Sosial
Hərbi hissələrdə Gənclər Günü qeyd edilib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən 2 fevral – Gənclər Günü ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, mərkəzi və qarnizon zabitlər evlərində silsilə bayram tədbirləri keçirilib.
Mənzildə 88 yaşlı qadının meyiti tapılıb
Bakıda mənzildə 88 yaşlı qadının meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a bildiriblər ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1930-cu il təvəllüdlü Salamaşvili Lila Xalimovnanın cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
Ana şəhid olan oğluna görə erməninin ürəyini çıxardıb Bakıya qəbrinin üstünə gətirdi – FOTO
Nurcahan Hüseynova Daşaltı əməliyyatında şəhid olan oğlunun qisasını aldı. 1992-ci ildə Qarabağ savaşı üçün televiziyadan cəbhəyə çağırışı eşidən Nurcahan Hüseynova səhəri gün hərbi komissarlığa yollanır. Müharibənin qızğın vaxtı Bakıda təhsil alan oğlunu da cəbhəyə çağırır.
İntiharların şok statistikası: hər 3 gündə 4 nəfər…
Hər 3 gündə 4 nəfər intihar edir, onlardan 60 faizə qədəri yaşı 40-dan az olanlar, hər 3 nəfərdən 1-i qadın, hər 10 nəfərdən 1-i isə uşaqdır.
Sürücülər borcu təcili ödəməlidir – Qanun qüvvəyə mindi
Bu gündən etibarən inzibati cəriməsi olan və bu cərimələri ödəməyən sürücülər bəzi problemlərini həll edə bilməyəcəklər. Bu sözləri hüquqşünas, yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Yol hərəkəti haqqında" Qanuna edilən və bu gündən qüvvəyə minən əhəmiyyətli dəyişiklik barədə danışarkən deyib.
Yağmursuz hava davam edəcək
Bakıda və Abşeron yarımadasında fevralın 3-dəhava şəraitinin buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Səhiyyə Nazirliyi: Azərbaycanda istehsal ediləcək dərmanlar müxtəlif qruplara aid olacaq
“Bir neçə ölkənin dərman istehsalçıları ilə birgə Azərbaycanda müəssisələr yaradılıb. Azərbaycanda artıq yerli dərman istehsalına başlanılıb”. Bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyov deyib. P. Əzizbəyov bildirib ki, Azərbaycanda istehsal olunacaq dərmanlar müxtəlif qruplara aid olacaq.
Səhiyyə Nazirliyi 11 aptekdə yoxlama aparıb, 600 qutu dərman satışdan çıxarılıb
“Ötən il yerli dövlət orqanları və əhalinin müraciətləri əsasında 11 aptekdə yoxlama aparılıb. Nəticədə 600 qutu dərman vasitəsi satışdan çıxarılıb”. Bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyov deyib. Yoxlamaların konkret faktlar əsasında aparıldığını xatırladan P. Əzizbəyov bildirib ki, apteklərdə yoxlamaların aparılması qanunvericiliklə - ya planlı, ya da plandankənar həyata keçirilir.
Mübariz Mənsimov Bakıdakı obyektlərini satışa çıxardı
Türkiyədə yaşayan və biznes quran azərbaycanlı iş adamı Mübariz Mənsimov Bakıdakı mülklərini satışa çıxarıb. Biznesmenə məxsus “Palmali” şirkətinin Bakı şəhərinin Nərimanov rayonu, Məmməd Araz küçəsi 27 ünvanında (“Milyonerlər məhəlləsi” adlanan ərazi) yerləşən dörd mərtəbəli ofisi satışa çıxarılıb.
Əhali pulsuz tibbi müayinələrdən keçiriləcək - Sərəncam
Azərbaycan əhalisi tibbi müayinələrdən keçiriləcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə nazirinin müavini Nigar Əliyeva bununla bağlı sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, Prezidentin tapşırığını rəhbər tutaraq fevralın 12-dən mayın 12-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi təşkil ediləcək. Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinələrdən keçirilməsinin icrasını şəxsi nəzarətə götürmək tapşırılıb.
Fazil Məmmədovun vəzifədən çıxarılan qohumları – Siyahı
Prezident İlham Əliyevin 5 dekabr 2017-ci ilə tarixli sərəncamı ilə Fazil Məmmədov vergilər naziri vəzifəsindən azad edildi. Həmin gün prezidentin imzaladığı digər sərəncamla Təhsil naziri Mikayıl Cabbarov Vergilər naziri vəzifəsinə təyin edildi.
Ağdaşda məscid yanıb
Ağdaş rayonunun Göyəkənd kəndində ümumi sahəsi 180 m2 olan birmərtəbəli kənd məscidinin yanar konstruksiyaları və içərisində olan əşyalar 130 m2 sahədə yanıb. Bu barədə FHN-dən məlumat verilib. Məscidin qalan hissəsi yanğından mühafizə olunub.
Elmi-Metodiki Mərkəz və Yunus Emre İnstitutu arasindaəməkdaşlıq davam edir
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyevin və Mərkəzin rəsmi partnyoru olan Bakı Yunus Əmrə İnstitununun yeni təyin olunmuş rəhbəri Cihan Özdemir arasında görüş keçirilib.
Yük avtomobilləri toqquşdu
Bakının Nərimanov rayonunda ağır yol qəzası olub. “Olaylar” xəbər verir ki, avtoqəza Ziya Bünyadov prospekti ilə Alı Mustafayev küçəsini birləşdirən yolötürücü tuneldə baş verib və iki yük maşınının toqquşması ilə nəticələnib.
Orta məktəblər haqqında da qanun olacaq
Milli Məclisin Elm və təhsil komitəsi bu il “Orta ümumtəhsil məktəbləri haqqında” qanun layihəsi hazırlayacaq. Bu barədə Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. Komitə sədri bildirib ki, Azərbaycanın təhsil sisteminin daha da inkişaf etdirilməsi üçün dövlət səviyyəsində ardıcıl və məqsədyönlü iş aparılır: “Yəqin ki, yaz aylarında "Orta ümumtəhsil məktəbləri haqqında" qanun layihəsinin hazırlanması üçün ilkin işlərə başlayacağıq.














