Sosial
Dərman istehsalı müəssisələrində çalışan işçilərə dair tələblər açıqlanıb
Azərbaycanda dərman istehsalı müəssisələrində bütün işçilər işə götürüldükləri zaman Əmək Məcəlləsinə uyğun olaraq tibbi müayinədən keçməlidir. Məlumata görə, bu, Səhiyyə Nazirliyinin Kollegiyasının təsdiq etdiyi və yanvarın 23-dən qüvvəyə minən “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”də əksini tapıb.
Zakir Qaralov jurnalist Ülviyyə Şamilqızının Həştərxanda yol qəzasında ölməsi ilə bağlı Rusiya baş prokuroruna müraciət edib
Baş prokuror Zakir QaralovAzərbaycan vətəndaşı, jurnalist Ülviyyə Şamilqızının Həştərxan şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi ilə bağlı Rusiya Federasiyasının Baş prokuroru Yuriy Çaykaya müraciət etmişdir.
Səhiyyə Nazirliyi: Ötən il 362 qida zəhərlənməsi olub, 6 nəfər ölüb
2017-ci ildə Azərbaycanda baş vermiş qida zəhərlənmələrinin statistikası açıqlanıb. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib ki, ötən il əhali arasında 362 qida zəhərlənməsi halı baş verib, 565 nəfər zərər çəkib.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları dayanıqlı inkişafı üçün iqtisadi alətə çevrilib
Dünya ölkələrində maliyyə böhranı hökm sürdüyü məqamda Azərbaycanda çoxsaylı sosial layihələr həyata keçirilməkdədir. Müsbət haldır ki, on illər bundan əvvəl start verilən layihələr ölkənin bütün bölgələrini əhatə edib.
Bəzi qurumlar mediaya qapalıdır
Yanvarın 26 – da Beynəlxalq Mətbuat Mərkəzində “PR və media dialoqu" mövzusunda tədbir keçirildi. Olaylar.az bildirir ki, tədbir mMətbuat Şurası və PR və media dialoqu" mövzusunda Tədbirdə ölkənin aparıcı media kapitanları ilə yanaşı rəsmi və özəl sektorda çalışan PR menecerləri iştirak edirdilər.
Yeni Peşə Təhsil Mərkəzinin təməli qoyulub
Yanvarın 26-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılacaq Peşə Təhsil Mərkəzinin təməlqoyma mərasimi keçirilib. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki,təməlqoyma mərasimində təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov çıxış edərək son illər ərzində peşə təhsilinin inkişafına yönəlmiş islahatlar, bu sahədə dövlət siyasətinin əsas istiqamətləri barədə tədbir iştirakçılarına məlumat verib. Ölkə başçısı tərəfindən təsdiq olunan "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin həyata keçiriləcək layihələr baxımından əhəmiyyətini bildirən Ceyhun Bayramov əmək bazarının dəyişən tələblərinə uyğun rəqabətqabiliyyətli kadr hazırlığı üçün belə mərkəzlərin istifadəyə verilməsinin vacibliyini qeyd edib.
Azərbaycan vətəndaşlığını almaq qaydaları sadələşdirilir
2006-cı il yanvarın 1-dək Azərbaycana gələn və burada yaşayan SSRİ pasportuna malik şəxslərin Azərbaycan vətəndaşlığına qəbul edilməsi asanlaşır.Məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunur.
Kənd təsərrüfatı haqqında yeni qanun layihəsi hazırlanıb
2018-ci il qanunvericilik işləri planında "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun layihəsi var ki, onun may ayında müzakirələrə çıxarılması gözlənilir. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin yanvarın 26-da keçirilən iclasında çıxış edən komitə sədri Eldar İbrahimov deyib.
Bakcell-dən korporativ müştərilər üçün misilsiz smartfon kampaniyası!
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti korporativ abunəçilər üçün xüsusi smartfon kampaniyası elan edir. Yeni korporativ müştəriləri “Bakcell biznes” ailəsində səmimiyyətlə qarşılamaq və mövcud korporativ müştəriləri əlavə imtiyazlarla təmin etmək məqsədilə Bakcell onlara ən son model smartfonları hissə-hissə ödənişlə əldə etmək fürsəti verir.
“Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin müvafiq Tədbirlər Planına uyğun olaraq, Gəncə şəhərində “Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Novruz çərşənbələrinin vaxtı açıqlanıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) 2018-ci ildə qeyd olunacaq Novruz çərşənbələrinin vaxtını açıqlayıb. Rəsədxananın direktor müavini Xıdır Mikayılov bildirib ki, bu il axırıncı çərşənbə baharın gəlişi ilə eyni günə təsadüf edəcək.
Rayonlarda uşaqların psixi sağlamlığı yoxlanılacaq
Azərbaycanın 8 rayonunda uşaq psixi sağlamlıq bölmələri yaradılıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, uşaq psixi sağlamlıq bölmələri İmişli, Ağcəbədi, Masallı, Zaqatala, Şamaxı, Abşeron, Şəmkir və Kürdəmir rayonlarındakı Mərkəzi xəstəxanaların mbulator-poliklinika müəssisələrində (şöbələrdə) təşkil edilib. Həmin bölmələrə bu əmrin 1 nömrəli əlavəsinə uyğun olaraq təhkim olunmuş ərazi üzrə uşaqlara psixi sağlamlıq xidmətinin göstərilməsi üçün regional mərkəz funksiyası həvalə edilib.
Azərbaycanda baş verən hərbi cinayətlərin statistikası açıqlandı
Ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub, hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlərin, xüsusən də bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Məlumata görə, bunu Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən geniş kollegiya iclasında deyib.
Hərbi Prokurorluğun 11 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib
Hərbi Prokurorluğun 11 əməkdaşı Baş prokuror və hərbi prokurorun əmrləri ilə intizam məsuliyyətinə cəlb edilib. Bunu Azərbaycan Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2017-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında Baş prokurorun müavini - Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.
Bakıda ilk dəfə qadınlar arasında startap yarışı keçiriləcək
Bu il “Global Startup Weekend Women” (GSWW 2018) tədbirinə Bakı da qoşulur. “OLAYLAR” xəbər verir ki, bunu tədbirin yerli təşkilatçılarından biri, “NEXT Step” İnnovasiyalar Mərkəzinin direktoru Rəşad Eyvazov bildirib. “Boş durma, hərəkət et” şüarı altında keçiriləcək yarış 9-11 fevral tarixlərində baş tutacaq.














