Sosial

DİQQƏT: Kondisionerlərdən yanlış istifadə çox təhlükəlidir!

7 Fevral 2018 19:11

Kondisionerdən təcrübəsiz şəkildə istifadə etmək uşaqlar, yaşlılar, şəkər xəstələri və böyrək çatışmazlığı olan insanlar üçün ciddi təhlükədir. Havalar isindikcə evlərdə, iş yerlərində kondisionerlərdən istifadə də artır. Ancaq kondisionerdən yanlış istifadə əzələ tutulması, beyin iltihabı və üz iflici kimi narahatlıqların səbəb olduğu "Lejyoner"xəstəliyinə yol açır.

Çoxfazalı yuxu nədir?

7 Fevral 2018 18:45

Sutka ərzində normal yuxu 8 saat sayılır. Bu yuxu sisteminin ideyası ondadır ki, siz gün ərzində 8 saat yatmaq əvəzinə, yuxu ərzində bir neçə dəfə oyanırsız və ümumi müddəti azalır. Nəticədə, araşdırmaçıların iddiya etdikləri kimi bu yuxu modelinin keyfiyyəti genişlənir və kreativ ideyalar yaranır.

Xanımların sevdiyi rənglər,onun xasiyyəti barədə məlumat verir

7 Fevral 2018 18:40

Xanımların üstünlük verdiyi rənglər,onun xasiyyəti barədə məlumat vermək iqtidarındadır. Beləki,ağ rəngə meyilli olan qadınılar təmizliyi sevir, səliqəli insanı kimi xatırlanır. Onun tam əksi sayılan qaraya üstünlük verənlər özünə qapalı, eyni zamanda ciddi xarakterə malik olurlar.

Xəzər rayonunda qeyri-qanuni ibadət yeri aşkarlanıb

7 Fevral 2018 18:01

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və yerli icra hakimiyyəti orqanı əməkdaşlarının birgə iştirakı ilə fevralın 7-də dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən qeyri-qanuni ibadət yerinə baxış keçirilib.

Şabranda tapılan yanmış kişi meyitinin kimliyi məlum olub

7 Fevral 2018 17:37

Şabran rayonu ərazisində tapılan yanmış kişi meyitinin şəxsiyyəti məlum olub. Məlumata görə, yanvarın 27-də Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində, yoldan 300 metr aralıda yanmış meyiti tapılan şəxsin Binəqədi rayon sakini, 1945-ci il təvəllüdlü Mahmudov İlyas Qara oğlu olduğu müəyyən edilib. Həmin şəxs 22.01.2018-ci il tarixindən itkin düşmüş şəxs kimi qeydiyyatda olub.

Yay turizminə hazırlıq məsələləri müzakirə ediləcək

7 Fevral 2018 17:22

Azərbaycan Turizm Assosiasiyası (AZTA)  fevralın 9, xüsusi iclas keçirəcək. AZTA-dan “OLAYLAR”-a bildirilib ki, iclasda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində vahid namizəd təşəbbüsünə dəstək məsələsi müzakirə olunacaq. Həmçinin Azərbaycanda yay turizminə hazırlıq səviyyəsi, eləcə də assosiasiyanın sahənin inkişafına dəstək tədbirləri müzakirə ediləcək.

Müğənnilərin monitorinqi aparılacaq: “Çox ciddi məsələdir...”

7 Fevral 2018 17:07

Efirə çıxan müğənnilər nitqlərində yol verdikləri qüsurları düzəltməli, ədəbi dil normalarına əməl etməli olacaqlar. Bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib. Onun sözlərinə görə, institut müğənillərlə bağlı da monitorinqlərə başlayıb: “Əslində, bu məsələ neçə illərdir ictimaiyyəti narahat edir və bu gün də aktualdır. Son dövrlər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın musiqiyə, muğama göstərdiyi dövlət qayğısı nəticəsində bir sıra yarışlar keçirilir. Yeni istedadlı musiqiçilərimiz yetişir. Bəzən ifaçılar mahnıları öz bölgəsinə uyğun səsləndirirsə, tələbələr də mahnını o cür ifa edirlər. Bu, çox ciddi məsələdir, gələcək nəsillərin ifa tərzində, nitqində də böyük qüsürlara yol açır. Nəticədə bizim mədəniyyətimizə və ədəbi dilimizə böyük zərbə dəyir. Biz dilin keşiyində dayanan insan kimi narahatıq”.

