Ötən il 687 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkarlanıb

"Azərbaycanda dispanser qeydiyyatında olan hemoblastozlu xəstələrin sayı 2233 nəfər, qanın bədxassəli xəstəliyi diaqnozu müəyyənləşdirilmiş uşaqların sayı 313 nəfərdir". Bunu Səhiyyə Nazirliyinin B. Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

O qeyd edib ki, hazırda institutda 27 523 nəfər qan xəstəlikləri ilə dispanser qeydiyyatındadır: "Ötən il ilkin olaraq 687 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkarlanıb. Onların 603 nəfəri böyüklər, 84 nəfəri isə uşaqlardır. Həmin şəxslər dispanser qeydiyyata götürülüb". Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31