Sosial
Bakıda tikinti şirkətinin işçiləri evini tərk etmək istəməyən sakinləri daşa basdı
Bakının Yasamal rayonunda, Hüseyn Cavid prospektində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirən “Olympus Park” MMC tikinti şirkətinin işçiləri evlərini satıb köçmək istəməyən sakinləri daşa basıb. Virtualaz.org sosial şəbəkələrdə yayılan görüntülərə əsasən bildirir ki, bu hadisə fevralın 6-na keçən gecə baş verib. Şirkətin bir qrup işçisi gecə saatlarında sakinlərin həyətlərinə ekskavatorla hücum çəkib, müqavimət göstərməyə çalışan sakinlər isə daşa basılıb.
Milli Məclisdə əlillərlə bağlı mübahisə düşdü
“Məhz sizin günahınız ucbatından əlillərlə bağlı qanun qəbul olunanda müharibə əlili sözü yazıldı. 20 Yanvar, Qarabağ, Çernobl sözünü yazdınız. Bu, məhz sizin günahınızdır”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən “20 Yanvar” Cəmiyyətinin sədri, II qrup 20 yanvar əlili Sultan Əzimzadə deputatlara üz tutaraq deyib.
Astarada yaponiyalı diplomatlarla görüş keçirilib
Astara Gömrük İdarəsində yaponiyalı diplomatlarla görüş keçirilib.“Olaylar” DGK-nin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Astara rayonu ərazisindən keçən hissəsində işlərin gedişi ilə tanış olmaq məqsədilə bu rayona səfər edən Yaponiyanın Azərbaycandakı və İrandakı səfirliklərinin attaşeləri Toşihiro Katagiri və Masamiçi Saıto fevralın 6-da Astara Gömrük İdarəsində olublar.
Polis reyd keçirdi-vətəndaşlardan ov tefəngi götürülüb
Daxili İşlər Nazirliyi (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər keçirir.
Zakir Qaralov İmişlidə vətəndaş qəbulu keçirəcək
Baş prokuror Zakir Qaralov cari il fevralın 16-da saat 10:00-da İmişli rayon prokurorluğunun inzibati binasında İmişli, Biləsuvar, Cəlilabad, Neftçala və Cəbrayıl rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.Baş Prokurorluğun mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Nazirlikdəki 500 vakant yerə işçi axtarılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə (BB qrupu) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilib. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, İmtahan Mərkəzi ƏƏSMN üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 519 vakant inzibati icraçı vəzifəsinə (BB qrupu) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib. Təqdim edilmiş vakant vəzifələr nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Məşqulluq Xidmətində, Dövlət Əmək Müfəttişliyi Xidmətində, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan (BB qrupu) vəzifələrdir. Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat 08 mart 2018-ci il tarixinədək davam edəcək. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.
Rəhman Rəmişi təhqir etdi, cavabını arvadı verdi - VİDEO
512 kənd və qəsəbəsinin elektrik təchizatı tamamilə yenidən qurulub
Respublikanın 512 kənd və qəsəbəsinin elektrik təchizatı tamamilə yenidən qurulub və hazırda 180 kənd və qəsəbədə yenidənqurma işləri aparılmaqdadır. “OLAYLAR”-ın “Azərişıq” ASC-yə istinadən verdiyi xəbərə görə, bununla da respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü “Azərişıq” ASC-nin yarandığı 2015-ci ilin əvvəlində 9 500 MVA-dan, 2018-ci ilin bu gününə qədər 12.000 MVA-ya qədər yüksəldilib.
MOK-da antidopinq məsələləri müzakirə edilib
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Avropa Şurasının Anti-dopinq konvesiyası və Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) heyəti ilə görüş keçirilib. “OLAYLAR -a MOK-un mətbuat xidmətindən verilən məlumata görə, Avropa Şurasının Anti-dopinq konvesiyası mütəxəssislərindən Dünya Anti-dopinq Agentliyinin direktor müavini Tom Mey və digər nümayəndələr Rafal Piekota, Satu Heikkinen, Florian Kavel, Lien Kozlovska, Olimpia Karavasili , Milli Olimpiya Komitəsindən vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Ağacan Abıyev, baş katibin müavini Azər Əliyev, həmçinin AMADA-nın baş direktoru Şəfəq Hüseynli iştirak edirdi.
Abel Məhərrəmov BDU-dan gedir? – AÇIQLAMA
“Əlillər istəyir ki, İlham Əliyev yenidən prezident seçilsin”
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərindən danışıb.“Olaylar”ın məlumatına görə, Hadi Rəcəbli qarşıdan gələn prezident seçkilərində dövlət başçısı İlham Əliyevə uğurlar arzu edib.
Parlamentdə əlillərlə bağlı dinləmə keçirilib
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əlil olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin ictimai dinləmələri keçirilib.“Olaylar” xəbər verir ki, komitə sədri Hadi Rəcəbli bildirib ki, “Əlil olan şəxslərin hüquqları haqqında” qanun layihəsi üzərində 4 ildən çoxdur işlər, təkmilləşdirmələr gedir. H. Rəcəbli deyib ki, qanun layihəsinin hazırlanması təşəbbüskarı adıçəkilən komitə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliydir.
Həyacan, stress, soyuq su və bəzi dərmanlar BU XƏSTƏLİYƏ SƏBƏB OLUR - XƏBƏRDARLIQ
Son vaxtlar cəmiyyətdə yaddaşsızlıqdan şikayət edənlərin sayı artır. Yaddaş pozğunluğu problemlərindən biri də yaddaşın keçici olaraq itməsidir (Transient Global Amneziya). Bu, ani olaraq ortaya çıxan (bir neçə dəqiqədən başlayaraq) və 24 saatdan qısa müddətdə düzələn bir haldır.
Səhv düşəndə sözlərimiz...
Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsi ətrafında müzakirələr davam edir. Olaylar.az bununla bağlı ərəbşünas filoloq, Filologiya üzrə fəlsəfə doktoru Seymur Əhmədovun fikirlərini yayımlayır. Ədəbi dilin gündəlik danışıq dili ilə eyni cür səslənməsinə dair fikir bildirən Seymur bəy qeyd etdi ki, Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları barədə məlum layihə ətrafında elmi ictimaiyyət arasında geniş müzakirələr və böyük maraq müşahidə olunmaqdadır. Sözügedən məsələyə tənqidi yanaşanlar da var, onu təqdir edənlər də. Əlbəttə, təqdim olunan layihədə müsbət fikirlərlə yanaşı bəzi yanlış yanaşmalar da yox deyildir.
Deputatın kvota təklifi niyə nəzərə alınmadı?
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev komitənin fevralın 7-də keçirilən iclasında I qrup əlillər üçün xüsusi iş yerlərinin yaradılmasını təklif edib.“Olaylar”ın məlumatına görə, Musa Quliyev yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, əlillərin iş problemi diqqətdə saxlanılmalıdır: “Bunun üçün 1992-ci ildə qəbul olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanundakı kimi əlilər üçün ayrıca məşğulluq kvotası ayrılmalıdır.













