Daha 148 obyekt özəlləşdirməyə çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən fevralın 20-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Budəfəki hərracda müxtəlif çeşidli 148 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 25-i səhmdar cəmiyyət, 71-i kiçik dövlət müəssisə və obyekti, 52-si istifadəsiz qeyri-yaşayış sahəsidir.

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən fevralın 20-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Budəfəki hərracda müxtəlif çeşidli 148 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 25-i səhmdar cəmiyyət, 71-i kiçik dövlət müəssisə və obyekti, 52-si istifadəsiz qeyri-yaşayış sahəsidir. Komitədən "Olaylar"a bildirilib ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi investorların işini xeyli sadələşdirib. Sistem sərmayəçilərə hərraclara internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları yaradır. Elektron hərracda iştirak etmək istəyən şəxs ƏMDK-nın rəsmi saytına (e-emdk.gov) və ya "Elektron hökumət" portalına (e-gov.az) daxil olaraq müvafiq bölməni seçir. Ümumilikdə isə hərracda qeydiyyatdan keçmək, sifariş vermək elektron qaydada həyata keçirilir.
Hərraca çıxarılan səhmdar cəmiyyətlər sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərə "Salyan Broyler", "Qax Taxıl", "Zərdab Aqrotexservis", "Bərəkət", "Ağdaş Quşçuluq", "Yevlax Yük Avtonəqliyyat", "Cəlilabad Məişət" və digər bu kimi səhmdar cəmiyyətlər aiddir. Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində də yerləşir. Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 faizini təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirilməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak "Salyan Broyler" Açıq Səhmdar Cəmiyyətidir. Bu əmlakın səhminin 30 faizi 170 min manata yaxındır. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı, Yevlax, İsmayıllı, Sabirabad, Zərdab, Şirvan, Xızı və digər bölgələrdə yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 19 kvadratmetr ilə 4 min 386 kvadratmetr arasında dəyişir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31