Sosial
Nazir Qubada qəbul keçirəcək
Kənd təsərrüfatı naziri Heydər Əsədov 26 yanvar 2018-ci il tarixində, saat 11:00-da Quba rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri ilə görüşəcək.
Prezidentin yüksək vəzifə verdiyi Mətin Eynullayev kimdir? -DOSYE
Bacısının azyaşlı qızına təcavüz edən gənc oğlan həbs edildi - Rəsmi
Dərslər nə vaxt başlayır?
Bu həftənin şənbə günündən orta məktəblərdə şagirdlərin qış tətili başlayır. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərində, yəni 5 gün olacaq. Fevralın 1-də artıq şagirdlər dərsdə iştirak etməlidirlər.
Lütfi Zadəyə ağır itki - Xanımı vəfat etdi
Prezident yanında Apellyasiya Şurası: Bəzən mərkəzi və yerli icra hakimiyyətləri sahibkarları dinləmədən əsassız qərarlar qəbul edir
Keçən il mərkəzi və yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının doqquz qərarı ləğv edilib, bir halda Şuranın hərəkətsizliyi qanunsuz sayılıb. Prezident yanında Apellyasiya Şurasına göndərilən şikayətlər, baxılan işlərin təhlili göstərir ki, sahibkarların hüquqlarının pozulması halları 2017-ci ildə ilində xeyli azalsa da, hələ də tam aradan qaldırılmayıb.
Prezident yanında Apellyasiya Şurası keçən il 27 şikayəti icraata götürüb
Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası qanunvericiliyin tələblərini, dövlət başçısının tövsiyələrini rəhbər tutaraq 2017-ci hesabat ilində ölkədə sahibkarlığın inkişafı, iş adamlarının hüquqlarının və qanuni maraqlarının qorunması istiqamətində zəruri tədbirlər həyata keçirib, Şuraya ünvanlanan bütün şikayətlərə baxaraq müvafiq qərarlar qəbul edib.
Paytaxtın 3 qəsəbəsinə içməli suyun verilməsində fasilə olacaq
Paytaxtın Xocahəsən qəsəbəsində, eləcə də Sulutəpə və Biləcəri qəsəbələrnin bir hissəsində içməli suyun verilişində fasilə yaranıb. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı "Azərsu" ASC-nin mətbuat xidməti yayıb. Bildirilib ki, fasilə 22.01.2018-ci il, günün birinci yarısına qədər davam edəcək.
Zaqatalada 23 min əhalinin istifadə etdiyi yol yenidən qurulur
Zaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq işlərə başlanılıb.
Vergilər nazirinə yeni müavin təyin edildi
Təhsil nazirin müavini vəzifəsindən azad edilən Mətin Eynullayev Vergilər Nazirliyində yüksək posta aparılıb. Belə ki, Prezident İlham Əliyevin sərəncamı ilə Mətin Eynullayev vergilər nazirinin müavini vəzifəsinə təyin edilib. Bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Qida Təhlükəsizliyi Agentliyinin saytı hazırlanır
Yenicə fəaliyyətə başlamış Qida Təhlükəsizliyi Agentliyinin saytı hazırlanır. “OLAYLAR” Foodinfo.az-a istinadən xəbər verir ki, afsa.gov.az ünvanında yerləşən veb-sayt yaxın müddətdə istifadəyə veriləcək.
“OLAYLAR” Türkiyə televiziyasında
“OLAYLAR” İnformasiya Agentliyinin bir neçə gün əvvəl Türkiyənin Elazığ vilayətindəki Azərbaycan və Türk əsgərinin xatirəsinə qoyulmuş lövhə və lövhənin yerləşdiyi ərazinin təmirə ehtiyacı olması barədə yaydığı xəbərdən qardaş ölkənin “Kanal 23” televiziyası da bəhs edib. Məlumata görə, “Kanal 23”-ün “Media Analizi” proqramında agentlikdə yayılmış xəbər təqdir edilib və bu səbəbdən Azərbaycan mediasına təşəkkür ifadə olunub.












.jpg)

