Sosial

Səfir “ASAN xidmət”dən yazdı

23 Yanvar 2018 20:26

“Azərbaycanda “ASAN xidmət” adlı sistem qurulub və bu sistem ölkədə elektron hökumətin özəyi funksiyasını həyata keçirir”. Bu fikirləri Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori öz şəxsi bloqunda bölüşüb. Səfir bildirib ki, bir cox inkişaf etmiş ölkələrdə belə sistemlərə rast gəlinir amma Azərbaycanda “ASAN xidmət” vasitəsilə insanlar yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə 240-dan çox xidmətdən yararlanır.

Moskva məktəblərinin direktorları Bilik Fondunda

23 Yanvar 2018 20:12

Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçısı - Rusiya Federasiyası Moskva şəhərinin “1273 nömrəli məktəb” Dövlət Büdcə Ümumtəhsil Müəssisəsinin (DBÜM) təşəbbüsü, Bilik Fondunun dəvəti və Moskva Şəhər Təhsil Departamenti (MŞTD) Konkovo və Tyoplıy Stan rayonları təhsil müəssisələrinin Rayonlararası Direktorlar Şurasının (RDŞ) dəstəyi ilə Şura üzvləri Bakıda səfərdə olublar.

ŞOK İDDİA: Kompüter oyunları uşaqları gələcəyin qatilinə çevirir...

23 Yanvar 2018 19:39

Kompüter oyunları bütün dünyada hər yaş qrupundan olan insanlar arasında geniş yayılıb. Onlar internet vasitəsilə dünyanın hər bir yerindən olan şəxslərlə canlı video oyunları oynayırlar. Hətta bu hal azyaşlı uşaqlar arasında da geniş vüsət alıb. Oynanan oyunların əksəriyyəti isə şiddət tərkiblidir. Bəs görəsən bu cür şiddət məzmunlu oyunlar oynamaq uşaqlar üçün zərərlidirmi və ümumiyyətlə, uşaqların psixologiyasında hansısa mənfi təzahürləri ola bilərmi?

Yumruğunu göstər, xasiyyətini deyim!

23 Yanvar 2018 19:33

Sizə çox sadə və maraqlı psixoloji test təqdim edirik. Yumruğunuzu sıxın və onun formasına şəkildə tapın.

Sünnət üçün ən uyğun yaş hansıdır?

23 Yanvar 2018 19:00

Doğulan hər oğlan uşağı üçün vacib məsələlərdən biri sünnətdir. Bəziləri sünnət etdirmək üçün ilk ayları seçsə də, bir qisim valideyn bunun üçün uşağın böyüməyini gözləyir.

Meyvə və tərəvəzlərdəki zərərli maddələri necə təmizləmək olar?

23 Yanvar 2018 18:55

Sağlam və gümrah olmaq üçün meyvə və tərəvəzin rolu böyükdür. Təəssüf ki, son illərdə yetişdirilən meyvə və tərəvəzlərin, xüsusilə xaricdən gətirilən məhsulların tərkibi elə də ürəkaçan deyil. Və bu sahə getdikcə inkişaf etməkdədir. Bir çox hallarda yerli fermerlər həm bostan məhsullarının yetişdirilməsində, həm də bağçılıqda məhz GMO (genetik modifikasiya olunmuş orqanizm) mənşəlli toxumlara, bitki şitillərinə üstünlük verirlər. İstehlakçı kimi hər birimiz mövsümü olaraq yetişdirilən bu məhsulları alarkən keyfiyyətsizliyini hiss edirik.

Diqqət: Böyrəklər üçün ən ziyanlı 5 QİDA!

23 Yanvar 2018 18:50

Böyrəkləri sağlam saxlamaq üçün aşağıda sadaladığımız qidaların qəbulunu məhdudlaşdırmaq lazımdır.

Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir?

23 Yanvar 2018 18:45

Sağlam insan gün ərzində 8 dəfədən çox olmayaraq, gecə isə 1 dəfədən çox olmayaraq sidik ifraz edir.

