Azərbaycanlı jurnalist 39 yaşında vəfat etdi
24 Yanvar 2018 00:09 SosialTanınmış jurnalist Nicat Məlikov 39 yaşında dünyasını dəyişib.
Yenicag.az xəbər verir ki, yaxınlarının dediyinə görə, N.Məlikov qəfil özünü pis hiss edib və keçinib. Onun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.
Qeyd edək ki, N.Məlikov jurnalist fəaliyyətinə "Zerkalo" qəzetində müxbir kimi başlayıb. Sonradan həmin nəşrin siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb.
Bir müddət "APA Holdinq"ə daxil olan "Vesti.Az" saytında müxbir kimi çalışıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00