“Qüds – İƏT Gənclər Paytaxtı” proqramı ali dövlət nişanı ilə təltif edildi

7 Fevral 2018 17:03

Fələstin administrasiyasının paytaxtı Ramllahda keçirilən “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” proqramının təntənəli açılış mərasimində Fələstin Prezidenti Mahmud Abbas İƏT Gənclər Forumu sədri səfir Elşad İskəndərovu Fələstinin ali dovlət nişanı olan Qüds Ulduzu Ordeni ilə təltif etdi. “OLAYLAR”-a daxil olan məlumata görə, Mahmud Abbas müsəlmanların ilk qibləsi olan Qüdsün adına verilən ordenin Elşad İskəndərova Qüdsün beynəlxalq statusunun qorunması və “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” proqramının müxtəlif çətinliklərə rəğmən həyata keçirilməsində xidmətilərinə görə təltif edildyini vurğuladı.

İşə qəbul üzrə vakansiya seçiminə start verilib

7 Fevral 2018 17:02

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqələrin test imtahanı mərhələsinin nəticələri açıqlanıb və vakansiya seçiminə başlanılıb. Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, nəticələrə əsasən, gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsi üzrə 35, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə 62, laborant vəzifəsi üzrə 170 nəfər namizəd keçid balından yüksək nəticə göstərərək növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. İmtahanların nəticələri barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.

2018-ci ildə "İş vaxtının norması" və "İstehsalat təqvimi”ndə dəyişikliklər edilib

7 Fevral 2018 17:01

Azərbaycan Respublikası Prezidentinin “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” 2018-ci il 5 fevral tarixli Sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının 07 fevral 2018-ci il tarixli 3 nömrəli  qərarı ilə “2018-ci il üçün iş vaxtının norması”nda  və “2018-ci ilin istehsalat təqvimi”ndə müvafiq dəyişikliklər edilib.

300 min elektron tipli sayğac quraşdırılıb

7 Fevral 2018 16:32

Ötən illər ərzində bölgələrdə 18 ədəd 110 kV-luq, 64 ədəd 35 kV-luq yarımstansiya tikilərək yenidən qurulub. Regionlardakı yarımstansiyaların əksəriyyətində idarəetmənin təkmilləşdirilməsi və çevikliyin artırılması məqsədiylə SCADA dispetçer idarəetmə mərkəzi yaradılıb.

Müsəlman ölkələri Fələstinə böyük dəstək nümayiş etdirdi

7 Fevral 2018 16:30

Fələstinin mərkəzi Ramalla şəhərində “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramının təntənəli açılış mərasimi baş tutub. “OLAYLAR” xəbər verir ki, İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə həyata keçirilən proqramın açılış tədbirində 30-dan artıq İƏT ölkəsinin rəsmi nümayəndə heyəti iştirak edib. Açılış mərasimində eyni zamanda, “Gənclər Paytaxtı” proqramının 14 İƏT üzv ölkəsinin dövlət başçılarından ibarət Qəyyumlar Şurasının yaradılması elan edilib və bu Şuranın ilk işçi iclası keçirilib.

FAO Azərbaycanda dayanıqlı meşə təsərrüfatının qurulmasını dəstəkləyir

7 Fevral 2018 16:29

Azərbaycanda dayanıqlı meşə təsərrüfatının qurulması BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) təşkilatının dəstəklədiyi meşə sahəsində bilik çərçivəsinin möhkəmləndirilməsi üçün meşə ehtiyatlarının qiymətləndirilməsi və monitorinqi layihəsinin əsas məqsədidir. “OLAYLAR”-a BMT-nin Bakı Ofisinin informasiya departamentindən bildirilib ki,  Qlobal Ekologiya Fondunun maliyyələşdirdiyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) həyata keçirdiyi layihə meşələrin sosial və iqtisadi səmərəliliyini və karbonun udulmasını artırmaq, eləcə də mövcud meşələrin keyfiyyətinin yaxşılaşdırmaq məqsədini daşıyır.