Sosial

Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib

22 Yanvar 2018 16:05

Yanvarın 22-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclasda Milli Məclisin səhiyyə komitəsində 2017-ci il payız sessiyası dövründə görülən işlər üzrə hesabat və 2018-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işlər planı ilə bağlı müzakirələr aparılıb.

Əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən asan və rahat şəkildə faydalana bilirsinizmi?

22 Yanvar 2018 16:03

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (www.mlspp.gov.az) növbəti interaktiv sorğu keçirilib. Sorğu zamanı respondentlərə “Əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən asan və rahat şəkildə faydalana bilirsinizmi?”  sualı ünvanlanıb.

Sinemanin kral və kraliçasi

22 Yanvar 2018 16:02

Gürcüstanda azərbaycanlı məktəbli nadir xəstəlikdən ölüb

22 Yanvar 2018 15:07

Gürcüstanın Marneuli rayonunun 8 saylı orta məktəbinin Yusif Talıbovun qəfil ölüm səbəbi məlum olub.  Məlumatına əsasən, 7 yaşlı Y. Talıbov M. İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasında meninqokoksemiya xəstəliyindən dünyasını dəyişib.  Marneuli rayonunun İctimai Sağlamlıq Mərkəzindən bildirilib ki, məktəbli ilk olaraq yerli xəstəxanaya yerləşdirilib: “Sonra o, M. İaşvili adına uşaq xəstəxanasına aparılıb və yanvarın 18-də orada vəfat edib”.  Mərkəzin məlumatına əsasən, meninqokoksemiya xəstəliyindən ölüm faktı bu il ilk dəfə qeydə alınıb. Qeyd olunur ki, Marneuli rayonunda epidemiya təhlükəsi yoxdur.   Marneulinin 8 saylı orta məktəbində isə dezinfeksiya işləri aparılıb və yerli əhaliyə vəziyyətin təhlükəli olmadığı bildirilib.    

SABAH qruplarına müəllimlərin işə qəbuluna başlanıb

22 Yanvar 2018 15:03

Təhsil Nazirliyinin SABAH qruplarında 2017-2018-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədris etmək üçün professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu üzrə müsabiqə başa çatıb. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsabiqənin keçirilməsinin əsas məqsədi ali təhsil müəssisələrinin SABAH qruplarında tədrisin keyfiyyətinin yaxşılaşdırılması və yeni kadrların tədrisə cəlb olunmasıdır. 

20 Yanvar şəhidləri İstanbulda anılıb

22 Yanvar 2018 15:04

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyində (İSTAD) anım mərasimi və fotosərgi təşkil edilib. DİDK-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə 28 il bundan öncə Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi yad edilib. Türkiyə Azərbaycan dövlət himnilərinin səsləndirilməsindən sonra İSTAD sədri Sefer Karakoyunlu bu günün Azərbaycanın müstəqillik tarixindəki əhəmiyyətindən danışıb. 20 Yanvar tarixini Azərbaycan türklərinin ölüm-qalım günü kimi qiymətləndirən S.Karakoyunlu qanlı faciənin tarixə eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq günü kimi yazıldığını əlavə edib: “1918-ci ildə "Bir kərə yüksələn bayraq bir daha enməz" deyərək Şərqin ilk Respublikasını quran Azərbaycan türkləri iki il sonra rusların təzyiqi nəticəsində müstəqilliklərini itirsə də, müstəqillik ruhunu əsla itirmədi. 1990-cı ildə eyni ruh və düşüncə ilə təkrar ayağa qalxan Azərbaycan xalqı SSRİ tankları qarşısında sinəsini sipər etməklə Vətənin müstəqilliyini bütün dünyaya nümayiş etdirdi”.

Fondun 2017-ci ildəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib

22 Yanvar 2018 14:39

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib:

“Türk Hava Yolları” balaca sərnişinlərini oyuncaqlarla sevindirir

22 Yanvar 2018 14:38

Beynəlxalq istiqamətlər üzrə ən çox uçuş yerinə yetirən və ən çox ölkəyə uçan “Türk Hava Yolları” aviaşirkəti ətraf mühitin qorunması sahəsində dəfələrlə müxtəlif mükafatlara layiq görülən siyasətinə sadiq qalaraq sərnişinlərin səyahətinin daha maraqlı və rahat olması üsullarını tapmağa davam edir.

Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2018-ci il üzrə İş planı təsdiq edilib

22 Yanvar 2018 14:28

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” ilə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2018-ci il üçün İş planı təsdiq edilib.

Türkiyənin haqlı davası və terrorizmə qarşı aparılan qətiyyətli mübarizə

22 Yanvar 2018 14:26

Artıq bir neçə gündür ki, Türkiyə Suriyada uğurlu hərbi əməliyyatlara başlayıb. Afrində həyata keçirilən hərbi əməliyyatlar nəticəsində PKK-nın Suriya qanadı sayılan YPĞ, PYD-nın əsas mövqeləri və bazaları demək olar ki, darmadağın edilib. Əvvəlcə hava zərbələri ilə başlayan hərbi əməliyyatlar, daha sonra quru əməliyyatı ilə davam edib. Maraqlıdır ki, Türkiyənin haqlı olaraq başladığı hərbi əməliyyatlara bəzi ölkələr heç bir əsası olmadan kəskin etiraz ediblər. Bəs görəsən, Azərbaycanda Türkiyənin Afrində həyata keçirdiyi hərbi əməliyyatları necə dəyərləndirirlər. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Türkiyənin Afrində həyata keçirdiyi hərbi əməliyyatlara dəstək nümayiş etdirib.

Radara düşməkdən xilas olmaq mümkündür?

22 Yanvar 2018 14:19

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhaliyə innovativ xidmətlərin göstərilməsi və operativliyin, rahatlığın təmin olunması barədə tapşırıqları istiqamətində atılmış mühüm addımlardan biri də ilk milli naviqasiya sistemi olan “AzNav” dır. Unikallığı ilə seçilən bu ilk milli naviqasiya sistemi istifadəyə verildiyi gündən bəri vətəndaşların xüsusi marağına səbəb olub.

“Bu kitab qeyri-maddi mədəni irs siyahısına daxil edilsin” - TƏKLİF

22 Yanvar 2018 14:09

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabı mədəniyyətimizin, tariximizin, mənəvi sərvətimizin carçısıdır. Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb, onun təşəbbüsü və rəhbərliyi altında ölkəmizin multikulturalizm, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişaf etdirilməsi səhəsində həyata keçirdiyi layihələrdən, bu sahədə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə əldə edilən nailiyyətlərdən bəhs olunur.

İlhamə Quliyevanın adına şərab buraxıldı - “Madonna of Azerbijan”

22 Yanvar 2018 13:56

Mərhum Xalq artisti İlhamə Quliyevanın adına şərab istehsal olunub. Sənətkarın şərəfinə məhdud sayda buraxılan şərab tezliklə restoranların birində təqdim olunacaq. Bu barədə Hacı Quliyev adlı şəxs sosial şəbəkədə məlumat verib: “Mərhum sənətkar, Xalq artisti, Şərəf və Şöhrət ordenli müğənni İlhamə Quliyevanın üzərində öz şəxsi imzası olan şərab Almaniyada məhdud sayda istehsal olunub. Tezliklə restoranların birində təqdim olunacaq”.