Sosial
Azərbaycan yollarında nə qədər radar və kamera quraşdırılıb?
2017-ci ildə Azərbaycanın avtomobil yollarında quraşdırılmış radar, kamera və nömrəoxuma sistemlərinin sayı açıqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində deyib.
Nazir: "Dövlət Statistika Komitəsinin məlumatından sonra əmək pensiyaları indeksləşdiriləcək "
Dövlət Sosial Müdafiə Fonduötən il orta aylıq əmək haqqının artım tempi barədə məlumat almaq üçün Dövlət Statistika Komitəsinə müraciət edib. Məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziriSəlim Müslümov bildirib. Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin 2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artımı barədə təqdim edəcəyi məlumat əsasında əmək pensiyalarının cari il yanvarın 1-dən həmin göstəriciyə uyğun artırılması həyata keçiriləcək.
Lökbatan-Güzdək avtomobil yolu yenidən qurulur
Cari ildə isə 11 qəsəbəarası yolun yenidən qurulması nəzərdə tutulub ki, artıq bu istiqamətdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentiyi tərəfindən müvafiq işlərə başlanılıb. “OLAYLAR”-a Agentliyin mətbuat xidmətindən bildirilib ki, bu ilin ilk qəbələrarası avtomobil yolu layihəsi olaraq Lökbatan-Güzdək yolunun yenidən qurulması işlərinə başlanılıb. Yolun uzunluğu 9.1 km təşkil edir.
Vəkillər Konstitusiya Məhkəməsində olublar
Vəkillər Kollegiyasının rəhbərliyi Konstitusiya Məhkəməsində olub. Kollegiyanın mətbuat xidmətindən verilən məlumata görə, görüş Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası ilə eyni vaxta təsadüf edib. Ötəni ilin dekabrında Konstitusiya Məhkəməsi məruzəçi-hakim Rafael Qvaladze olan “Ombudsmanın MPM-nin 157 və 158-ci maddələrinin Konstitusiyasının bir sıra maddələrinə uyğunluğunun yoxlanılmasına dair müraciəti”nə baxılması ilə bağlı iş üzrə Vəkillər Kollegiyasından mütəxəssis qismində öz nümayəndəsinin göndərilməsini xahiş edib.
Allahşükür Paşazadə ABŞ səfiri ilə Qarabağdan danışdı
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib. QMİ-nin Mətbuat xidmətindən “Olaylar”a bildirilib ki, görüşdə səfir R.Sekuta yeni təqvim ili münasibətilə Şeyxülislamı və onun simasında bütün Azərbaycan müsəlmanlarını təbrik edərək xalqımıza və dövlətimizə sülh, səadət və tərəqqi arzulayıb.
Cocuq Mərcanlıdan bir qrup ailə özünüməşğulluq proqramına cəlb olunacaq
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Salyan rayonunda 5 rayonun sakinlərini fərdi qaydada qəbul edib. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Salyan rayonunda həmin rayonun və Neftçala, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək. Yanvarın 25-i axşam şimal və qərb rayonlarından başlayaraq yanvarın 28-dək ölkə ərazisindəhava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Mübariz Qurbanlı: "Məzarlıqlar və dəfn mərasiminə dair qaydalar hazırdır"
“Azərbaycanda məzarlıqlarla bağlı qərar layihəsi olmayacaq, bununla bağlı Nazirlər Kabinetiməzarlıqlar və dəfn mərasimini tənzimləyən qaydaları təsdiq edəcək. Qaydalar artıq hazırdır, təsdiq olunma ərəfəsindədir”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri qeyd edib ki, bu qaydaları özündə ehtiva edən sənəd artıq bütün müzakirələrdən keçib: “Nazirlər Kabinetində buna dəfələrlə baxılıb. Sadəcə, bu, çox həssas mövzudur və hərtərəfli araşdırılmalıdır. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin də rəyi var, bizim komitə də qaydalara baxıb.
Təhsil Nazirliyi: Məktəbdaxili qiymətləndirmə ilə bağlı təkliflər hazırlanıb
Summativ qiymətləndirmə ilə bağlı sənəd təhsil mütəxəssisləri ilə birgə müzakirə olunur. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, hazırda layihə sənədi müzakirə mərhələsindədir.
2017-ci ilin dəhşətli yol qəzası statistikası: 750 ölü, 1719 yaralı
Ramil Usubovdan yol polislərinə ÇAĞIRIŞ
Daxil işlər naziri Ramil Usubovyol polislərini etik davranış qaydalarına ciddi riayət etməyə çağırıb. Məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsində ötən ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində çıxış edən daxili işlər naziri Ramil Usubov bildirib ki, yol polisi əməkdaşlar hərəkət iştirakçıları ilə ünsiyyətdə etik davranış qaydalarına daim ciddi riayət etməli, sürücülərə törətdikləri inzibati xətanın yarada biləcəyi mənfi nəticələr izah olunmalı, onlarla lüzumsuz dialoq aparılmasına, kobudluğa və mübahisə yarada biləcək digər hallara yol verilməməlidir.
12 yaşlı şagirdini 33 yaşlı oğluna alan sinif rəhbəri - Könül Cəfərli yazır
Usubovdan yol polisinə göstəriş : Nöqsanlar
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Xətai rayonuna içməli su məhdudiyyətlə veriləcək
Yanvarın 24-də, gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə məlumat “OLAYLAR” -a "Azərsu" ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, içməli suyun verilməsində məhdudiyyətə səbəb Bakı şəhəri Məhəmməd Hadi küçəsindən keçən magistral xətlərdə yenidənqurma işlərinin aparılmasıdır.
Klub rəhbəri alpinistlərdən danışdı: Heç bir iz yoxdur
Qubada dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları hələ ki, heç bir nəticə vermir.





.jpg)








