin siyahısına daxil edilməsi təklif olunub.

Belə-belə işlər... Elçin Hüseynbəyli yazır- Dostumun falçılığı

22 Yanvar 2018 13:03

Baməzə, yəni zarafatcıl dostum yadınızdadır, yəqin? Yadınızdan çıxıbsa heç, yəni sizə bir quş. Amma mən demokratik vərdişlərimə sadiq qalaraq onun bir hekayətini danışmaq istəyirəm.

Azərbaycanda cərrah özünü əməliyyat etdi - İNANILMAZ GÖRÜNTÜLƏR - VİDEO

22 Yanvar 2018 12:44

2004- 2010-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil almış ümumi və plastik estetik cərrahı Mübariz Məmmədlinin əməliyyat masasından görüntüləri yayılıb. Özü-özünü əməliyyat edən cərrah lentə aldığı anları özünün instaqram səhifəsində paylaşıb. M.Məmmədli videoda liposaksiya (Piy sovurma əməliyyatı) etdiyini bildirib: "Bu gün biz özümüz-özümüzə liposaksiya əməliyyatı edirik".

Roma Papası Fransiskin Azərbaycan səfəri POÇT MARKALARDA

22 Yanvar 2018 12:35

Vatikanda Roma Papası Fransiskin 2016-cı ildə Azərbaycan, Gürcüstan Meksika, Polşa, Yunanıstan, İsveç səfərlərinə həsr olunmuş xüsusi poçt markaları buraxılıb. Olaylar.az bildirir ki, AMEA Mərkəzi Elmi Kitabxanası bu markaları əldə edərək kolleksiyasını zənginləşdirmək məqsədilə İtaliyanın Ca Foscari Venezia Universitetinə müraciət edib. MEK-in müraciəti əsasında İtaliyanın Ca Foscari Venezia Universitetinin Linqvistika kitabxanası beynəlxalq kitab mübadiləsi çərçivəsində Papanın Azərbaycana və digər ölkələrə etdiyi səfərə həsr olunmuş markalar göndərib. Azərbaycan və Gürcüstana səfərinə həsr edilən poçt markasında katoliklərin dini liderinin arxa fonunda Bibiheybət məscidinin şəkli əks olunub.

14 yaşınadək yeniyetmələrə dərman satılması qadağan olunur

22 Yanvar 2018 12:32

Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir. Məlumata görə, Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında bununla bağlı “Dərman vasitələri haqqında” qanuna əlavə müzakirə olunub.

Baş cərrah: "Keyləşdirmə altında olan şəxs özünü necə əməliyyat edə bilər?"

22 Yanvar 2018 12:30

Belə məlumatlar verilir ki, guya Sumqayıtda kimsə özünü əməliyyat edərək kor bağırsağını çıxardıb, başqa bir şəxs də piyini çıxardıb. Lakin bunlar ciddi məsələlər deyil. Belə məlumatlarla bağlı jurnalist tədqiqatlarının aparılmasına ehtiyac var.

Bakcell şirkəti “AppLab” proqramı üçün layihələrin seçiminə başlayıb

22 Yanvar 2018 12:10

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti  “Applab” proqramında iştirak etmək üçün müraciətlərin qeydiyyatını başa çatdırıb.