Sosial
Günün qoroskopu: bədbinliyə qapılmayın
Sevil-Sevinc Səfərova bacıları “Xəzər” TV-dən gedir?
Dilarə Kazımova: Azərbaycanın seks simvoluyam
"Demet Akalın gözəl deyil, ona hamamdan çıxanda baxın" - Zöhrə Abdullayeva
İnsanın musiqi zövqü onun təfəkkür tərzindən asılıdır?
İnsanın təfəkkür tərzi onun musiqi zövqünü müəyyənləşdirir. Dörd min adam arasında aparılmış sorğu dünyanın qanunauyğunluğu və quruluşu mexanizmlərinə daha çox diqqət yetirən şəxslərlə insani münasibətləri ən vacib hesab edənlərin zövqləri arasındakı təzadı üzə çıxarıb. Tədqiqatların nəticələri “PLoS One” jurnalında təqdim edilib.
Evin qırmızı "həkimi"...
İtburnu müalicə bitkiləri arasında qədimdən məlumdur. Təbabətdə qurudulmuş meyvələri, həbləri və maye ekstratı istifadə edilir. Rusiyada itburnunun müalicəvi əhəmiyyəti XVII əsrdən məlumdur. Onun meyvələri fövqəladə dərman kimi yalnız məşhur adamlara xüsusi icazə ilə verilirdi. Hazırda itburnu meyvəsi C vitamini mənbəyi kimi təbabətdə geniş istifadə edilir.
2018-ci il yanvar ayı ərzində Beynəlxalq Kitab Mübadiləsi çərçivəsində MEK-ə daxil olan ədəbiyyat
AMEA Mərkəzi Elmi Kitabxanasına 2017-ci ilin dekabr ayı ərzində dünyanın bir çox ölkələrinin təşkilatları ilə Beynəlxalq Kitab Mübadiləsi (BKM) çərçivəsində 54 nüsxə sənəd (kitab, jurnal və CD) daxil olub.
İngilislərdən XƏBƏRDARLIQ: Mobil telefon və tablet sizi öldürə bilər
İngiltərədəki Kayropraktika Dərnəyinin araşdırması, uzun müddət mobil telefonu və tablet kompüter istifadə edənlərin onurğa əyriliyindən əziyyət çəkdiyini, bu duruş formasının tənəffüs və qan axımına mənfi təsir etdiyini, növbəti yaşlarda tənəffüs və ya ürək xəstəliklərindən ölüm riskini artırdığını göstərib.
Açıqlandı: Salat yaddaşı gəncləşdirir
İnsanlarda yaddaş problemləri, yaddaşla bağlı məsələlər daima gündəmdə olub. İnsan sağlamlğında bu faktorun önəmli yer tutduğunu nəzərə alsaq, o zaman bu məsələnin aktuallığını daha dərindən dərk etmiş olarıq. "Cumhuriyet.com.tr" saytında yer alan xəbərə görə, ABŞ-ın Rush Universitetinin alimləri bu barədə araşdırma aparıblar.
Evlilikdən sonra kişilərin çəkisi dəyişir
Evlilikdən sonra kişilərin qida rasionu və çəkisi dəyişir. Rusiya mətbuatının yazdığına görə, aparılmış araşdırmalar bunu deməyə əsas verir.
Bakıda mağaza yanır
Paytaxtın Yasamal rayonunda mağaza yanır. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbr verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mağazada yanğın baş verib. Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri hadisə yerindədir. İlkin məlumata görə, yanğın zamanı ölən və xəsarət alan olmayıb. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.
9 uşaq əcnəbilərə övladlığa verilib
Norveç Uşaq Evinin azərbaycanlı ailənin övladını əlindən alması ilə bağlı yerli mətbuatda məlumat yayılıb. Norveçdə yaşayan Azərbaycan vətəndaşı Yusif Əsgərov deyib ki, Norveç Uşaq Evi onun övladını əlindən alıb və uşağın norveçli bir ailəyə veriləcəyini bildirib. Buna səbəb kimi atanın uşaqla göz kontaktının olmaması və uşaqla davranışında qəfil hərəkətlər etdiyi iddia olunub.
Meşə mühafizəsi və bərpası müəssisələrinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ötən ildəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı kollegiya iclası keçirilib. ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, Nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən iclasda nazir Hüseyn Bağırov əldə olunmuş müsbət nəticələr barədə məlumat verib. Sonra Kollegiya iclasının gündəliyində duran məsələlər müzakirə edilib.
Azərbaycanda orta məktəblərdə 151 458 müəllim çalışır
Bir qrup gənc müəllimlə görüş keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov görüşdə bildirib ki, son illər müəllimlərin peşəkarlıq səviyyəsinin və nüfuzunun artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.
AMEA Naxçıvan Bölməsində dissertasiya mövzuları təsdiq edilib
AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin ümumi yığıncağı bölmənin elmi-tədqiqat müəssisələrinin fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertantura qəbulunun nəticələrinə həsr olunub. Əvvəlcə bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.














