Türkmənistana məxsus gəmi Bakıda təmir olunur
Türkmənistan Respublikasının Dəniz Ticarət Donanmasına məxsus “Berkarar” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri və Tikinitisi zavodunda təmirə dayanıb. “OLAYLAR” Xəzər Dəniz Gəmiçiliyinə istinadən xəbər verir ki, zavodda gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi və üçqat boya ilə rənglənməsi həyata keçirilir. Eyni zamanda hər iki baş mühərrik, dizel generatorlar, 6 nasos təmir olunur. “Berkarar” gəmisinin boru və elektrik sistemlərində də təmir işləri görülür.
24 Yanvar 2018 11:16 SosialTürkmənistan Respublikasının Dəniz Ticarət Donanmasına məxsus "Berkarar" gəmi-bərəsi "Zığ" Gəmi Təmiri və Tikinitisi zavodunda təmirə dayanıb. "OLAYLAR" Xəzər Dəniz Gəmiçiliyinə istinadən xəbər verir ki, zavodda gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi və üçqat boya ilə rənglənməsi həyata keçirilir. Eyni zamanda hər iki baş mühərrik, dizel generatorlar, 6 nasos təmir olunur. "Berkarar" gəmisinin boru və elektrik sistemlərində də təmir işləri görülür.
Xatırladaq ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun əsas fəaliyyət istiqaməti "AXDG" QSC-yə və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri, texniki vasitələr hazırlamaqdan ibarətdir.