Sosial
Kaspi Liseyində şagirdlər arasında beynəlxalq olimpiada keçirilib FOTOLAR
Bu gün Kaspi Liseyinin ev sahibliyi ilə Dünya Alimlər Kubokunun (The World Scholar’s Cup) Bakı raundunun rəsmi açılış mərasimi keçirilib. Məlumata görə, turnirdə Azərbaycandan olan komandalarla (TİSA, Baku Oxford School, Avropa Azərbaycan Məktəbi, ABC (Azerbaijan British College), Zərifə Əliyeva adına Lisey, Kaspi Liseyi - Ağ şəhər və Bakıxanov filialları, 23 nömrəli məktəb və digər özəl və dövlət məktəbləri ilə yanaşı, Qafqazın müxtəlif regionlarının aparıcı təhsil qurumlarından olan komandalar iştirak ediblər. Beynəlxalq olimpiadaya 200-ə yaxın şagird qatılıb.
“Jurnalistin səhv xəbər yazdığı halda belə, təhqirə məruz qalması yolverilməzdir”
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov “AAAF Holdinq” MMC-nin təsisiçisi Tofiq Heydərovun “Unikal.Org” saytının jurnalisti Aygün İlqarqızını təhqir etməsi məsələsinə münasibət bildirib.
Ətə olan tələbatımız dünyada təhlükə yaradır- ARAŞDIRMA
Vegetarianlığın geniş yayılmasına baxmayaraq 2050-ci ilə qədər dünyada ət istehsalı 50%-dən çox artacaq. Heyvan və iqlim müdafiəçiləri vəziyyətlə bağlı həyəcan siqnalı çalmasına baxmayaraq, onların problemin həlli ilə bağlı fikirləri fərqlidir.
Paytaxt məktəblərinə işə qəbul imtahanı başlayır
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə, o cümlədən BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul üzrə elan edilmiş müsabiqələrin test imtahanı mərhələsinin vaxtı və yeri dəqiqləşib. “OLAYLAR” xəbər verir ki, imtahanlar 29-30 yanvar 2018-ci il tarixlərində Bakı şəhəri 220 nömrəli məktəb-liseyin (ünvan: Nizami rayonu, Elşən Süleymanov 120 A, “Neftçilər” metrostansiyasının yaxınlığı) inzibati binasında təşkil olunacaq. I mərhələnin (elektron ərizələrdə qeyd olunmuş məlumatlar əsasında müraciət etmiş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu barədə məlumatlar qeydiyyatdan keçmiş namizədlərin şəxsi səhifələrinə göndərilib.
Azərbaycanlı jurnalistlərə Nyu-Yorkda təcrübə keçmək fürsəti
Jurnalistlər üçün Daq Hammarskold Fondu (The Dag Hammarskjöld Fund for Journalists) radio, televiziya, eləcə də çap və onlayn mediada çalışan peşəkarlar üçün üç aylıq təcrübə proqramı ilə əlaqədar müsabiqə elan edir. Bu barədə məlumat “OLAYLAR”-a BMT-nin Bakı ofisinin İnformasiya Departamentindən daxil olub. Bildirilib ki, təcrübə proqramında yaşı 25-dən 35-ə kimi olan jurnalistlər iştirak edə bilər.
Əlilliyin yeni meyarları müəyyən edilir
Azərbaycanda əlilliyin müəyyən edilməsi ilə bağlı tələblər müəyyənləşib. Bu barədə yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində qeyd edilib.Yeni qanun layihəsinin 3-cü maddəsində (Əlilliyin müəyyən edilməsi) göstərilib ki, şəxsin əlilliyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.
Tarix bu ali fərqi heç vaxt unutmayacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos forumu çərçivəsində mühüm görüşlər keçirir, dünyanın aparıcı şirkətlərinin rəhbərləri, ayrı-ayrı ölkələrin rəsmiləri ilə fikir mübadiləsi aparır.
Əflatun Amaşov jurnalistlərin ölümü ilə bağlı başsağlığı verdi: “Həmkar itirmək çox ağırdır”
“Müəyyən mənada şablon kimi səslənən bir deyim var – həmkar itirmək çox ağırdır. İtirdiyin həmkar jurnalistdirsə, zənnimcə, ağırlıq daha da artıq olur”. Bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanın iki jurnalisti – Nicat Məlikov və Ülviyyə Şamilqızının (Məmmədova) vəfatı ilə əlaqədar yazdığı başsağlığında bildirib.
