Sosial

Tətil günlərində məktəblilər üçün maarifləndirici tədbirlər keçiriləcək

26 Yanvar 2018 13:57

Yanvarın 27-dən ümumi təhsil məktəblərində qış tətili başlayacaq.“OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin qış tətilini səmərəli, mənalı və əyləncəli təşkil etmək üçün çoxsaylı maarifləndirici tədbir və ekskursiyalar nəzərdə tutulub. Məqsəd məktəblilərin asudə vaxtını səmərəli keçirməsinə şərait yaratmaq, dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, həmçinin, onlar arasında Azərbaycan təhsilinin nailiyyətlərlə zəngin inkişaf tarixini təbliğ etməkdən ibarətdir.

Bələdiyyələrlə bağlı qanunlara ciddi dəyişikliklər ediləcək

26 Yanvar 2018 13:55

Milli Məclisin (MM) Regional məsələlər komitəsi parlamentin qarşıdan gələn 2018-ci il yaz sessiyası üçün müəyyənləşdirdikləri tədbirlər planını açıqlayıb.”Olaylar”ın məlumatına görə, MM-in Regional məsələlər komitəsinin sədri Arif Rərimzadə komitənin yanvarın 26-da keçirilən iclasında deyib ki, yaz sessiyası dövründə “Bələdiyyələrin su təsərrüfatı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”yə, “Yerli (bələdiyyələr) vergilər və ödənişlər haqqında” qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Ekspedisiya rəisi: “Bayıl yamacında çökmə prosesi gedir”

26 Yanvar 2018 13:52

“Hazırda Bayıl yamacında tərəfimizdən geofiziki kəşfiyyat işləri aparılır, sürüşmənin baş vermə səbəbləri araşdırılır. Bir növ ərazidə aidiyyəti qurumlar tərəfindən görüləcək işlər üçün geoloji əsas hazırlanır”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.  Onun sözlərinə görə, sürüşmə sahəsində quraşdırılmış üfüqi mayaklarda çatlar əmələ gəlib və ərazidə çökmə-oturma prosesi gedir. Ekspedisiya rəisi qeyd edib ki, elektrik kəşfiyyat üsulundan (ŞEZ) istifadə edilməklə, prosesin hansı dərinlikdə getdiyini öyrənmək üçün işlər həyata keçirilir.

Dopinqlə mübarizə milli federasiyaların ana xəttini təşkil edir

26 Yanvar 2018 13:50

Son illər beynılxalq yarış və turnirlərdə bir sıra ölkələrin idmançılarında dopinq aşkar edilməsi bu istiqamətdə mübarizəni daha da aktuallaşdırıb. Dünya idmanına öz adını həkk etməyi bacarmış Azərbaycanda da dopinqə qarşı səmərəli mübarizə aparılır. Nəzərə alsaq ki, dopinqdən daha çox ağır atletika ilə məşğul olan idmançılar iştirak edir, o zaman bu idman növü üzrə tanınmış idmançılarla daha yaxından iş aparmaq zərurətə çevrilir.

İkinci binada mənzillərin açarları gələn həftə jurnalistlərə təqdim olunacaq

26 Yanvar 2018 13:45

Jurnalistlər üçün inşa olunmuş ikinci binada mənzillərin açarları gələn həftə jurnalistlərə təqdim olunacaq.

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

26 Yanvar 2018 13:44

Bu gün Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi "İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin təltif edilməsi mərasimi keçirilib.  Məlumata görə, tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli müsabiqəyə 35 yazının təqdim edildiyini bildirib. 

Bakıda hava yağıntılı olacaq

26 Yanvar 2018 13:39

Bakıda və Abşeron yarımadasında yanvarın 27-dəhava şəraitinin arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Bakıda və  Abşeron yarımadasında gecə 0-2, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir.

Kəmaləddin Heydərov Bayıl yamacındakı sürüşmə ərazisinə baxış keçirib

26 Yanvar 2018 13:35

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı əraziyə baxış keçirib. FHN-dən verilən məlumata görə, nazir sürüşmə ərazisindəki vəziyyətlə tanış olub, operativ şəkildə lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib. 

Elə başlıqlar qoyurlar ki, oxuyanda adamın damarında qanı donur - DİN-nin əməkdaşı

26 Yanvar 2018 13:33

Bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Az adam tapılar ki, informasiya texnologiyalarından istifadə etməsin. Virtual aləmə o dərəcə bağlanmışıq ki, onlarsız özümüzü narahat hiss edirik. Canlı ünsiyyətdən qaçır sosial şəbəkələrdə sərhədsiz, hüdudsuz məkanda tanımadığımız adamlarla belə "dostlaşırıq".

Parlamentin Gənclər və idman komitəsindən yenilik

26 Yanvar 2018 13:22

Milli Məclisin Milli Məclisin Gənclər və idman komitəsi yenilik edib. “Olaylar” xəbər verir ki, komitə 2017-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı elektron formada təqdim edib.

Əfv və amnistiya insanın bəraət alması deməkdirmi?

26 Yanvar 2018 13:11

Artıq illərdir ki, əlamətdar günlər və bayramlar ərəfəsində Azərbaycanda məhkumlarla bağlı əfv və amnistiya tətbiqi ənənə halını alıb. Xüsusilə məhbus ailələri bu günləri böyük səbirsizliklə gözləyir. Bəs amnistiya və əfvin fərqi nədir? Azərbaycan Respublikası Konstitusiyasına əsasən amnistiya məsələlərinin həlli Milli Məclisin səlahiyyətinə aiddir.

Deputatlar beynəlxalq yarışa qatılacaqlar

26 Yanvar 2018 13:03

“Milli Məclisin deputatlarının iştirakı ilə beynəlxalq futbol turnir keçiriləcək”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitə sədri Fuad Muradov deyib. O, deyib ki, bir neçə ölkədən nümayəndələr gələcək: “Turnirin fevralın 9-10-11-dəkeçirilməsi planlaşdırılır”.

Piyadalar xüsusi işıq qaytarıcılarla təchiz oluna bilər

26 Yanvar 2018 12:57

Azərbaycanda yol qəzalarının qarşısının alınması üçün piyadaların xüsusi işıq qaytarıcı vasitələrdən istifadə etməsi təklif edilir. "Olaylar” xəbər verir ki, bu təkliflə Milli Məclisin Gənclər və İdman Komitəsinin Gənclər və İdman Komitəsinin üzvü Şahin İsmayılov komitənin iclasında çıxış edib. Ş.İsmayılov bildirib ki, ötən il təqribən 700-dən çox insan yol qəzalarında ölüb: "Bu, olduqca çox böyük rəqəmdir.

Şəkidə 11 min nəfərin gediş-gəlişini asanlaşdıracaq yol yenidən qurulur

26 Yanvar 2018 12:46

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şəki rayonunda xüsusi əhəmiyyətə malik avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, söhbət 50.9 km uzunluğunda olan Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolundan gedir.

Dopinq vasitələrinin istifadəsinə qarşı cəzalar sərtləşir

26 Yanvar 2018 12:42

Azərbaycanda idmanda dopinq vasitələrinin istifadəsinə qarşı cəza sərtləşdiriləcək. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin (MM) Gənclər və idman komitəsinin yanvarın 26-da keçirilən iclasında komitə sədri Fuad Muradov deyib. Komitə sədri bildirib ki, bununla bağlı “İdmanda dopinq vasitələrinin və ya metodlarının istifadəsinə qarşı mübarizə haqqında” qanuna əlavələr edilməlidir: “Ümumi təkliflər paketi var.