Sosial

Dağlıq ərazidə qalmış 4 nəfər xilas edilib

2 Fevral 2018 11:56

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda dağlıq ərazidə 4 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Millət vəkili gənclərlə görüşüb

2 Fevral 2018 11:43

2 fevral - Gənclər günündə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin gənc üzvləri ilə görüşüb. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ən qədim mədəniyyət ocaqlarından biri olan Kəlbəcər rayonunundan və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin fəaliyyətindən bəhs edən video-rolikə baxıblar. Ölkənin ictimai-siyasi həyatında gənclərin rolundan danışan C. Qurbanov bildirib ki, bu gün Azərbaycanda həyat keçirilən gənclər siyasəti dövlət siyasətinin tərkib hissəsidir.

Azərbaycanlı Rusiyada yüksək vəzifəyə təyin olundu

2 Fevral 2018 11:34

Azər Mütəllim oğlu Talıbov Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini təyin edilib. Bu barədə baş nazir Dmitri Medvedev sərəncam imzalayıb. O, kadr siyasəti ilə bağlı məsələlərə, nazirin fəaliyyətini təmin etməyə, hüquqi məsələlərə və maliyyə fəaliyyətinə cavabdeh olacaq. O, bu postda İqor Revanı əvəz edib.

Teleqüllə sürüşmə sahəsi barədə yekun rəy nə zaman hazır olacaq?

2 Fevral 2018 11:26

Son günlər şərti olaraq Teleqüllə sürüşmə sahəsi adlandırılan Bayıl yamacındakı sürüşmə sahəsində son günlər stabilləşmə müşahidə edilir. Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. 

Azərbaycanda morqlara 14 yaşa qədər 185 meyit gətirilib

2 Fevral 2018 11:12

“Keçən il Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (morqlara) prokurorun göndərişi və şikayətlər əsasında 14 yaşa qədər 185 meyit gətirilib”.

"Xəzər" TV-nin studiyasında BƏDBƏXT HADİSƏ

2 Fevral 2018 09:30

"Xəzər" televiziyasının studiyasında bədbəxt hadisə baş verib. Fevralın 1-də "Xəzər Xəbər"in efirə gedən 15:00 buraxılışından sonra 1988-ci il təvəllüdlü aparıcı Qədimova Günel Şöfiq qızı studiyada yıxılıb.

"Ötən il sığınacağımızdan 46 qadını ailəsi ilə barışdırdıq" - Mehriban Zeynalova

2 Fevral 2018 09:29

“Ötən illərlə müqayisədə bu il sığınacağa həddən artıq müraciət olub, onların əksəriyyəti məişət zorakılığının qurbanlarıdır” Bunu açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. O bildirib ki, bəzən bizə zənglər daxil olur, hansı ki işsizlikdən, ev pulunu ödəyə bilməyən qadınlar müraciət edir. Təbii ki, biz bu məsələləri araşdırdıqdan sonra qərar veririk, əsasən bu cür hallarda biz çalışırıq onlara psixoloji yardım göstərib istiqamət verək: