Bakıda ilk dəfə qadınlar arasında startap yarışı keçiriləcək
Bu il “Global Startup Weekend Women” (GSWW 2018) tədbirinə Bakı da qoşulur. “OLAYLAR” xəbər verir ki, bunu tədbirin yerli təşkilatçılarından biri, “NEXT Step” İnnovasiyalar Mərkəzinin direktoru Rəşad Eyvazov bildirib. “Boş durma, hərəkət et” şüarı altında keçiriləcək yarış 9-11 fevral tarixlərində baş tutacaq.
26 Yanvar 2018 13:58 SosialBu il "Global Startup Weekend Women" (GSWW 2018) tədbirinə Bakı da qoşulur. "OLAYLAR" xəbər verir ki, bunu tədbirin yerli təşkilatçılarından biri, "NEXT Step" İnnovasiyalar Mərkəzinin direktoru Rəşad Eyvazov bildirib. "Boş durma, hərəkət et" şüarı altında keçiriləcək yarış 9-11 fevral tarixlərində baş tutacaq. Tədbir çərçivəsində innovativ texnologiyalara əsaslanan ideyalar ilə sahibkarqadınlar, marketoloqlar, dizaynerlər və proqramçılar komanda şəklində bir araya gələrək startaplar yaradacaq və münsiflər heyəti qarşısında təqdimat edəcəklər. Yarışın qalibi olan ideya isə mart ayında Parisdə keçiriləcək Böyük Finala göndəriləcək və "Next Step" İnnovasiyalar Mərkəzinin Sup.az akselerasiya proqramında iştirak etmək imkanı qazanacaq. Maraqlı faktlardan biri də odur ki, bu tədbirin qlobal siması dünya şöhrətli ulduz Emma Uotsondur və Böyük Finalda onun da iştirak edəcəyi gözlənilir.