Sosial

Türkmənistana məxsus gəmi Bakıda təmir olunur

24 Yanvar 2018 11:16

Türkmənistan Respublikasının Dəniz Ticarət Donanmasına məxsus “Berkarar” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri və Tikinitisi zavodunda təmirə dayanıb. “OLAYLAR” Xəzər Dəniz Gəmiçiliyinə istinadən xəbər verir ki, zavodda gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi və üçqat boya ilə rənglənməsi həyata keçirilir. Eyni zamanda hər iki baş mühərrik, dizel generatorlar, 6 nasos təmir olunur. “Berkarar” gəmisinin boru və elektrik sistemlərində də təmir işləri görülür.

Təhsil Nazirliyi və BNA araşdırma aparıb

24 Yanvar 2018 11:11

Bakı Nəqliyyat Agentliyi Təhsil Nazirliyi ilə birgə 189 və 190 nömrəli orta məktəblərin ətrafında nəqliyyat şəraitinin öyrənilməsi, yol infrastrukturunun yaxşılaşdırılması və ən əsası piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə araşdırma aparıb. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, əldə edilən nəticələr əsasında pilot təklif layihəsi hazırlayıb.

İlin ilk Ay tutulmasının vaxtı AÇIQLANDI

24 Yanvar 2018 10:42

Bu ilin ilk Ay tutulması hadisəsi yanvarın 31-də qeydə alınacaq. AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovdan aldığımız məlumata görə, yanvarın 31-də baş verəcək Ay tutulması Bakı vaxtı ilə saat 15:48-də başlanacaq, saat 17:29-da maksimum səviyyədə olacaq, saat 19:11-də başa çatacaq.

Ürək qüsuru olan uşaqların əməliyyatı dövlət hesabına aparılacaq - VİDEO

24 Yanvar 2018 06:34

Ürək qüsuru olan uşaqların əməliyyat olunması üçün dövlət büdcəsindən ilk dəfə olaraq ayrıca vəsait ayrılıb. Eşitmə və ürək qüsurlu uşaqlar üçün nəzərdə tutulan 4 milyon manat vəsait bu xəstəlikdən əziyyət çəkən çoxlu sayda uşağın əməliyyat xərclərinə yönləndiriləcək.