Azərbaycanda qeyri-adi olay: manna sıyığı 2 yaşlı uşağın ağciyərinə doldu

23 Yanvar 2018 18:42

Azərbaycanda 2 yaşlı uşağın ağciyərlərinə manna sıyığı dolub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşaq əməliyyat olunaraq, yenidən sağlamlığına qovuşub.

Baş həkimi tənqid etdi, işdən qovuldu və... - Video

23 Yanvar 2018 17:44

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan və sosial şəbəkələrin gündəmini zəbt edən məlum video qalmaqalına görə işdən qovulan tibb elmləri namizədi Səbinə Məmmədova institutun direktoru Həqiqət Qədirovanı məhkəməyə verib.

Elə bil quyuya düşdüm...

23 Yanvar 2018 17:16

Sinif yoldaşım Nazim olduqca zirək və mərd oğlan idi, heç vaxt dediyindən dönməzdi. Sinifdə onun qolunu qanıran yox idi. Tez-tez komanda yığıb ayrı-ayrı məktəblərlə futbol oynayırdıq. Burada da Nazimin üstünlüyü vardı; onun qoruduğu qapıdan hələ top keçməmişdi. Demək olar ki, bütün oyunları Nazimin yüksək qapıçılıq istedadı sayəsində udurduq. Bu qabiliyyətinə görə Nazim çox tanınırdı, məktəblərarası futbol yarışında da onun hesabına çempion olduq.

“Rəsulzadə-134” mövzusunda dəyirmi masa keçiriləcək

23 Yanvar 2018 17:09

Yanvarın 27-də Bütöv Azərbaycan Ocaqlarının təşkilatçılığı ilə Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi, publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Azərbaycan siyasi mühacirətinin lideri, Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən biri olan M.Ə.Rəsulzadənin doğum gününə həsr olunmuş “Rəsulzadə-134” mövzusunda Dəyirmi Masa keçiriləcək.  Bu barədə məlumat “OLAYLAR”-a BAO-dan daxil olub. Bildirilib ki, tədbirdə siyasi analitiklər, ictimai-siyasi fəallar, ziyalılar, gənc nəslin nümayəndələri və b. iştirak edəcəklər.

Yaz sessiyasının ilk iclasının gündəliyi bəlli oldu

23 Yanvar 2018 17:06

Milli Məclisin yaz sessiyasının ilk iclasının tarixi və gündəliyi məlum olub. Məlumata görə, parlamentin yaz sessiyasının növbəti iclası fevralın 1-də baş tutacaq. İclasın gündəliyinə 15 məsələ daxil edilib. Bunlar Milli Məclisin İntizam və Hesablayıcı Komissiyasının tərkibi, 2018-ci ilin işlər planı, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” və s. qanun layihələridir.

Dövlət Proqramının uğurlu icrası Yevlaxı kənddən şəhərə çevirdi

23 Yanvar 2018 16:50

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı respublikanın bütün bölgələrində olduğu kimi Yevlax şəhərində də uğurla icra edilib. 2004-cü ildən bu günə qədər mərhələli şəkildə həyata keçirilən bu proqram nəticəsində Yevlaxın simasını demək olar ki, tamamilə dəyişib, yenilənib, abadlaşıb. Son illər şəhərdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri, çox saylı parkların salınması, istirahət yerlərinin tikilməsi fonunda bunu aydın şəkildə görmək mümkündür.

Məleykə Abbaszadə: “Gigiyena” və “Epidemiologiya” ixtisasları üzrə ayrılan plan yerlərinin hamısı boş qalıb

23 Yanvar 2018 16:29

2017/2018-ci tədris ili üçün rezidenturaya ayrılmış 505 plan yerinə qəbul aparılıb. Plan yerləri 93,07% dolub: müalicə işi, pediatriya istiqaməti üzrə plan yerlərinin 4,76%-i və tibbi profilaktika istiqaməti üzrə 24,59%-i boş qalıb.