Sosial

MTRŞ radiolardan birinə ciddi xəbərdarlıq edib

8 Fevral 2018 11:11

“Milli Televiziya və Radio Şurasının (MTRŞ) apardığı monitorinqlər göstərir ki, “Avto FM” (107.7) radiosu ixtisaslaşmış radio yayımçısı kimi yayım konsepsiyasına uyğun olmayan formada fəaliyyət göstərir. Bu radio əslində yol-nəqliyyat məsələləri ilə bağlı maarifləndirici-informativ proqramlar yayımlamalıdır. Çox təəssüf ki, radionun efirində bu səpkili heç bir verilişə rast gəlinmir”. Bunu MTRŞ-nin Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Təqvimdə dəyişiklik edildi

8 Fevral 2018 10:25

Moskva Dövlət Linqvistik Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanıb

7 Fevral 2018 22:30

Azərbaycan Dillər Universiteti dünya ali təhsil məkanına inteqrasiya istiqamətində daha bir mühüm addım atıb. Fevralın 7-də MDB məkanında aparıcı dilşünaslıq mərkəzlərindən biri olan Moskva Dövlət Linqvistik Universiteti (MDLU) ilə əməkdaşlıq müqaviləsi imzalanıb. ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla, ADU-nun tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev, “Rusiyaşünaslıq mərkəzi” elmi-tədqiqat laboratoriyasının müdiri professor Məmməd Əliyev, MDLU-nun rektoru professor İrina Krayeva, eləcə də adıçəkilən universitetin rəhbər işçiləri və professor-müəllim heyətinin iştirak etdiyi mərasimdə rektorlar universitetlər arasında qarşılıqlı faydalı əməkdaşlıq haqqında müqaviləyə imza atıblar.

Ən romantik və arzu olunan hədiyyə

7 Fevral 2018 19:34

Ətir saçan gül buketi – qadın üçün hər zaman arzu olunan hədiyyədir. Zərif çiçəklənən qönçələr hisslərin dərinliyini, diqqəti və sevgini başqa hədiyyələrdən daha yaxşı ifadə edir. Hər bir qadın təkrarolunmazdır, buna görə buket seçimi xarakterin fərdi keyfiyyətlərinə və maraqlarına əsaslanmalıdır. Bundan başqa, buketin gözəl dizayn olunması və harmonik kompozisiyaya malik olması da çox əhəmiyyətlidir.

Güllər və onların mənaları...

7 Fevral 2018 19:28

1)Qırmızı Qızılgül – məhəbbət 2)Tünd Moruğu Qızılgul – matəm 3)Çəhrayı Qızılgül – mükəmməl xoşbəxtlik 4)Ağ Qızılgül – məssumluq və paklıq

Qadınlar üçün ən ziyanlı 3 peşə!

7 Fevral 2018 19:22

Araşdırma nəticəsində müəllimə, stüardessa və satıcı-məsləhətçi peşələrinin qadınların sağlamlığına daha çox ziyan olduğu üzə çıxıb. İlk baxışdan, bu peşələrdə sağlamlığa zərərli nəsə görmək çətindir. Amma mütəxəssislər müəyyənləşdiriblər ki, məhz bu peşələrin sahibi olan qadınlar digərləri ilə müqayisədə əhvallarını daha çox və tez-tez risk qarşısında qoyur.

Eşq və sevginin fərqləri

7 Fevral 2018 19:18