Sosial
Parlamentdə əlillərin problemləri qaldırıldı
“Mənzil Məcəlləsinin qəbulundan xeyli vaxt keçsə də, onun icrası, əlillərin növbədənkənar mənzillərlə təmin edilməsi məsələsi ilə bağlı Nazirlər Kabineti tərəfindən heç bir addım atılmayıb”.“Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov deyib.
İtkin düşən alpinistlərimizin axtarışı ilə bağlı yeni xəbər - Rəsmi
2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən "Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Rəsmi məlumatda axtarışların itkin alpinistlərin tapılacağı günədək davam etdiriləcəyi vurğulanıb.
Bakıda ailənin tək oğlu faciəvi şəkildə öldü
ATV-nin sədri danışdı: yeni vitse-prezident...
Məlumat həqiqətə uyğun deyil. Bu məlumatı heç nədən xəbəri olmayan adamlar yayıb. Bu sözləri ATV-nin rəhbəri Azər Xəlilov şirkətə vitse-prezident təyin edilməsi barədə danışarkən deyib.
Azərbaycanın Avropa Məhkəməsinə göndərdiyi hakimin statusu dəyişir
Azərbaycanda “Konstitusiya məhkəməsi haqqında” qanuna dəyişiklik ediləcək. Məlumata görə, qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə yeni - 9-cu bənd əlavə edilir. Yeni bəndə əsasən, İnsan hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulur və bu Qanunda, həmçinin digər normativ hüquqi aktlarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimi üçün nəzərdə tutulmuş təminatlar (bu Qanunun 71-ci, 72-ci, 73.5-ci, 73.6-cı və 73.8-ci maddələrində nəzərdə tutulmuş təminatlar istisna olmaqla) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimə də şamil edilir.
Milli Məclis fevralın 13-də yığışacaq
Milli Məclisinin fevralın 13-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. Məlumata görə, iclasın gündəliyinə 18 məsələ daxildir. Bunlar "Konstitusiya Məhkəməsi haqqında", "Ələt azad iqtisadi zonası haqqında", "Energetika haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Daşınmaz əmlakın dövlət reyesteri haqqında" və s. qanunlara, o cümlədən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir. Bundan başqa, yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi də müzakirəyə çıxarılacaq. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın da illik məruzəsinə baxılacaq.
Xocalı faciəsi ilə bağlı əmr imzalanıb
"Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən əmr imzalanıb. “OLAYLAR”-a daxil olan məlumata görə,müvafiq əmr ilə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”nda “Xocalıya gedən yol” mövzusunda mühazirə, toplantı, “Dəyirmi masa”, xüsusi dərs, məşğələ və konfransların təşkili nəzərdə tutulur. Bundan əlavə, “Xocalı faciəsi uşaq yaradıcılığında” mövzusunda bədii qiraət gecələri, məktəblilərin esse və inşa yazılarının təqdimatı, əl işlərindən ibarət sərgiləri təşkil olunacaq. “Xocalı harayı” mövzusunda ədəbi-bədii kompozisiyalar təşkil olunacaq, sənədli və bədii filmlər nümayiş ediləcək.
Mübariz İbrahimovun DOĞUM GÜNÜNƏ.... VİDEO
Hərbi Məhkəmənin sədri vəzifədən azad edildi - ŞOK
Milli Məclisin fevralın 13-də keçiriləcək plenar iclasında Qasım Vəli oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılacaq. Məlumata görə, sənəd Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub. Layihədə bildirilib ki, Vəli Əliyev öz ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsindən azad edilib.
Doğum Günün Mübarək Şəhidim !
"Telefonunda şəkillər görmüşəm, poz. Başqasının əlinə keçər" - Şəbnəmə XƏBƏRDARLIQ ETDİ - VİDEO
Telefonunda şəkillər görmüşəm, poz onların hamısını. Bunu dünən Zaur Kamal "5/5"-də qonağı olan Şəbnəm Tovuzluya deyib. Müğənni şəxsi həyatı ilə bağlı yazılan xəbərlərin ifrat dərəcədə olmasından və sosial şəbəkələrdə ünvanına işlədilən təhqirəmiz ifadələrlə qarşılaşmaqdan bezdiyini deyib.
Ötən il 687 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkarlanıb
"Azərbaycanda dispanser qeydiyyatında olan hemoblastozlu xəstələrin sayı 2233 nəfər, qanın bədxassəli xəstəliyi diaqnozu müəyyənləşdirilmiş uşaqların sayı 313 nəfərdir". Bunu Səhiyyə Nazirliyinin B. Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
24 bələdiyyə ilə bağlı cinayət işi başlandı
“Keçən il vətəndaşların müraciətinə əsasən, başlanılan inzibati nəzarət icraatları ilə 24 bələdiyyənin fəaliyyətində müxtəlif cinayətlər, o cümlədən mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi qanunsuz əməllər aşkarlanıb”. Bu, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb. Məruzədə qeyd olunub ki, Ədliyyə Nazirliyitoplanmış materialları hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərib. Bununla bağlı müvafiq tədbirlər görülüb.













