Sosial
Süd verən ananın pəhrizi
Laktasiya zamanı qadın çoxlu enerji sərf etməli olur. Bu səbəbdən süd verən ana istədiyi qədər yeməli və kifayyət qədər maye qəbul etməlidir (8-10 stəkandan az olmayaraq). Ananın qidalanması mütləq sağlam və çeşidli olmalıdır: ət/balıq, meyvə-tərəvəz, müxtəlif yarmalar, süd məhsulları (xama, qatıq, kefir və s.). Gün ərzində 4-5 dəfə kiçik porsiyalarla qida qəbul etmək lazımdır.
Bruqada sindromu: qəflətən ürəyiniz dayana bilər...
Qəflətən ürək dayanması son vaxtlar, xüsusən, gənclər arasında artıb. Bəzən tamamilə sağlam adamın ürəyi qəflətən dayanır. “Bruqada sindromu” deyilən bir bəla peyda olub.
Ötən il paytaxtda 120 ağır cinayət hadisəsi baş verib
Yanvarın 24-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə 2017-ci ildə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Teleqüllənin yaxınlığında yaşayan sakinlərin köçürülməsi üçün sığınacaqlar yaradılıb
Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargahın iclası keçirilib. Bu barədə APA-ya İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, qərargahın iclasından sonra Səbail Rayon İcra Hakimiyyəti və Polis İdarəsinin əməkdaşları həmin ərazidə olaraq sakinlərlə görüşüblər. Təhlükəsizlik nöqteyi-nəzərindən sakinlərə müvəqqəti olaraq evlərini tərk etmələri, qohumları və yaxınlarının evlərinə köçmələri təklif olunub. Sakinlərin köçürülməsi üçün ərazidəki idarə, təşkilat və müəssisələrdə müvəqqəti sığınacaqlar yaradılıb. Ərazi polis nəzarətinə götürülüb.
Qobustanda 13 yaşlı qız qaçırıldı
Qobustan rayonunda yetkinlik yaşına çatmayan qız qaçırılıb. Rayonun Nabur kəndində yaşayan şəxs 13 yaşlı qızının zorla qaçırılması ilə bağlı polisə müraciət edib. Həmin şəxs qeyd edib ki, qızını Emin adlı şəxs evlənmək məqsədi ilə qaçırıb.
Nəsirəddin Tusinin “Əxlaqi-nasiri” əsərinə həsr olunan konfrans keçirilib
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli Sərəncamı çərçivəsində Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” əsərinə həsr olunan elmi konfrans keçirilib.
Akif Əlizadə: Bəzi elmi məktəblər sönmək üzrədir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer Elmləri Bölməsində bəzi elmi istiqamətlər, elmi məktəblər sönmək üzrədir. Bölmənin institut rəhbərləri, aparıcı alimlər, laboratoriyalar bu barədə fikirləşməlidirlər.
Bakıda ağacların dibinə dizel tökülərək qurudulması faktı aşkarlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Xətai rayonu, İnqilab İsmayılov küçəsi 6 ünvanında ağacların qəsdən qurudulması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Abşeronda soyuq hava dalğalarının sayı azalıb
1991-2015-ci illərdə Abşeron yarımadasında soyuq hava dalğalarının orta sayında və davamiyyətində azalma müşahidə olunub. Məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsinin akademik - katibi, akademik Fəxrəddin Qədirov Rəyasət Heyətinin bugünkü iclasında çıxışı zamanı bildirib.
Uşaq-Gənclər İnkişaf mərkəzləri hesabat verib
Təhsil Nazirliyində Bakı şəhərində yerləşən yaradıcılıq profilli Uşaq-Gənclər İnkişaf mərkəzlərinin qısa fəaliyyət dövrünü əhatə edən hesabat tədbiri keçirilib. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əməkdaşları, Bakı şəhərində yerləşən Uşaq-Gənclər İnkişaf mərkəzlərinin direktorları iştirak edib. Tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov məktəbdənkənar təhsil sahəsində həyata keçirilən islahatlar, strateji hədəflər və qarşıya qoyulan məqsədlər barədə tədbir iştirakçılarına məlumat verib. Daha sonra mərkəz direktorları fəaliyyətlərinə dair təqdimatlarla məktəbdənkənar təhsil sahəsindəki dəyişikliklər və yeniliklər, keçirilən layihələr barədə çıxış ediblər.
312450 vergi ödəyicilərinə xidmət göstərilib
2017-ci il ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 312450 zəng cavablandırılıb. Nazirlikdən “Olaylar”a verilən mlumata görə, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 2472882 SMS göndərilib. 2017-сi il ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 5211125 daxilolma qeydə alınıb.Vergi ödəyicilərinə xidmət strukturlarında 486.318 vətəndaş qəbul edilərək onlara 744.149 sayda xidmət göstərilib.
Körpələr evi və uşaq bağçalarına qəbul qaydası açıqlandı
Nazirlər Kabineti“Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”nı təsdiq edib. Bu qayda uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu məsələlərini tənzimləyir.
Qobustanda 4 otaqlı ev yanıb
Qobustan rayonunun Ərəbşalbaş kəndində vətəndaşa məxsus 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 100 m2 sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Əlilləri işə götürməyənlər məsuliyyət daşıyacaqlar
Əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə, idarə və təşkilatlar kvota müəyyən edəcəklər. “Olaylar”ın məlumatına görə, bu barədə yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində qeyd edilib.
Regionların sosial-iqtisadi inkişafı bölgələrdə infrastrukturun yenilənməsinə zəmin yaradır
Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlətin prioritet sahəlrindən hesab edilir. Məhz bu məqsədlə həyata keçirilən proqramlar ümumilikdə ölkənin inkişafına hədəflənib.














