Hərbi Məhkəmənin sədri vəzifədən azad edildi - ŞOK

Milli Məclisin fevralın 13-də keçiriləcək plenar iclasında Qasım Vəli oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılacaq. Məlumata görə, sənəd Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub. Layihədə bildirilib ki, Vəli Əliyev öz ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsindən azad edilib.

Milli Məclisin fevralın 13-də keçiriləcək plenar iclasında Qasım Vəli oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılacaq. Məlumata görə, sənəd Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub. Layihədə bildirilib ki, Vəli Əliyev öz ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsindən azad edilib. Qasım Vəli oğlu Əliyevin vəzifəsinin dəyişdirilərək, Naxçıvan Mxtar respublikanın Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılması tövsiyə edilib.Bu qərar imzalandığı gündən qüvvəyə minəcək.
Qeyd edək ki, V.Əliyev 2007-ci ildən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31