Süleyman İsmayılbəyli yazır... Jurnalist ürəyi nədən həssas olur?
Bu günlər sıralarımız seyrəlir. Həmkarlarımızı deyirəm. Əksəriyyəti də ürəktutmasından. Təəssüfedici və acı verən bir mənzərədir. Adlarını bir-bir sadalaya da bilərəm. Ancaq qorxuram, ehtiyat edirəm. Nədən? Yadıma “Yeddi oğul istərəm” filmindəki səhnə düşür. “1, 2, 3. 4 oldular bəy”. Bundan qorxuram. Adlarını saydıqca çoxalacaqlarından. Media cameəsində yeni bir ağrı-acının qapı arxasında olacağından.
Yol qəzasında ölən azərbaycanlı xanım jurnalistlə bağlı ÜRƏKDAĞLAYAN FAKTLAR - DƏHŞƏTLİDİR
Rusiyada yol qəzasında həlak olan azərbaycanlı jurnalist Ülviyyə Şamilqızının atası Şamil Məmmədov Qarabağ müharibəsində itkin düşüb. Ş.Məmmədov Ağdərə rayonu uğrunda gedən döyüşlərdə yaralanaraq, itkin düşüb. Sonradan ona şəhid statusu verilib.
2900 manat məbləğində cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nəsimi rayonu, 5-ci mikrorayon, 20 yanvar küçəsi 24 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ötən il 3424 uşaq zorakılıqla üzləşib
2017-ci ildə 467-i uşaq psixoloji, 1958-i təhsil, 530-u sosial, 283-ü hüquqi, 18-i isə səhiyyə ilə bağlı problem və zorakılıqla üzləşib.”Olaylar” xəbər verir ki, bu rəqəmlər Azercell Telekom MMC-nin dəstəyi ilə yaradılan Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin 2017-ci il üzrə hazıladığı hesabatda əksini tapıb. Təşkilatın təqdim etdiyi hesabata görə, 2017-ci ildə Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə ümumillikdə 3424 müraciət daxil olub. Bu müraciətlərdən 1824-ü şəhərdaxili, 2204-ü mobil telefon, 15- isə mobil sms-lə qeydə alınıb.
Həştərxan polisindən Ülviyyənin ölümü ilə bağlı - Açıqlama
Azərbaycan vətəndaşı, jurnalist Ülviyyə Şamilqızının (Məmmədova) ölümü ilə bağlı Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Həştərxan vilayəti polis idarəsi açıqlama yayıb. İnformasiyaya əsasən, hadisə yanvarın 23-də, yerli vaxtla saat 18:20-də (Bakı vaxtı ilə saat 19:20-də) vilayətin Trusovsk rayonunda Tambov-Volqoqrad-Həştəxan trasının 1378-ci kilomertliyində olub.
Azərbaycan Uşaq Qaynar Xətt Xidməti 2017-ci ilin hesabatını açıqladı
2017-ci ildə 467-i uşaq psixoloji, 1958-i təhsil, 530-u sosial, 283-ü hüquqi, 18-i isə səhiyyə ilə bağlı problem və zorakılıqla üzləşib. Bu rəqəmlər Azercell Telekom MMC-nin dəstəyi ilə yaradılan Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin 2017-ci il üzrə hazıladığı hesabatda əksini tapıb. Təşkilatın təqdim etdiyi hesabata görə, 2017-ci ildə Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə ümumillikdə 3424 müraciət daxil olub.
Teleqüllə yaxınlığındakı sürüşmə ərazisi Nazirlər Kabineti tərəfindən nəzarətdə saxlanılır
Son günlərdə yağıntılarının təsirindən Səbail rayonu Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik nəzərə çarpıb, torpaqda çatlar əmələ gəlib, bəzi yerlərdə isə çatlar genişlənib. Səbail Rayon İcra Hakimiyyətindən bildiriblər ki, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin ərazidə olub və sürüşmə sahəsinə baxış keçiriblər.














