Sosial

Deputat Gürcüstandakı soydaşlarımızdan danışdı

1 Fevral 2018 17:49

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda başqa ölkə vətəndaşının hərbi xidmətə cəlb edilməsi iddiası qaldırılıb və bunun araşdırılması istənilib. “Olaylar”ın məlumatına görə, bu iddia ilə deputat Aqil Abbas çıxış edib.

Komitə sədri: “Elmlər Akademiyasının institutları bizə rəqəm göstərsinlər”

1 Fevral 2018 17:39

"Bu gün təhsilin hər bir sahəsində islahatlar gedir. Biz hazırda parlamentdə “Peşə təhsili haqqında “ qanun layihəsini müzakirə edirik. Bu qanun layihəsinin geniş ictimai müzakirəsinə çox böyük ehtiyac var. Burada yeni bir ideyaların olmasına ehtiyac yoxdur”.

Gənclər Heydər Əliyevin məzarını ziyarət edəcək

1 Fevral 2018 17:31

2 Fevral Gəncler gunu ilə əlaqədar Gənclər və İdman Nazirliyi bir sıra tədbirlər keçirməyi nəzərdə tutur. “OLAYLAR”-a nazirliyin mətbuat katibliyindən bildirilib ki, əvvəlcə nazirliyin rəhbərliyi və gənclər təşkilatlarının nümayəndələri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, eləcə də Şəhidlər Xiyabaninı ziyarət edəcəklər. Daha sonra Vəcihə Səmədova adına Sərgi salonunda gənc rəssamlarin sərgisi keçiriləcək. Bayram günü ilə əlaqədar bir sıra rəsmi tədbirlər və konsert proqramının da təşkili nəzərdə tutulur.

AZTA və Hindistanın Turizm  Agentlikləri Assosiasiyası əməkdaşlıq Memorandumu  imzalayıb

1 Fevral 2018 17:28

Azərbaycan Turizm Asossiasiyası (AZTA), Mədəniyyət və Turizm Nazirliyininin dəstəyi ilə, ilk dəfə olaraq Dehli şəhərində keçirilən  Beynəlxalq Turizm Sərgisi - SATTE 2018 sərgisində iştirak edir. AZTA-dan “OLAYLAR”-a bildirilib ki, sərgidə Azərbaycanı, assosiasiyanın üzvləri olan 20 yerli şirkət təmsil edir.

Dünya telekommunikasiya bazarında olan yeniliklər ölkəmizdə tətbiq edilir

1 Fevral 2018 16:52

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” MMC korporativ müştərilərə müasir telekommunikasiya xidmətləri təklif edir. Şirkətin ictimaiyyətlə əlaqələr departamentindən “OLAYLAR”-a verilən məlumata əsasən, “AzerTelecom” MMC-nin xidmət portfoliosunda mövcud olan telekommunikasiya xidmətləri korporativ müştərilərə imkan verir ki, onlar rahat və etibarlı şəkildə müasir İKT xidmətlərindən yararlana bilsinlər.

Xırdalanda içməli su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur

1 Fevral 2018 16:52

"Azərsu” Açıq Səhmdar Cəmiyyəti Abşeron yarımadasında əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.  Səhmdar Cəmiyyətin mətbuat xidmıətindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi layihə çərçivəsində Xırdalan şəhərində içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri uğurla davam etdirilir. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Xırdalan şəhərində 200 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritetinə çevrilib

1 Fevral 2018 16:40

Dinamik inkişafını uğurla davam etdirən Azərbaycan regionda liderlik mövqeyini və beynəlxalq imicini gündən-günə möhkəmləndirir. Adambaşına düşən büdcə xərclərinə görə Azərbaycan nəinki MDB məkanında, bütövlükdə dünya miqyasında çox yüksək yer tutur. Etiraf edilməlidir ki, belə bir naliyyətin əldə edilməsində ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları əhəmiyyətli rol oynayır. Qürurverici haldır ki, Azərbaycan dövləti bütün bölgələrin inkişafı üçün əməli tədbirlər görür, ölkə regionlarının sosial-iqtisadi inkişafı proqramı uğurla həyata keçirilir.

ETSN: Sürüşmələr aktivləşib, bir neçə yerdə yeni sürüşmə sahələri yaranıb

1 Fevral 2018 16:19

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) sürüşmə sahələrində vəziyyəti açıqlayıb. ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov  deyib ki, “Teleqüllə” sürüşmə sahəsinin torpaq qatında eni görünən dərinliyi 5-6, uzunluğu 60-70 metr olan çatlar yaranıb, ay ərzində prosesin dinamikasında nisbi aktivlik baş verib. Onun sözlərinə görə, Zığ sürüşmə sahəsində atmosfer yağıntıları və texnogen amillərin təsirindən nisbi aktivlik müşahidə edilib: “Masazır qəsəbəsində “Zəli gölü” adlanan ərazidə və Nübar qəsəbəsində atmosfer yağıntılarının və texnogen amillərin təsirindən sürüşmə - çökmə sahələrində aktivlik qeydə alınıb”.

MTRŞ əhaliyə müraciət edib

1 Fevral 2018 16:14

Milli Televiziya və Radio Şurasının (MTRŞ) yanvarın 30-da keçirilən iclasında AzTV və Mədəniyyət kanallarının Bakı şəhəri və Abşeron yarımadası ərazisində HD formatında yayıma keçməsi ilə əlaqədar olaraq, yerüstü TV yayımı üçün bu ərazidə əlavə olaraq 31-ci TV kanalının istifadə olunması və TV proqramlarının yeni paketlərinin yaradılması qərara alınıb.

Türkiyənin əmək və sosial müdafiə naziri Əlillərin Bərpa Mərkəzində olub

1 Fevral 2018 16:06

Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlu ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinə gələrək, burada əlilliyi olan şəxslər üçün yüksək standartlar səviyyəsində yaradılmış reabilitasiya şəraiti ilə tanış olub.

Türkiyə nümayəndə heyəti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

1 Fevral 2018 16:04

Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülidə Serıeroğlunun  başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Milli Məclisdə restoran söhbəti

1 Fevral 2018 15:51

"Restoranlarda keçirilən toylarda bahalı yeməkləri süfrəyə gətirməyi sona saxlayırlar. Bununla da restoran sahibləri öz vəsaitinə qənaət edir.”“Olaylar” ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. Deputat qeyd edib ki, toya əgər 400 nəfər adam dəvət olunubsa, 35 manatlıq balıq kababının pulu qonaqların hamısından alınmış olsa da, sonda həmin kabablar 200 nəfərə verilir: “Həmçinin restoranlarda kondisionerləri söndürmürlər. Adam da toyda boynunun tutulduğunu hiss edir və salonu tərk edir.

Elmira Axundovadan 14 yaşına çatmayanlarla bağlı qadağaya etiraz

1 Fevral 2018 15:49

Milli Məcliisn bu günkü iclasında deputat Elmira Axundova “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair təklif səsləndirib. “Olaylar” ın məlumatına görə, E.Axundova deyib ki, bu qanun layihəsinin 13-cü, “Dərman vasitələrinin buraxılması” haqqındakı maddəsində edilən dəyişikliklər zərurətdən doğur və məntiqlidir: “Başa düşürəm elə dərman vasitələri var ki, onu reseptsiz olaraq heç kimə və eləcə də 14 yaşına çatmamış yeniyetmələrə satmaq təhlükəlidir.