“OLAYLAR” Türkiyə televiziyasında

“OLAYLAR” İnformasiya Agentliyinin bir neçə gün əvvəl Türkiyənin Elazığ vilayətindəki Azərbaycan və Türk əsgərinin xatirəsinə qoyulmuş lövhə və lövhənin yerləşdiyi ərazinin təmirə ehtiyacı olması barədə yaydığı xəbərdən qardaş ölkənin “Kanal 23” televiziyası da bəhs edib. Məlumata görə, “Kanal 23”-ün “Media Analizi” proqramında agentlikdə yayılmış xəbər təqdir edilib və bu səbəbdən Azərbaycan mediasına təşəkkür ifadə olunub.

"OLAYLAR" İnformasiya Agentliyinin bir neçə gün əvvəl Türkiyənin Elazığ vilayətindəki Azərbaycan və Türk əsgərinin xatirəsinə qoyulmuş lövhə və lövhənin yerləşdiyi ərazinin təmirə ehtiyacı olması barədə yaydığı xəbərdən qardaş ölkənin "Kanal 23" televiziyası da bəhs edib. Məlumata görə, "Kanal 23"-ün "Media Analizi" proqramında agentlikdə yayılmış xəbər təqdir edilib və bu səbəbdən Azərbaycan mediasına təşəkkür ifadə olunub.

Məlumat üçün qeyd edək ki, artıq Elazığ bələdiyyəsi sözügedən lövhənin və onun yerləşdiyi ərazinin təmir edilməsi istiqamətində hərəkətə keçib.

Qeyd edək ki, Elazığda qoyulmuş həmin lövhənin açılış mərasimi 2012-ci ildə olub. Bu Türkiyədə Qafqaz İslam Ordusunun tərkibində dpyüşən Azərbaycan və Türk əsgərinin xatirəsinə qoyulmuş yeganə lövhədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31